İsa Musayev, Mətləb Əlizadə


 2-lik say sistemində hesab əməlləri



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə65/266
tarix13.05.2022
ölçüsü1,71 Mb.
#115877
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   266
sa Musayev, M tl b lizad

4.3 2-lik say sistemində hesab əməlləri. 
2-likdə toplama:      
0+0=0 
0+1=1 
1+0=1 
1+1=10 
2
2
2
1001
11
110
 
2-likdə çıxma: 
0-0=0 
0-1=-1 
1-0=1 
1-1=0 
2
2
2
11
11
110
 
2-likdə vurma: 
0x0=0 
0x1=0 
1x0=0 
1x1=1 
2
2
2
10010
11
110
 
2-likdə bölmə: 
2
2
2
10
11
/
110
 


 
53 
8-lik və 16-lıq say sistemlərində hesab əməlləri də bu qayda ilə gedir. Lakin sadəlik 
üçün  hesablamanı  2-likdə  aparıb  üç-üç  8-ə,  dörd-dörd  16-ya  tərcümə  etmək  daha 
məsləhətdir. 
 
4.4. Məntiqin əsasları və kompüterin məntiqi əsasları 
4.4.1.Təfəkkür formaları 
Təfəkkürün  formaları  və  üsulları  haqqında  elm  olan  formal  məntiqin  əsaslarını 
Aristotel  yaratmışdır.  Təfəkkürün  əsas  formaları  bunlardır:  anlayış,  mülahizə  və  hökm 
(nəticə, qərar).  
Anlayış.  Anlayış  bir  obyekti  digər  obyektlərdən  fərqləndirən  əsas  əlamətləri  ayırır. 
Anlayışda  əhatə  edilən  obyekt  müəyyən  çoxluq  təşkl  edir.  Məsələn,  ―kompüter‖  anlayışı 
çoxsaylı  elektron  və  elektromexaniki  qurğuları  özündə  birləşdirir.  Anlayışın  məzmun  və 
həcm  cəhətləri  vardır.  Anlayışın  məzmunu  əhəmiyyətli  əlamətlər  yığınıdır.  Məsələn, 
―Fərdi  kompüter‖  anlayışının  məzmunu  ona  verilən  tərifdə  açıqlanır:  ―Fərdi  kompüter 
dedikdə, bir istifadəçi üçün nəzərdə tutulan informasiyanı avtomatik emal etməkdən ötrü 
olan universal elektron qurğu nəzərdə tutulur‖. Anlayışın həcmi dedikdə, onun əhatə etdiyi 
əşyaların sayı nəzərdə tutulur. Məsələn, ―Fərdi kompüter‖ dedikdə, dünyada mövcud olan 
bütün fərdi kompüterlər göz önünə gətirilir.  
Mülahizə.  Mülahizə  anlayışlar  əsasında  qurulan  nəqli  cümlədir.  Mülahizə  müxtəlif 
formalarda,  təbii  və  formal  dillərdə  tərtib  edilə  biləndir.  Mülahizə  gerçək  və  yanlış  ola 
biləndir.  Əgər  anlayışlararası  əlaqələr  real  gerçəkliyi  adekvat  əks  etdirirsə,  mülahizə 
gerçək sayılır. Məsələn, ―Prosessor informasiya emal edən qurğudur‖ -gerçək mülahizədir. 
Lakin  mülahizənin  gerçəkliyi  nisbidir.  Mülahizə  təfəkkürün  elə  formasıdır  ki,  o,  real 
hadisə  və  predmetlərin  xassələrini  və  münasibətlərini  ya  təsdiq,  ya  da  inkar  edir  və  ya 
doğru,  ya  da  yalan  olur.  Sadə  mülahizələrdən  mürəkkəb  mülahizələr  yaradılır.  Məsələn, 
―Prosessor  emaledici,  printer  çapedici  qurğudur‖  –  mürəkkəb  mülahizədir.  Mürəkkəb 
mülahizələrin doğruluğu mülahizələr cəbrinin köməyi ilə təyin edilir. 
Hökm. Mülahizələrdə ifadə edilən məlum faktlara əsasən hökm çıxarılır. Hökm  bir 
və  ya  bir  neçə  mülahizə  əsasında  meydana  çıxan  yeni  mülahizədir.  Məsələn,  üçbucağın 
bütün  tərəflərinin  bərabər  olmasını  təsdiq  edən  mülahizə  əsasında  hökm  verilir  ki,  bu, 
bərabərtərəfli üçbucaqdır. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin