Исламда нүмунәÂИ Ãадынлар



Yüklə 1,31 Mb.
səhifə1/33
tarix18.06.2018
ölçüsü1,31 Mb.
#54113
  1   2   3   4   5   6   7   8   9   ...   33


İSLAMDA NÜMUNƏVİ QADINLAR
FATİMƏ (Ə)

MÜƏLLİF: HƏBİBULLAH ƏHMƏDİ

TƏRCÜMƏ EDƏN: HACI ARZU

FATİMƏ


(Həyat idealları-3)
Bu sözlər sənə təqdim olur, Fatimə!

Qüssən qılınc çaldı əli qəddinə!


Kitabın adı:..İslamda nümunəvi qadınlar – Fatimə (s.ə).

Müəllif: .................................Həbibullah əhmədi

Tərcümə edən:..........................................Hacı Arzu

Nəşr edən:..........................................................Faiz

Tiraj:..................................................................3000

Çap növbəsi:................................................Birinci

Çap tarixi:.........................................................2007

MÜQƏDDİMƏ

QADININ YARANIŞI VƏ HÜQUQLARI




Elmi müzakirələrdə qadın hüquqları


Qadın yaranışının xüsusiyyətiləri, yaranışda qadın və kişi arasındakı fərqlər, qadının fərdi və ictimai hüquqları elmi və mədəni müzakirələrdə ardıcıl olaraq şərh edilmişdir. Bəşər tarixində müxtəlif məktəb və ideologiyalar bu məsələyə müxtəlif şəkillərdə yanaşmış, onun haqqında bə’zən ziddiyyətli, bə’zən ifrat dərəcədə və bə’zən də səthi formada danışmışdır.

Bu əsərdə əhəmiyyətli nəticəyə çatmış çox fikirlərdən vaz keçib, yalnız bə’zi görüşləri və baxışları xülasə şəkildə nəzərdən keçirəcəyik. Ümid edirik ki, möhtərəm oxucuların nəzərində qadına münasibətdə islamın müxtəlif qondarma ideologiyalardan üstünlüyü aydın olsun.


Qadın cahiliyyət dövründə


Qədim Hind, Çin, Rum və ərəb cəmiyyətlərində qadına elə anormal münasibətlər olub ki, indi də dünyanın bə’zi nöqtələrində həmin münasibətlərə təsadüf edilir. Bu baxışlara əsasən daim kişinin xidmətində dayanmağa borclu olan qadın, heyvan kimi bir mövcud sayılır. Buna görə də qadın bütün fərdi və ictimai hüquqlardan məhrum edilmiş, hətta öz talehini müəyyənləşdirmək haqqına malik olmamışdır. Axı əslində insan hesab edilməyən qadın hansı insani hüquqlara malik ola bilərdi!

Sadalanan cəmiyyətlərdən bə’zilərində qadın şəxsiyyəti o qədər süqut etmişdi ki, onun həyatı da kişidən asılı idi. Bə’zən ehtiyac üzündən qadını öldürüb, əti ilə qidalanardılar.

Hindistanda əri ölmüş qadını ərinin cəsədi ilə birlikdə yandırar, ya da zillət içində buraxardılar. Tarixi mənbələrdə bu faktlar şahidlər tərəfindən təsdiq edilir.

Lakin bu hissə sonrakı hissələrin müqəddiməsi olduğundan sözü çox da uzatmayıb, yalnız cahiliyyət dövründə - Qur’an nazil olan zamandakı şahidlərin bə’zilərini xatırlayırıq. Əlbəttə ki, bu baxışları analiz etməklə digər cəmiyyətlərdəki oxşar baxışlar da işıqlanar.

Cahiliyyət dövründə qadın o qədər əskik sayılırdı ki, hətta onun varlığı belə həqarət hesab edilirdi. Bir şəxs qızı olduğunu eşidəndə qəzəblənər, rəngi qaralardı. İki yol ayrıcında tərəddüd edərdi – bu əskikliyə, zillətə dözmək, yoxsa qızı diri-diri torpağa basdırmaq?! Bildiyimiz kimi qızları diri-diri torpağa basdırmaq cahil ərəblərin adəti idi. Bu işi heç bir vəhşi heyvan öz balasına qıymaz. Qur’an bu cahil adəti belə nəql edir: «Verilən müjdənin pisliyi üzündən tayfasından gizlənər. Görən, körpəni zillətdə saxlayacaq, yoxsa torpağa basdıracaq? Necə pis mühakimə edirlər! («Nəhl» surəsi, 59-cu ayə)

Başqa bir yerdə, «Təkvir» surəsinin 9-cu ayəsində bu çirkin əməl yenə də sual altına alınır: «O hansı günaha görə öldürüldü

Cahiliyyət dövründə qız övladları övlad hesab olunmaz və nəslin davamı yalnız oğlanlar sayılardı. Cahiliyyətin rəzil şüarı bu idi:

Yalnız oğlanlardır bizlərə övlad


Qızlarla nəsilə verilməz bir ad.
Qur’ani-kərim müxtəlif əsaslarla oğlan və qızı eyni bildirir, köhnəliklə mübarizə aparır. Aşkar şəkildə qızları övlad adlandırmaqla cahil adətləri kökündən qoparır. Nəcran xristianları ilə mübahilə (nifrin) mərasimində həzrət Peyğəmbər (s) və Əli (ə) ilə müsəlmanlardan qadın ünvanında Fatimeyi Zəhra (ə) və Peyğəmbər övladı kimi Həsən və Hüseyn (ə) iştirak etdilər. Qur’ani-kərim bu barədə buyurur: «Sənə (İsa haqqında) göndərilən bilikdən sonra bu barədə səninlə mübahisə edənlər olsa, onlara de: Gəlin biz oğlanlarımızı, siz oğlanlarınızı, biz qadınlarımızı, siz qadınlarınızı, biz özümüzü, siz özünüzü çağıraq yalvarıb Allahdan yalançılara nət istəyək».1

Bu ayədə Peyğəmbər qızının övladlarına övladlıq şamil edilir.

Cahiliyyət quruluşunda isə ailənin təşkili inkişafını öhdəsinə götürmüş qadınlara diqqətsizlik göstərilir. Bu həmin qadındır ki, övladının səadətinə zamindir və bu prosesdə mühüm rol oynayır. «Bəhar» da buyurulur: «Hər kəsin səadət bədbəxtliyi anasının bətnində müəyyənləşir». «Vəsaildə» buyurulur: «Behişt ananın ayaqları altındadır».

Cahiliyyət dövründə anaya övladı bir müddət özündə saxlayıb, sonra azad edən qab kimi baxılıb. Cahiliyyət mədəniyyəti bir şe’rdə belə əks olunur:


Qabdan artıq deyil onlar bizə,

Atalardır ünvan soy, kökümüzə.
Qur’an bu cahil fikri puça çıxarıb, ana qucağını tərbiyə, inkişaf beşiyi kimi tanıtdırır, «qadınlarınız saleh övladlar tərbiyə edəcək əkinəcəklərinizdir», deyir. Qur’an anaların üzücü zəhmət və təlaşlarına təşəkkür olaraq tə’rif edir, hüquqlarını ilahi hüquqlar sırasında əks etdirir. «İsra» surəsinin 23-24-cü ayələrində buyurulur: «Allah Ona ibadəti valideynə yaxşılığı buyurmuşdur. Onların biri, ya hər ikisi sənin yanında qocalığın ən sınıq çağına yetərsə, onlara «uf»da demə, acı söz söyləmə. Onlarla xoş rəftar et. Onların hər ikisinə acıyıb, mərhəmət göstərərək de: Pərvərdigara, onlar məni körpəliyimdən tərbiyə edib bəslədikləri kimi Sən onlara rəhm et

Əhqaf» surəsində buyurulur: «Biz insana ata-anasına yaxşılığı sifariş etdik Beləcə, xeyli çətinliklərlə qarşılaşan ananın əsil rolu nəzərə çatdırılır.

Cahiliyyət qurluşunda qadının hansısa bir qərara gəlmək hüququ yox idi. Yalnız ata və qardaş onu ərə verə bilər və bir əşya kimi dəyişər, mehriyyəyə sahib olardılar. Hətta əri öləndə onun mülkünə sahib çıxırdılar. Qadının evlənmə hüququ ailənin kişisinə məxsus idi. Qur’an bu çirkin əməli rədd etdi və evlənmə hüququnu qadının öz ixtiyarına verdi. Qadın öz meyriyyəsinə sahib oldu (əlbəttə ki, qızın ərə getməsində atanın icazəsi olmalıdır).

Həmin qaranlıq qurluşda qadın ailə və insani ünsiyyət hüququndan da məhrum idi. Onunla quldan da pis rəftar olunurdu. Addımbaşı qadın təhqir edilirdi. Qur’an qadınla qeyri-insani rəftarı puça çıxardı.



«Qadınlarınızla ağıllı, Allah bəyəndiyi kimi rəftar edin.»1

Cahiliyyətdə qadının zəhmət haqqı ata, qardaş tərəfindən mənimsənilirdi. Qur’an aşkar şəkildə onlara kişilər kimi iqtisadi müsəqillik verdi: «Kişilərin öz qazandıqlarından öz payı, qadınların öz qazandıqlarından öz payı vardır2

Cahiliyyətdə qadının irs hüququ yox idi. İrs yalnız kişilərə məxsus idi. Qur’an kişilərlə yanaşı qadına irs hüququ verdi.

«Ata, ana yaxın qohumların qoyub getdikləri maldan kişilərə qadınlara pay düşür(«Nisa» surəsi, ayə 7).

Cahiliyyət qurluşunda əxlaqi və ilahi dəyərlər o qədər alçaldışmışdı ki, qızların və qadınların iffəti mübadilə əşyasına dönmüşdü. Qur’ani-kərim bu çirkin işi qadağan etdi: «Fani dünya malı əldə etmək xatirinə onları zinaya məcbur etməyin».1

Bunlar cahiliyyətin Qur’an tərəfindən puça çıxarılmış adətləri idi. Qur’an qadın hüquqlarını və qadın şəxsiyyətini ucaltdı. İslam Peyğəmbəri (s) bütün çirkin adətləri rədd etməklə buyurdu: «Sahibinə qaytarılmalı olan əmanətdən savayı bütün cəhalət adətləri mənim ayaqlarım altındadır». İstər xeyrixah olsun, istərsə də günahkar, fərqi yoxdur. Əmanəti sahibinə qaytarmaq islamın insani və beynəlmiləl prinsipidir. Bu adəti yaşatmaq cahiliyyət yox, insani ən’ənəni yaşatmaqdır. Beləcə, fitrət və ağıla əsaslanan din heç vaxt cəhalətdən savay əsası olmayan adətləri təsdiq etməyəcəkdir.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin