Ислам маарифи илә ХҮласә танышлыг


İMAN VƏ YƏQİNİN ƏN ÜSTÜN VƏ KAMİL MƏRHƏLƏSİNƏ ÇATMA YOLU



Yüklə 3,89 Mb.
səhifə88/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   ...   84   85   86   87   88   89   90   91   ...   108

İMAN VƏ YƏQİNİN ƏN ÜSTÜN VƏ KAMİL MƏRHƏLƏSİNƏ ÇATMA YOLU


İmam (ə) salavat zikr etdikdən sonra buyurur: İmanın ən kamil mərtəbəsini mənə mərhəmət buyur mənim yəqinimi ən üstün yəqin et”.

İnsan Allahdan mə`nəvi ne`mətlər tələb etdikdə onların ən üstün mərtəbəsini istəməlidir. Adətən, biz maddi və dünyəvi ehtiyaclarımızı tələb etdikdə onların ən üstününü istəyirik. Lakin insani səciyyələri əldə etdikdə onların aşağı mərtəbəsi ilə kifayətlənirik. Yüksək təlaş göstərdikdə vacib göstərişlərə əməl edib haramlardan çəkinirik ki, cəhənnəm oduna düçar olmayaq. Amma imam (ə) bu duada bizə öyrədir ki, himmətli olaq və öz dualarımızda peyğəmbərlərin imanı kimi iman və sadiqlərin yəqini kimi yəqin istəyək. Əgər bu məqamı kəsb etməyə layiq olmasaq, Allah öz tutumumuz qədər bizə əta edəcəkdir.

Həmişə böyük maddi ne`mətlərlə yanaşı bəla olur. Maddi ne`mətlər nə qədər çox olarsa, onun başağrısı və qüssəsi də çox olar. Lakin mə`nəvi ne`mətlər bu cür deyil. Mə`nəvi ne`mətlər nə qədər üstün olarsa, onların ləzzəti, səadəti və kamilliyi də bir o qədər çox olar. Beləliklə, iman və yəqinin ən üstün mərtəbəsini əldə etmək üçün himmət göstərməli və Allahdan kömək istəməliyik.

İmanın dərəcələri var. Bu dərəcələr artıb-azala bilər. Qur`ani-Kərim buyurur: “Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar. . .”1

İmam bu duada Allahdan imanın heç bir əskikliyi olmayan, ən üstün dərəcəsini istəyir. İmam yəqin barəsində “ən yaxşı” tə`birini işlədir. Bu bəlkə də yəqinin yüz faiz qəti e`tiqad olmasından irəli gəlir. Beləliklə, yəqinin üstün və ya aşağı mərtəbələri olduğunu demək olmaz. Lakin onun üçün növlər tə`yin etmək olar. Yəqinlərin keyfiyyəti fərqlidir. Onun növlərindən biri dəlil yolu ilə hasil olur. Bu “elmül-yəqin”dir. Başqa bir növ isə kəşf və müşahidə ilə əldə olunur. Bu isə “eynül-yəqin” adlanır. Üçüncü növ isə həqiqəti tapmaq və ona qovuşmaq ilə əldə olunur. Buna isə “həqqul-yəqin” deyilir.

Mövzunun yaxşı anlaşılması üçün stəkanda dadlı bir şərbət təsəvvür edək: Bir şəxs onu görməyib, lakin sadiq bir xəbər vasitəsi ilə onun mövcudluğuna inanıb; ikinci şəxs şərbəti stəkanda görür; üçüncü şəxs isə bu şərbəti içir. Burada hər üç nəfərin şərbətin olmasına “yəqin”liyi var. Lakin onların yəqinləri fərqlidir. Bəlkə də, duada “əfzəl” sözündə məqsəd yəqinin ən üstün və ən kamil növüdür. Bunu isə adətən əxlaq alimləri “həqqül-yəqin” kimi tə`bir edirlər.




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin