İşgüzar ünsiyyətin idarə edilməsi İşgüzar ünsiyyətin idarə edilməsi insanlann qarşılıqlı fəaliyyətinin idarə edilməsinin çoxsaylı forma və metodlardır. Ünsiyyət zamanı, ən azı, iki şəxsiyyətin qarşılıqlı təsiri baş ve
rir; ünsiyyət müstəqil insan fəaliyyətinin bir növü və fəaliyyətin
digər növlərinin bir atributudur.
İşgüzar ünsiyyət təkcə işçinin formalaşması və təkmilləşməsinin
yox, həm də onun mənəvi və fiziki sağlamlığının mühüm amilidir.
Bundan başqa, ünsiyyət-başqa insanları, onların daxili aləmini
dərk etməyin universal üsuludur. İşgüzar ünsiyyət sayəsində işçi
özünün təkrar olunmaz şəxsi-işgüzar xassələrini formalaşdırır.
İşgüzar ünsiyyət müxtəlif vəzifələri yerinə yetirir. Onlardan
başlıcaları aşağıdakılardır:
• Qarşılıqlı fəaliyyətin təşkili;
• Şəxsiyyətlərarası münasibətlərin formalaşdırılması və inki
şaf etdirilməsi;
• İnsanlann bir-birini dərk etməsi.
Bütün bunlar ünsiyyətin kommunikativ texnikası olmadan hə
yata keçirilə bilməz. Ona yiyələnmə səviyyəsi işçinin peşəyə ya-
rarlılığının ən başlıca göstəricisidir.
Başqa sözlə, peşəkar işçi aşağıdakıları bacarmalıdır:
• Ünsiyyətin məqsəd və vəzifələrini ifadə etməyi;
• Ünsiyyəti təşkil etməyi;
• Şikayət və ərizələri araşdırmağı;
• Ünsiyyətin bacarıq və üsullarına, taktika və strategiyasına
yiyələnməyi;
• Danışıqlar aparmağı, işgüzar müşavirəni idarə etməyi;
• Münaqişələrin qarşısını almağı və onları həll etməyi;
• Sübut etməyi və əsaslandırmağı, dəlillər göstərməyi və inan
dırmağı, razılıq əldə etməyi, söhbət, diskussiya, dialoq, mübahisə
aparmağı;
• Psixoterapiya həyata keçirməyi, həmsöhbətindəki stressləri,
qorxu hissini aradan qaldırmağı, onun davranışını idarə etməyi.
Ünsiyyətin idarə edilməsinin sosial-psixoloji metodları möv
cuddur: yoluxdurma, təlqinetmə, təqlidetmə, inandırma, dəb,
məcburetmə.
Yoluxdurma - şəxsiyyət tərəfindən müəyyən psixoloji vəziyyə
tin təbii şəkildə və qeyri-iradi qəbul edilməsidir.