6-CI DƏRS: MƏNTİQİN MÖVZUSU
Hər bir elmin mövzusunu bu elmdə haqqında bəhs olunan məsələlər təşkil edir. Məntiqin mövzusu tərif və dəlildir. Əslində bütün elmlər özünə aid olan şeylərə tərif vermək və müəyyən qanunları isbat etməklə məşğuldur. Məsələn, fizikada enerjiyə tərif verilir və onun etməməsi qanunu sübut edilir. Amma məntiq elmi heç nəyə tərif vermir və heç nəyi də sübut etmir. Bu elm düzgün tərif verməyi və düzgün dəlil gətirməyi öyrədir.
İslam məntiqi iki hissədən ibarətdir: təsəvvür və təsdiq. Məsələn, tovuz quşunu ilk dəfə görən insan hiss edir ki, zehnində bu vaxtadək olmayan bir təsəvvür yaranır. Gördüyümüz quş məlum idi. Təsəvvürümüzdəki isə həmin məlumun surətidir. Demək, elm məlumların zehnimizdəki surətidir.
Zehn aldığı surəti ya təsdiq, ya da inkar etməlidir. Əgər zehn aldığı məlumatı doğru hesab edirsə, bu təsdiqdir.
Həm təsəvvür, həm də təsdiq iki cür ola bilər: zəruri və ya nəzəri. Alınan məlumatı düşünməyə ehtiyac yoxdursa, bu zəruridir. Məsələn, hiss olunan istiliyi düşünməyə ehtiyac yoxdur. Amma, məsələn, mələk və cini təsəvvürləri düşünmədən təsdiq oluna bilməz. Belə təsəvvürlər nəzəridir.
7-Cİ DƏSR: MƏNTİQİN FAYDASI VARMI?
Məntiqə verilən tərifdən aydın olur ki, məntiqin faydası vardır: məntiq təfəkkürdə zehnin xətasının qarşısını alır.
Zehn fəaliyyətə başlayaraq öz məlumlarından istifadə edərək məclulu tapmaq istəyir. Məntiqin işi məlumlara elə bir düzüm verməkdir ki, düzgün nəticə əldə edilsin. Demək, məntiq zehnə düzgün fəaliyyət istiqamətini göstərir. Məntiq elmini bilməyən insan zehnə düzgün nəzarət etməkdə acizdir.
Zehn iki halda xətaya yol verə bilər:
-
Məchulu məluma çevirmək üçün götürülmüş müqqəddimə yanlış ola bilər.
-
Müqqədimə məlumatların düzümü yanlış ola bilər.
İnsan zehnində hər hansı dəlil bina kimidir. Bu binanın etibarlı olması üçün həm materiallar, həm tikiliş möhkəm olmalıdır.
Məsələn, deyirik: “Sokrat insandır və hər insan zalımdır. Demək, sokrat zalımdır.” Burada, dəlillərin düzümü, forması doğru olsa da, “hər insan zalımdır” fikri yanlışdır. Ona görə də doğru nəticə alınmır.
Amma desək ki: “Sokrat insandır və sokrat alimdir. Demək, insan alimdir,” burada forma məntiqi deyil.
Düzgün dəlil və düzgün düzümdə isə nəticə də doğru alınır. Məsələn: “İnsan canlıdır və sokrat da insandır. Demək, sokrat canlıdır.”
8-Cİ DƏRS: FƏLSƏFƏ
Fəlsəfə yunan sözüdür. Yunanca “Filosofiya” dedikdə “biliyə sevgi” nəzərdə tutulur. Əflatun Sokratı “filosof” adlandırardı. Amma Sokratdan əvvəl özünü “sofist,” yəni alim adlandıran insanlar vardır. Sofistlər iddia edirdilər ki, həqiqətin ölçüsü insan idrakıdır. Zaman keçdikcə sofist sözü mənasını dəyişərək mənfi anlamda işlənməyə başladı. Ona görə də Sokrat bu addan imtina edərək özünü, sadəcə, filosof, yəni elmin dostu, elmi sevən kimi tanıtdırdı.
Fəlsəfə müsəlmanlar arasında xüsusi bir fənn kemi tanınmış, demək olar ki, bütün əqli biliklərə şamil edilmişdir. İlk əvvəllər ilahiyyat, riyaziyyat, təbiət, siyasət, əxlaq kimi əqli elmlərə malik olanlara filosof deyərdilər. Fəlsəfə hikmət də adlandırılıb.
İslamda fəlsəfə və ya hikmət iki qismdir: nəzəri və əməli. Nəzəri fəlsəfə də üç hissəyə ayrılır: İlahiyyat, riyaziyyat, təbiət. Bu təsnifatı davam etdirmək olar. Məsələn, riyaziyyat dörd hissədir: hesab, həndəsə, astranomiya, musiqi.
Bəs “qərb fəlsəfəsi” dedikdə nə başa düşülür? Fəlsəfədə yeni dövrə (????) başçılıq edən Dekart və Bekon bütün əqli elmlərdən imtina edərək təcrübə və hissi əsas götürdülər. Amma başqa bir cərəyanın nümayəndələri təcrübə yolu ilə təhqiq oluna bilən bilikləri elm, əqli bilikləri isə fəlsəfə adlandırmaqda davam edirlər
9-CU DƏRS: İSLAM FƏLSƏFƏSİ.
İslam fəlsəfəsi iki qismə bölünür: İşraqilik və məşşailik. İşraqiliyə Şeyx Şihabəddin Sührəvərdi, məşşailiyə İbn Sina başçılıq etmişdir. İşraqilər Əflatunun, məşşailər isə Ərəstunun ardıcıllarıdır.
İşraqilərə görə fəlsəfi məsələlərin, xüsusi ilə də ilahi hikmətin təhqiqində dəlil və əqli düşüncə kifayət deyil. Onlar həqiqətə çatmaqda nəfsin paklığını, nəfslə mübarizəni zəruri bilirlər. Məşailər isə yalnız dəlillərlə kifayətlənir.
Maraqlıdır, görən Əflatunla Ərəstun arasında belə bir fikir ayrılığı olmuşdurmu? Hər halda belə bir ixtilafın mövcud olması haqqında Farabinin məşhur bir kitabı vardır.
Əflatun fəlsəfəsinin əsasını üç müddəa təşkil edir ki, Ərəstun bu müddəaların hər üçü ilə müxalifdir:
-
Əflatuna görə dünyada müşahidə etdiklərimizin həqiqisi başqa bir aləmdir.
-
Ruhlar hələ bədənlərə daxil olanadək həmin aləmdə mövcud olmuş və yalnız bədən yarandıqdan sonra onunla əlaqələnmişlər.
-
İnsan bu dünyada heç nə öyrənmir, sadəcə, ruhunun həmin aləmdə gördüklərini xatırlayır. İnsan cimi üçün həqiqətin dərkində manedir və həqiqətə çatmaq üçün hökmən nəfs tərbiyə olunmalıdır.
10-CU DƏRS: DÖRD BAXIŞ
İslamda işraqilik və məşailikdən əlavə daha iki mühüm fəlsəfi baxış vardır: ürfan və kəlam. Ürfan ardıcılları arif, kəlam ardıcılları mütəkəllim adlanır. İslam fəlsəfəsində ilkin araşdırmalar ariflər və mütəkəllimlərə məxsusudur.
Məşşailərə Farabi, İbn Sinanı, işraqilərə Şeyx İşraq, Qütbəddin Şirazinin, ariflərə Cüneyd Bağdadi, Zünnu Misrini, mütəkəllimlərə Şeyx Müfid, Şeyx Mürtəzanı misal göstərmək olar.
Onu da qeyd etməliyik ki, mütəkəllimlər də öz növbəsində üç qrupa bölünür: Mötəzilə, əşəri, şiə.
Fəlsəfə və hikmətdə mövcud olan bütün cərəyanlar dörd nəzəri əsasdan birini daşıyır. Onlar ya istidlali, ya zövqi, ya təcrübi, ya da cədəli hikmətə üstünlük verirlər.
Bütün cərəyanların əsas mövzusu varlıqdır. Varlıq aləmi dörd hissəyə ayrılır:
11- Təbiət aləmi; 2- Təbiətdən üstün misal və ya mələkut aləmi; 3- Mələkut aləmində üstün məna və ya cəbərut aləmi; 4- Ən üstün lahut və ya ilahi aləm.
Varlıq mövzusuna müxtəlif nəzərlərlə yanaşan dörd cərəyandan, nəhayət, vahid bir cərəyan yaranmışdır. “hikməti-mütəaliyyə” adlanan bir cərəyanın banisi Sədrül – mütəəllihin Şirazidir. “hikmət – mütəaliyyə”də əvvəlki dörd cərəyan arasındakı ixtilaflar, demək olar ki, həmişəlik həll olunmuşdur.
Dostları ilə paylaş: |