Ислам маарифи илә ХҮласә танышлыг


RAMAZAN AYI VƏ QƏDR GECƏSİNİN FƏZİLƏTİ



Yüklə 3,89 Mb.
səhifə102/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   ...   98   99   100   101   102   103   104   105   ...   108

RAMAZAN AYI VƏ QƏDR GECƏSİNİN FƏZİLƏTİ


Qur`ani-Kərimdə ilin ayları arasından yalnız ramazan ayının adı çəkilmişdir. Lakin ramazan ayı nə haram aylardan, nə də həcc aylarındandır. Bununla belə, Qur`anda bu ay xüsusi hörmətlə yad edilmişdir: «Qur`an ramazan ayında nazil edilmişdir...»1 Ramazan ayında peyğəmbərin mübarək qəlbinə Qur`anın nazil olduğu gecə mübarək gecə adlandırılmışdır: «Biz Qur`anı mübarək bir gecədə göndərdik...»2 Bu mübarək ay təkvini (təbii) xüsusiyyətlərə malikdir. Çünki ilahi şəriət xeyir və fəsadlar nəzərə alınmadan tə`yin olunmur. Demək, bu ayda xüsusi faydalar olduğu üçün Allah onu başqa aylardan üstün etmişdir. Qədr gecəsi bu aydadır və orucun şər`i hökmü də bu ayda gəlmişdir. Qur`ani-Kərim buyurur: «Ey iman gətirən kəslər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə vacib edildi...»3

Sonra isə buyurur: Qur`an ramazan ayında nazil edilmişdir.”4

Bu iki aydan mə`lum olur ki, oruc insana Qur`anın nazil olduğu ayda vacib olub. Qur`anın bu bəyanından istifadə edərək, demək olar ki, bəklə də Allah Qur`anın bu ayda nazil olma şərəfinə orucu insanlara vacib etdi. Orucun bu ayda insanlara vacib olması səbəbini tamamilə Qur`anın nazil olmasında görməsək də, lakin Qur`anın nazil olması orucun vacibliyinə tə`sirsiz olmamışdır.

Qur`an bu ayədə buyurur: “Qur`an ramazan ayında nazil olmuşdur”. Başqa bir ayədə isə buyurur: “Qur`an mübarək bir gecədə nazil olmuşdur”. Demək, Qur`an ramazan ayının gecələrinin birində nazil olmuşdur. Bu gecə “Qədr gecəsi” adlanır. Qur`ani-Kərim buyurur: Ha, mim! Açıq-aydın hikmətli kitaba and olsun ki, biz onu mübarək bir gecədə nazil etdik. Biz o kitab vasitəsi ilə xalqı qiyamət əzabından agah edib qorxuduruq. Hər bir hikmətli o gecə hökm olunur.”1

“Yufrəqu” sözü ayrılmaq mə`nasını bildirir. Ayrılmaq üçün fərqləndirmə, fərqləndirmə üçün müəyyənləşdirmə və təqdir şərtdir. Müəyyənləş-dirmə və təqdir hər ikisi ölçü götürmək mə`nasını bildirir. İslam leksikonunda, hətta Qur`anda təqdir sözü ölçü götürmək mə`nasında işlədilmişdir. Əgər bir şeyin ölçüsü tə`yin olunsa, onun hüdudu müəyyənləşsə o başqalarından ayrılar, qeyri-müəyyənlik aradan qalxar. “Həmin gecə hikmətə əsaslanan işlər təqdir olunur” ayəsindən görünür ki, Qur`an qədr gecəsində nazil olmuşdur. “Qədr” surəsində də bu gecə əzəmətli gecə sayılmışdır: Biz Qur`anı qədr gecəsi nazil etdik.”2

“Qədr” sözü təqdir mə`nasını bildirir. Qur`an yenidən buyurur: Qədr gecəsinin əzəmətindən səni agah edə bilər?!”1

Bəlkə də, burada peyğəmbərə xitab olunmur. Əgər bu bəyan peyğəmbərə ünvanlaşmışsa, Qədr gecəsinin əzəmətini göstərir. Qədr gecəsinin necə də əhəmiyyətli olmasının aşkarlanması üçün bu üç qısa ayədə “ləylətul-qədr” kəlməsi üç dəfə təkrar olunur. Qur`an buyurur: “İnna ənzəlnahu fi ləylətul-qədr və ma ədrakə ma ləylətulqədr”. Qısaca bir tə`birdə hansısa bir şeyin əzəmətini bundan yaxşı göstərmək olmaz. Bu bəyan qədr gecəsinin sonsuz əzəmətini göstərir. Qur`an bu gecənin əzəmətini xalqın daha yaxşı hiss etməsi üçün buyurur: “və ma ədrakə ma ləylətul-qədr”. Qədr gecəsi adi insanların düşüncəsindən üstün bir həqiqətdir. Qur`an sonra isə belə buyurur: Qədr gecəsi min aydan üstündür.”2

Min ay səksən ildən çoxdur. Tam bir insan ömrü! Bu üstünlük iki cəhətdəndir:



  1. Bu gecə Allahın öz bəndələrinə olan rəhməti Onun səksən illik rəhmətindən artıqdır;

  2. Bu gecədə xalqın əməlləri onların səksən il ərzində əməllərindən (hər il qədr gecələrini nəzərə almamaqla) daha fəzilətlidir. Bu, Qur`anın mö`təbər sözüdür və onda heç bir şübhəyə yer yoxdur. Amma bu gecənin neçənci gecə olması bizə mə`lum deyil.

İnsan zehni əşyaların kəmiyyətini onların keyfiyyətindən daha yaxşı dərk edir. Allah Qədr gecəsinin əhəmiyyətini insanlara bildirmək üçün onun üstünlüyünü min ayla bildirmişdir. Lakin bu gecənin həqiqi dəyəri bizim anlamadığımız bir dəyərdir. Bu həqiqətə iman gətirmək bizim üçün vəzifə sayılır. Qur`an bu barədə buyurur: «Yaxşı əməl üzünüzü şərqə qərbə tərəf çevirməkdən ibarət deyil. Yaxşı əməl əslində Allaha, axirət gününə, mələklərə, kitaba peyğəmbərlərə inanmağınızıdır...»1

Allah buyurduğu üçün axirət gününə, mələklərə, səmavi kitaba və peyğəmbərlərə iman gətirməliyik. Əslində isə bizim ağlımız mələk və onların yaranışdakı rolunu dərk etməyə qadir deyil. Əgər bu sahədə vəhy və ilahi övliyaların açıqlamaları olmasaydı, biz bu şeylər barəsində heç bir tanışlıq əldə edə bilməzdik. Qur`ani-Kərim buyurur: «Halbuki onların həqiqi izahını Allahdan başqa heç kəs bilməz. Elmi qüvvətli olanlar isə: “Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir - deyərlər...»2

Allah buyurduğu üçün qəbul edirik. Qur`an ayələri və pak imamların rəvayətləri vasitəsi ilə mələklər barəsində bə`zi şeyləri anlamağımız mümkündür. Lakin biz onların həqiqətini dərk edə bilmərik. Mələyin həqiqəti, onun məqamı, aləmdə oynadığı rol, onun enməsinin mə`nası və sair. Bütün bu kimi şeylər bizim üçün qaranlıqdır. Biz “nüzul” (nazil olma) sözünü hansısa bir şeyin yuxarıdan aşağıya gəlməsi kimi anlayırıq. Lakin mələklərin necə enməsi bizim üçün məchuldur. Biz hətta bu işi təsəvvür belə etməyə acizik. Bizim bildiyimiz budur ki, mələklər yüksək məqamlı mövcudlardır və Allahın izni ilə dünyanın işlərini idarə edirlər. Onlar ruzinin nazil olmasında və ruhun alınmasında vasitə olur, insanların əməllərini yazırlar. Qur`an buyurur:

And olsun (kafirlərin canını) zorla alan mələklərə; and olsun (`minlərin canını) rahatlıqla alan mələklərə; and olsun Allahın göstərişlərini sür`ətlə yerinə yetirən mələklərə; and olsun (aləmin nəzmində) bir-birlərini ötdükcə ötən mələklərə (kafirlərlə cihadda) bir-birlərini ötdükcə ötən `minlərə; and olsun Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə.”1




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin