Məcburetmə- əvvəlki metodlarla müqayisədə insanlara təsirin
ən zorakı üsuludur, çünki insanları öz arzu və inam lanm n əksinə
getməyə məcbur etməyi nəzərdə tutur.
Məcburetmənin əsasında cəzalandırma və s. kimi fərd üçün ar
zuolunmaz nəticələrdən qorxmaq dayanır. Etik baxımdan məcbu-
retməni yalnız müstəsna hallarda, məsələn, məsələ hüquqi qayda-
da, yaxud cəmiyyətin əxlaq normalarının pozulmasına qədər
gedib çatdığı halda haqlı saymaq olar.
Ünsiyyət prosesində inandırma, təlqinetmə, təqlidetmə və
məcburetmə bir-biri ilə qarşılıqlı əlaqədə olan metodlar sistemi ki
mi tətbiq olunur. Rəhbər işçi yığıncaqların, m üxtəlif kütləvi gö
rüş və müşavirələrin keçirilməsi zamanı onlardan ağılla istifadə
etməyi bacarmalıdır.
Ünsiyyət üslubuna təsir göstərən amilləri nəzərdən keçirək:
1. Auditoriyanın tərkibi. Burada onun mədəni-təhsil, milli, yaş,
psixoloji və peşəkarlıq keyfiyyətlərini səciyyələndirən hər bir məsə
lənin nəzərə alınması vacibdir. M üxtəlif auditoriyalar yaxşı kommu
nikasiya təsirinin əldə edilməsi üçün xüsusi yanaşma tələb edir.
2. Çıxışın materialının məzmunu və xarakteri. Məsələn, peşə
kar fəaliyyətin aktual məsələlərinin işıqlandırıldığı çıxışda avtori
tar intonasiya, sərt mülahizələr yolverilməzdir.İnsanlara daha çox
inam nümayiş etdirmək, çıxış prosesində onlarla məsləhətləşmək
lazımdır. Bu zaman dostyana şəkildə fikir mübadiləsi, biliklərinizi
qarşılıqlı surətdə zənginləşdirmək arzusunun açıq göstərilməsi
kommunikativ ünsiyyətin etibarli variantıdır.
3. Çıxış edənin öz şəxsi-işgüzar keyfiyyətlərini, insanlara şərh
etmək istədiyi problemlərə peşəkar bələdliyini obyektiv şəkildə
qiymətləndirməsi. Elmi-iqtisadi və əməli hazırlığım qiymətləndirərkən
nə çox yüksəyə qalxmaq, nə də olduqca aşağı enmək lazımdır.
Şəxsi kommunikasiya keyfiyyətlərini tənqidi şəkildə qiymət
ləndirmək lazımdır. Çıxış edən ünsiyyət texnikası üzərində ciddi
düşünməli, ünsiyyət prosesində özünü nəzarətdə saxlamalıdır.
İşgüzar ünsiyyətin bir neçə növü mövcuddur:
• Mentorçu - öyrədici, nəsihətamiz;
• Ruhlandırıcı - insanları ruhən yüksəldən, onlara öz mənəvi
qüvvələrinə və şəxsi keyfiyyətlərinə inam aşılayan;
• Qarşıdurma yaradan - insanlarda etiraz etmək, razılaşma
maq arzusu doğuran;
• İnformasiya verən- dinləyicilərə müəyyən məlumatların ve
rilməsinə, onların yaddaşında hansısa biliklərin bərpa edilməsinə
yönəldilən.Mentorçu ünsiyyətdən hər vasitə ilə xilas olmağa çalışmaq, rəh
bər işçinin nitqində nəsihətamiz ünsiyyət çalarlanmn yaranmasın
dan çəkinmək lazımdır. Ünsiyyət zamanı özünün insanlar üzərində
intellektual, yaxud hər hansı üstünlüyünü nümayiş etdirən, şərh
edilən materiala onlann reaksiyasına əhəmiyyət vermədiyinizi
göstərən duruş tərzi olmamalıdır.
M üasir insanlar informasiya ünsiyyətinə təmkinlə yanaşırlar.
Onlar fikir mübadiləsi etmək, real amilləri elmi şəkildə anlamaqla
özlərini təsdiq etmək, şəxsi inamlarını formalaşdırmaq istəyirlər.
Hazırda ruhlandırıcı ünsiyyətin populyar olması heç də təsadüfi
deyil. Belə ünsiyyət gedişində insanlar intellektual ünsiyyətin üs
tünlüklərindən zövq alırlar. Onlarda öz mənəvi aləmlərini təkmil
ləşdirmək tələbatı aktuallaşır. Ruhlandırıcı ünsiyyət yüksək ünsiy
yət mədəniyyətinin göstəricisidir.
Qarşıdurma yaradan ünsiyyət bir sıra hallarda didaktik ba
xımdan zəruri olur . Passiv, yaxud necə deyərlər, heç nə ilə hey
rətləndirmək mümkün olmayan auditoriyalar olur. Ya da.elə çıxış
mövzuları olur ki, ən m üxtəlif səbəblərdən insanlarda maraq yarat
mır. Belə hallarda ünsiyyətin qarşıdurma yaradan tərzi insanların
diqqətini fəallaşdırmaq, onları müzakirə edilən problemə cəlb et
məklə daha çox diskussiyaların yaranmasına, m üxtəlif nəzər nöq
tələrinin qarşılaşdınlmasına səbəb olur.
İşgüzar ünsiyyətin aşağıdakı prinsipləri müəyyənləşdirilmişdir:
• Şəxsiyyətin yaradıcı potensialının və peşəkar biliklərinin aş
kara çıxarılması üçün şərait yaradılması;
• Səlahiyyət və məsuliyyətlər;
• Rəğbətləndirmə və cəzalandırma;
• İş vaxtından səmərəli istifadə.