Исламда нүмунәÂИ Ãадынлар



Yüklə 1.31 Mb.
səhifə19/33
tarix18.06.2018
ölçüsü1.31 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

Üçüncü: Sakitliyin tə’mini


İnsanın maddi həyatı iş, sə’y, qarşılıqlı əlaqələr, yorğunluq, ruhi iztirablarla müşayət edilir. Qur’an buyurur: «Biz insanı məşəqqətdə yaratdıq».1

Allah-təalanın insanı iztirablardan qurtarmaq yollarından biri evlənmədir. Mehriban ailə mühiti, ər-arvadın xoş ünsiyyəti yorğunluğu aradan qaldırır, sakitlik, rahatlıq yaradır. Ailə ilə ünsiyyətdən duyulan rahatlıq heç bir yolla hasil olmur. Heç bir əlaqə, heç bir məhəbbət ər-arvad əlaqəsindən üstün deyil. Məhəbbət dolu ailə mühitindən məhrum olan insanlarda bədbinlik yaranır və bu hisslər iztiraba səbəb olur.

Bu səbəbdən sübhan Allahın evlənmə üçün müəyyən etdiyi mühüm bir hədəf ruhən sakitliyin tə’minidir. Qayda-qanunlara riayət etdikdə evlənmə rahatlığa səbəb olur. Qur’an buyurur: «Onlarla ünsiyyətdə olasınız deyə sizin üçün zövcələr xəlq etməsi, aranızda sevgi mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir».2

Qeyd etdiyimiz üç məqsəd Qur’an və Əhli-beytin diqqət yetirdiyi evlənmə hədəfləridir. Əlbəttə ki, bu hədəflərə hər evlənmədə müvəffəq olunmur. Evlənmənin müqəddəs amallarına çatmaq üçün Allah-təala üsul və qaydalar tə’yin etmiş, zəruri göstərişlər vermişdir. Yalnız bu dini göstərişlərə əməl etməklə həmin üç hədəfi tə’min etmək olar. Ailə məsələləri və tərbiyə üsullarına əməl etməyən şəxs nə bu üç hədəfi, nə də layiqli övladı gözləyə bilməz.

İndi isə əsas ailə məsələsi və tərbiyə üsullarını araşdıracağıq.

Ailə əsasları


Ailə iki fiziki və iki mə’nəvi əsasa malikdir. Fiziki əsaslar bir-birinə bağlıdır. Bu iki əsası ər-arvad təşkil edir. İki mə’nəvi əsasdan biri məhəbbət, digəri isə bağışlamaq və güzəştə getməkdir. Birinci əsaslar ailənin qurluşunu təşkil edirsə, ikinci əsaslar ailə üçün ruh və can kimidir. Bir ailə bu iki ne’mətdən məhrum olarsa, heç bir əhəmiyyət daşımayan ruhsuz bədən olcaqdır.

İslam iki mə’nəvi əsasın varlığı üçün iki fiziki əsasın seçilməsində ölçülər tə’yin edib. Həyat yoldaşı bu ölçülər əsasında seçilmişdir. Bu halda ailə əsasları möhkəm olar və ailənin təşkili hədəfləri üçün şərait yaranar.

İslam kimsəyə gözübağlı, nəfs istəklərinə xatir ailə qurmağa icazə vermir. Çünki bu halda ailə nakam və səmərəsiz ola bilər. İnsana yol göstərilir və insan həvəsləndirilir ki, həyat yoldaşı seçilərkən dini ölçülərə lazımınca diqqət yetirilsin.

Haradan başlayaq?


Bu ölçülərə riayət olunarsa layiqli övlad tərbiyəsi üçün şərait yaranar. İslam insanın tərbiyəsi üçün xüsusi bir yaş qeyd etmir. Həyat yoldaşı seçilərkən övlad tərbiyəsi barədə düşünülməlidir. Övlad tərbiyəsində ata və ananın tə’siri nəzərə alındığından bu iki fiziki əsas üçün ölçülər müəyyənləşdirilmişdir. Belə olsa evlənmə ölçülər əsasında həyata keçər və tərbiyə üçün şərait yaranar. Demək, islam uşağın tərbiyəsinə anadan olandan sonra yox, həyat yoldaşı seçilən zaman başlayır.

Həyat yoldaşı seçimində ölçülər


İndi dini əsərlərdə həyat yoldaşı seçimi üçün müəyyənləşmiş ölçülərdən danışacağıq. Onlardan bə’zisi hər iki cinsə, bə’zisi isə ya təkcə qıza, ya da oğlana aiddir.

1-İman


Evlənmə mühüm və ömür boyu insana yoldaşlıq edən bağlılıqdır. Ər-arvad ailənin əsasıdırlar. Buna görə də həvəsbaz fərdlərlə ailə bünövrəsi qoymaq olmaz. Həyat yoldaşı seçərkən ən mühüm ölçü iman və təqvadır. Həmişəlik həyat yoldaşı iman nöqteyi-nəzərindən dəqiq qiymətləndirilməlidir. Arxayın olduqdan sonra evlənmək olar. Dinsiz adamlarla ailə qurmaqdan çəkinmək lazımdır. Rəvayətlərdə bu ölçüyə xüsusi diqqət yetirilib və günahkarlarla evlənmək qadağan olunub.

Həzrət Peyğəmbərdən (s) nəql olunub: «Dindar insanlarla ailə qurun».1 İmam Baqir (ə) buyurmuşdur: «Elçi gələnin dinindən razısınızsa, onunla bağlanın». Evlənmədə üstünlük və fəzilət ölçüsü iman və iffətdir.

«Ən yaxşı qadınlar doğumlu, mehriban və pak qadınlardır».2 Digər tərəfdən dinsiz şəxslə evlənmək qadağan olunur: «Şərab içən günahkar adamla evlənən öz qohumluq əlaqələrini kəsir».3 Həzrət Məhəmməddən (s) də bu səpkili hədislər nəql olunub.

2-Gözəl əxlaq


Evlənmə zamanı imandan əlavə əxlaq da nəzərə alınmalıdır. Gözəl əxlaqlı insanla bağlanmaq, alçaq, mənfur xasiyətlilərdən çəkinmək lazımdır. Çünki ünsiyyət yaranmasında, ailə əsaslarının möhkəmlənməsində gözəl əxlaqın rolu böyükdür. Əksinə, alçaq sifətlər ixtilaf yaradır, layiqli övlad tərbiyəsində ilahi yardımı kəsir. Ona görə də rəvayətlərdə iman şərt qoyulanda əxlaq da ölçü kimi göstərilir. Bu iki sifət bir-birindən ayrıdır. Ola bilər ki, e’tiqad nöqteyi nəzərindən mö’min və təqvalı olan bir şəxs gözəl əxlaqa malik olmasın. Söz yox ki, bəyənilməz əxlaq imanın zəifləməsindən doğur. Həqiqi mö’minin əxlaqı da gözəl olacaq. Əxlaq iman əslində ayrılır. Gözəl əxlaq barədə həzrət Peyğəmbərdən (s) nəql olunub ki, əxlaqından, dindarlığından razı olduğunuz adamlarla evlənin.4 Pis əxlaqlı şəxslə evlənmənin mümkünlüyü haqqında imam Rzadan (ə) sual olundu. Rəvayətə əsasən buyurub ki, beləsi ilə evlənməyin.1

Ailədə əsil-nəsil məsələsi


Həyat yoldaşı seçilərkən digər bir me’yar onun əsil-nəsil məsələsidir. Təkcə bir nəfərin iman və əxlaqını öyrənməklə iş bitmir. Nəslin, alilənin övlada tə’sirini nəzərə almaqla bu məsələlərə də diqqət yetirilməlidir. Əsilli, təqvalı, əxlaqlı, şücaətli, səxavətli ailə ilə bağlanmaq lazımdır. Çünki yaxınların, valideynlərin xasiyyətləri genetik yolla, ünsiyyət yolu ilə övladlara keçir. Buna görə də həmin mövzu rəvayətlərdə nəzərə alınıb ki, həyat yoldaşı saf, gözəl xasiyyətli ailələrdən seçilsin. Qarşı tərəfin ailəsinin övlada tə’siri barədə həzrət Peyğəmbər (s) buyurub: «Həyat yoldaşı seçərkən onun ailə əslinə diqqətli olun, çünki sizin övladlarınızın xasiyyətlərində dayıları da şərikdir».2 Peyğəmbər (s) açıq-saçıq ailələrdə böyümüş gözəl qız və qadınlarla evlənməkdən çəkindirir. («Vəsail» cild 14).



Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə