Ислам маарифи илә ХҮласә танышлыг



Yüklə 3,89 Mb.
səhifə16/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   ...   12   13   14   15   16   17   18   19   ...   108

DUA EDƏNLƏRİN NÖVLƏRİ


İnsanlar Allaha diqqət baxımından eyni səviyyədə deyillər. Onları bu baxımdan dörd dəstəyə bölmək olar. Əlbəttə, bu dörd dəstənin hər biri ayrılıqda daha xırda qruplara bölünür:

1. Birinci dəstə bütün hallarda, istər rifah içində, istərsə də giriftarçılıq və bəla zamanı Allaha diqqətli olur, Onun dərgahına dua edir. Qur`anın dediyi kimi, hər sübh və şam öz Allahlarını yad edirlər və onların duası çətinliklərinə görə deyil: Sübhlər axşam...”1

Bəlkə də bu halın səbəbi bütün ne`mətlər ixtiyarlarında qoyulduğu halda onların yenə də Allahdan ehtiyacsız olmadıqlarını, ən aşağısı bu ne`mətlərin sonunda Ona möhtac olduqlarını dərk etmələridir. Əlbəttə, hər kəs öz mə`rifət dərəcəsinə görə ehtiyacını dərk edir. Bu dəstə üçün ne`mət və ya bəlanın fərqi yoxdur.

Onlar həmişə Allahı yad edən və Ona diqqətli olan ləyaqətli bəndələrdir: Onlar xeyir işlər görməyə tələsər, ümid qorxu ilə bizi çağırar həmişə bizim qarşımızda müt`i olarlar.”2

2. İkinci dəstəyə əksər mö`minlər daxildir. Bu şəxslər ne`mət və rifah zamanı qürur və qəflətdə olurlar. Lakin qarşıya bəla çıxdıqda ayılaraq öz ehtiyaclarını hiss edir və Allaha münasibətdə ehtiyaclı olduqlarını göstərirlər. Bu dəstədən olanlar nisbətən yaxşı bəndələr sayılır. Lakin Allah onlardan narazıdır ki, nə üçün ne`mət verilən zaman Allahı unudurlar və ne`mətlərin onlardan alındığı zaman dua edirlər: “İnsana bir ne`mət əta etdiyimiz zaman üz döndərər və uzaqlaşar. Ona şər və bəla üz gətirən zaman geniş dua edər.”1

Xalqın əksəriyyəti belədir. Çox az insanlar ne`mət zamanı Allahı unutmur.

3. Üçüncü dəstə bə`zi bəlaların Allah tərəfindən gəldiyini düşünür. Buna görə də bu növ bəlalar onlara nazil olarkən dua edirlər. Çünki bu bəlanın qeyri-təbii vasitələrdən doğduğunu və ilahi əzabın nişanəsi olduğunu bilirlər. Məsələn, Yunusun qövmü ilahi əzab nişanələrini gördüyü zaman bu əzab çatmazdan öncə özünə gəldi və tövbə etdi. Allah da onlara nicat verdi.

Bu qism insanlar müəyyən bəlaların Allah tərəfindən gəlmədiyini təsəvvür edib həmin bəlalara qarşı diqqətsiz olurlar. Yalnız hər yerdən naümid olaraq heç bir kəsdən kömək gəlmədiyini gördükləri zaman Allahı çağırırlar.

4. Dördüncü dəstə o kəslərdir ki, hətta bəla və müsibət zamanı Allahı yada salmırlar. Allah bu qisim insanların rəftarını pisləmiş və onları əvvəlki dəstələrə nisbətən daha çox əzaba layiq bilmişdir. Qur`ani-Kərim bu insanlar barəsində belə buyurur: üçün bizim bəlamız onlara çatan zaman yalvarıb-yaxarmadılar? Çünki onların qəlblərini qəsavət tutmuş şeytan pis əməllərini onlara gözəl göstərmişdir.”2 Başqa bir yerdə isə belə buyurulur: Bundan sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da bərk oldu. Həqiqətən, `zi daşların içərisindən nəhrlər axar, `zisi yarılıb içindən su fışqırar `zisi Allahın qorxusundan yuvarlanıb düşər. (Amma sizin qəlbləriniz Allahın qorxusundan çırpınar gözlərinizdən bir qətrə yaş axar) Allah sizin etdiklərinizdən xəbərsiz deyil.”1 Əvvəldə dediyimiz kimi, həqiqi mö`min heç bir halda duadan uzaqlaşmır. İstər rifah içində olsun, istərsə çətinlik içində! Onun nəzərində dua insanın kamillik səbəbidir. İstər adi vasitələr olsun, istərsə də olmasın! O, duadan əl çəkmir! Adi vasitələrin hazır olduğu yerdə bu vasitələri həqiqi səbəb bilməyərək dua edir və həqiqi səbəbə doğru əl açır. Allahı səbəbkar bildiyindən süfrəsində çörək olmasına baxmayaraq, doymağını Onun iradəsindən asılı bilir. Çünki öz ehtiyaclarının ödənməsində həqiqi səbəbkar yalnız Allahı hesab edir və maddi vasitələrin tə`sirini Onun icazəsindən asılı olduğunu anlayır. Adi vasitələr olmayan yerdə isə dua Allahın qüdrətinin adi vasitələrlə məhdudlaşmadığını göstərir. O inanır ki, Allah adi vasitələrsiz də onun ehtiyaclarını tə`min edə bilər.

İndi isə baxaq görək, özümüz sadalanan hansı dəstədənik?! Allah eləməmiş, üçüncü və ya dördüncü dəstədən olaq! Allah insana bol-bol ne`mətlər vermişdir. Lakin bə`zən əvvəlcədən təsəvvür olunmadığı halda bu ne`mətlər azalır və çətinliklər qarşıya çıxır. Məgər bunları təsadüfi hesab etmək olarmı? Məgər bu hadisələrin Allah ilə heç bir əlaqəsi yoxdurmu?

Bu işləri Allahla əlaqələndirmə ölçüsü bizim mə`rifət səviyyəmizə bağlıdır. Mö`min insan heç bir şeyi Allahın tədbir və iradə dairəsindən xaric bilmir. Hətta əgər başı ağrıyarsa, əvvəlcə Allahdan şəfa istəyir, sonra həkim və ya dərmanın ardınca gedir. Dərman istifadə edərkən də onun Allahın icazəsi ilə tə`sir göstərdiyini düşünür. Əgər Allah istəməsə dərmanın heç bir tə`siri olmaz. Qısası, bütün işlərin kökünün Allahın əlində olduğunu hesab edir və Allahdan başqa heç bir kəsi ilahi hakimiyyətdə və varlıq aləmində müstəqil səbəbkar bilmir. Bütün aləm Onun mülküdür və Onun izni olmadan heç kəsin sahiblik və səbəbkarlıq hüququ yoxdur.

Biz, adətən, öz e`tiqadi mübahisə və söhbətlərimizdə deyirik ki, Allahın tədbir və iradəsi ümumidir, hər şeyə şamil olur. Heç bir şey Onun tədbir və qüdrət dairəsindən xaric deyildir.

Fəlsəfədə də “fe`li tövhid” haqqında çox rahat bəhs edirik. Bu mövzunun digər mövzular kimi zehnimizdə çox rahat yer tutması mümkündür. Lakin, adətən, əməl zamanı bu həqiqəti unuduruq. Bir çox başqa e`tiqadlar kimi, Allahın hər yerdə hazır olmasına da inanır, lakin əməldə bu həqiqəti unuduruq. Fe`li tövhidə əqli yolla, ayə və rəvayətlərlə dəlil gətirərək onu sübut edirik. Lakin əməl zamanı bunları yaddan çıxarırıq.

Buna görə də çətinliklərlə qarşılaşdıqda bu çətinliklərdə Allahı tə`sirsiz hesab etmək olmaz. Bu çətinliklərdə Allahın nə dərəcədə tə`sirli olduğuna gəldikdə isə ən aşağısı inanırıq ki, əgər Allah istəsəydi bu çətinliklərin qarşısını alar və onların baş verməsinə mane olardı.

Bir tərəfdən insanın qarşılaşdığı bütün çətinliklər Qur`anın dediyi “bə`suna” (“bizim qəzəbimiz” –“Ən`am” surəsi, ayə 43, 148; “Ə`raf” surəsi, ayə 4, 5, 97, 98; “Yusuf” surəsi, ayə 11; “Ənbiya” surəsi, ayə 12; “Ğafir” surəsi, ayə 84, 85) sözünə əsasəndir. Bə`zi bəlaların Allah tərəfindən, bə`zilərinin isə Allahdan qeyrisi tərəfindən olması fikri düzgün deyil. Çünki bütün işlərin ixtiyarı Allahın əlindədir. Hansısa bir şəxsə bəlanın çatması üçün Allahın təbii icazəsi bu bəlanın Allaha bağlı olmasının dəlilidir. Kamil mə`rifətə sahib olan və fe`li tövhidi daha çox dərk edən hər bir kəs bu mövzunu daha gözəl anlayar. Bu mövzu fəlsəfədə geniş şəkildə şərh olunur. Əlbəttə, Allah tərəfindən insana nazil olan bütün bəlalar öz pis əməllərimizin nəticəsidir.

Bu mövzuda bir çox ayə və rəvayətlər vardır. Allah-təala Qur`anda buyurur: “Əgər Allah xalqa bir ne`mət verərsə, bu ne`məti heç zaman geri almayacaqdır. Yalnız bu xalq öz halətini dəyişsə geri alınar!”1 Allahın bir şəxsin bərəkətinə görə xalqdan hansısa bir bəlanın uzaqlaşdırması mümkündür. Baxmayaraq ki, xalq özü bu bəlanın uzaqlaşması üçün heç bir iş görməmiş olsun. Ya da ki, Allah nazil etdiyi bəlanı öz rəhməti və ya tədbirinə əsasən uzaqlaşdıra bilər. Lakin Allah xalqa verdiyi hansısa bir ne`məti heç zaman onlardan almaz. Amma xalq özü öz pis əməlləri ilə ne`mətin kəsilməsinə səbəb ola bilər.

Başqa bir ayədə buyurulur: “Hər hansı bir tayfa öz tövrünü dəyişməzsə Allah da onun tövrünü dəyişməz.”2 Bu ayənin məzmunu əvvəlki ayədəki kimidir. Lakin bu ayədə daha çox tə`kid olunur. Bu mübarək ayəyə əsasən, qəbul etməliyik ki, bə`zi ne`mətlərin bəlaya çevrilməsinin səbəbi öz əməllərimizdir.

Qur`an tə`limlərinə əsasən, çətinliklərimiz və qarşımıza çıxan müsibətlər öz əməl və rəftarlarımızın nəticəsidir. Əgər əməllərimizi və rəftarlarımızı islah etsəydik, ne`mətlər çətinlik və əzaba çevrilməzdi. Məşhur bir məsələ əsasən “bizə gələnlər bizdəndir”.

Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazdığınız günahların ucbatındandır. Allah bir çoxlarından keçər.”1

Əgər Allah xalqın bütün əməllərini cəzalandırmaq istəsəydi, yer üzündə heç bir canlı qalmazdı: Əgər Allah insanları günahlarına, haqsızlıqlarına görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı.”2 Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, yer üzündə bir nəfər belə saxlamazdı.”3

Allahın nazil etdiyi dünyəvi bəlalar xalqı cəzalandırmaq yox, onları tənbeh etmək üçündür. Beləliklə, insanlar bu vasitə ilə islah olsunlar və bilsinlər ki, Allahın hakimiyyətində yaşayırlar. İnsanların öz pis əməlləri üzündən suda quruda fəsad, pozuntu yarandı. Allah onlara etdikləri `zi günahların cəzasını dadızdırar. Olsun ki, geri dönələr.”4 Adətən, bəla nazil olduqda hamıya şamil olur. Məşhur sözdür ki, qurunun oduna yaş da yanar. Beləliklə, bəla günahkar olmayanlar üçün imtahan, günahkarlar üçün isə əzab sayılır.


Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin