Otuz üçüncü fəsil
Şeyx Səid və Ramusə bölgələri
Fatimiyyun briqadaları yaranandan sonra
qayda belə idi ki, qərargahdan briqada
komandiri ilə əlaqə saxlayıb deyirdilər: “İndicə
bir batalyon hazırla, filan bölgəyə apar və təhvil
ver”. Belə vaxtlarda Süleyman hirslənirdi,
düşünürdü ki, qərargah bir neçə gün öncədən
xəbər
verməli,
əvvəlcə
kəşfiyyatçılarımızı
əməliyyat bölgəsinə göndərməliyik. Həmçinin
kəşfiyyat rəisimiz qərargahın iclasında iştirak
edib əməliyyat barədə təlimatlandırılmalıdır.
257
Süleymanla və birinci müavini Sədaqətlə
iştirak etdiyimiz bir iclasda Hələbdəki Həzrət
Rüqəyyə qərargahının yeni komandiri dedi ki,
kəşfiyyat rəisimizi bölgəyə göndərək, gələcək
əməliyyat üçün bizim briqadadan istifadə
ehtimalı var. Buna çox sevindik. Hətta əməliyyat
baş tutmasaydı belə, bizimçün yaxşı təcrübə
olurdu.
Ondan sonra bizə deyildi ki, bir tapşırıq üçün
canlı qüvvə hazırlayaq. Süleyman etiraz edib
dedi: “İndi hazırlığımız yoxdur. Briqadanın bir
batalyonu
əl-İmarə
təpəsində
mövqeyi
möhkəmlətməyə gedib, həftəlik olaraq, bir
batalyonla
yerini
əvəz
edir.
Peşəkar
birləşmələrimiz və kəşfiyyat rəisimiz də daim
ordadır, vəziyyətləri çox ağırdır, hər gün şəhid
verirlər”. Çox maraqlı idi ki, qərargah komandiri
israr etmədi, o andaca əlaqə saxlayıb bildirdi ki,
İmam Hüseyn (ə) batalyonu hazırda bu tapşırığı
yerinə yetirə bilməz.
Süleymanla
birlikdə
məzuniyyətdə
olduğumuz müddətdə Hələbin Şeyx Səid
bölgəsində bir əməliyyat baş tutmuş, Sədaqətin
rəhbərliyi ilə orada bir bölüyümüz iştirak
etmişdi. Onlar silahlıların ağır müqaviməti ilə
258
üzləşmişdilər, briqadamızın uşaqlarından altı
nəfəri itkin düşmüşdü. Hizbullah kəşfiyyatçıları
durbinlə onların ikisinin əsir tutulduğunu
görmüşdü. Biz nə qədər gözlədiksə, itkin
düşənlərdən xəbər çıxmadı. Silahlılar 40-dan çox
qruplaşmanı təmsil edirdilər. Əl-Nüsrə cəbhəsi
ilə Əhrar əl-Şam qruplaşmaları adətən əsirlərin
filmini
dərhal
internetdə
yayır,
Livan
Hizbullahına mesaj verirdilər ki, öz əsirləri və ya
cəsədləri ilə dəyişdirməyə hazırdırlar. Bu dəfə
isə həmin beş nəfərdən heç bir xəbər çıxmadı.
Şeyx Səid yaşayış məntəqəsində uğursuzluqla
üzləşdikdən sonra qərara alındı ki, yaxınlıqdakı
Ramusə bölgəsində əməliyyatı davam etdirək.
Bu ardıcıl əməliyyatlar Hələb şəhərini azad
etməkdən ötrü idi. Onun qərb hissəsi bizdə idi,
şərqinə isə düşmən nəzarət edirdi. Ramusə əsas
Dəməşq-Hələb magistralına çox yaxın idi,
düşmən oranı tez-tez raketlə vururdu, günboyu
snayperlərin hədəfində idi. Ramusəni almaqla
bu magistraldakı təhlükə də aradan qalxacaqdı.
Bu
əməliyyatda
bizim
briqadadan
əlavə
Fatimeyi-Zəhra briqadası və Suriya ordusu da
iştirak edirdi.
259
Hələ yola düşməmiş hamımız Məhəmməd
Möhsüninin başına toplaşdıq. Növbə ilə alnını
öpür, onunla şəkil çəkdirir, gülə-gülə deyirdik:
“Bu dəfə gərək gedəsən, Seyid İbrahim səni
gözləyir”. O da sevincək cavab verirdi: “Siz ki
məni ötürə-ötürə şəhid etdiniz. Allah ağzınızdan
eşitsin!”
Ramusədə bir-birinə bitişik bir neçə ev vardı,
onları təmizləmək lazım idi. Uşaqlar birinci evə
girib gürzlə və digər alətlərlə divarları dəldilər,
bu yolla bir-bir o biri evlərə keçib irəlilədilər.
Sonuncu evdən sonra küçəyə çıxan kimi düşmən
pusqusu
ilə
üzləşdilər,
ətraf
evlərin
zirzəmisindən açılan atəşlərə məruz qaldılar.
Məhəmməd Möhsüni orada şəhid oldu. BMP
ləqəbli 22 yaşlı gənc ratsiyadan Süleymana dedi:
“Mən burdan çıxa bilərəm, amma ətrafımda üç-
dörd yaralı var. Bunları nə edim?” Bu ondan
eşitdiyimiz son sözlər oldu. Geri qayıtmadı,
həmin küçədə şəhadətə qovuşdu.
Süleyman axşam qərargahda çox narahat və
hirsli idi. Qərargahla əlaqə saxlayıb dedi ki, biz
şəhidlərimizi
gətirməkdən
ötrü
bölgəyə
qayıdırıq. Qərargah komandiri də razılaşdı, bizə
260
bir tank və 23 mm çaplı topun yükləndiyi bir
pikap göndərdi.
Ertəsi gün səhər çağı təxminən 40 nəfərlə
Ramusə bölgəsinə getdik, bir-birinə yapışmış və
divarları uçurulmuş evlərdən keçdik. Küçədə
şəhidlərimizin cəsədlərini görürdük, amma
yaxınlaşa bilmirdik. Hər tərəfdən atəş açılırdı.
Düşmənin haradan atəş açdığını da görə
bilmirdik. Küçəni və ətrafındakı evləri tank və
topla nə qədər vurdularsa, xeyri olmadı, atəşin
həcmi azalmadı və biz şəhidlərimizi gətirə
bilmədik.
|