Исламда нүмунәÂИ Ãадынлар


Qur’an və insanın xilqəti



Yüklə 1,31 Mb.
səhifə3/33
tarix21.10.2017
ölçüsü1,31 Mb.
#8151
1   2   3   4   5   6   7   8   9   ...   33

Qur’an və insanın xilqəti


Bu barədə Qur’an buyurur: «Ey insanlar, sizi tək bir şəxsdən, o şəxsdən zövcəsini yaradan onlardan da bir çox kişi qadın törədən Allahınızdan qorxun1

Mübarək ayə insanın yaranış başlanğıcını həqiqətdən bilir və buyurulur: «Sizi sizin zövcənizi həqiqətdən yaratmış Allahdan qorxun təqvalı olun

Bu günkü bəşəriyyətin ilk kişi və qadını olan Adəm və Həvva bir həqiqətdən xəlq edilmişdir. Bu iki nəfər də ayənin məzmununa şamil olur. Qadın və kişinin xilqətində heç bir fərq yoxdur. Adəmə üfürülmüş həmin ruh və həqiqət Həvvaya da üfürülmüşdür. Eyni ruh və həqiqət birində kişi, digərində isə qadın şəklində təcəlli etmişdir. Yenə buyurulur: «Sizi bir nəfərdən xəlq edən onunla ünsiyyət üçün zövcəni yaradan Odur2

Mübarək ayənin məzmunu əvvəlki ayə kimi insan vücudunun həqiqət başlanğıcının bir olduğunu bir daha təsdiq edir.


Təkamül yolu


İkinci müddəa təkamül yolunun həm kişi, həm də qadın üçün eyni olmasıdır. Hər bir fəzilətin əldə edilməsində kişi və ya qadın olmaq şərt deyil. Çünki kişi və qadının ruhu, həqiqəti eynidir və fəzilətə yetmək, təkamül çatmaq insanın ruhuna, həqiqətinə aiddir. Eləcə də insanın ruhundan kənar fərqlər burada tə’sirsizdir.

İslamda təkamül yolu iman və saleh əməllə adlanır. Kişi və qadın təfavütsüz olaraq vəzifəlidirlər.


Qur’an və insanın təkamülü


Qur’ani-kərim bu barədə buyurur: «min olub, yaxşı işlər görən kişi qadına xoş həyat nəsib edəcək yaxşı əməllərinə görə onları mükafatlandıracağıq.»1

Bəli, fəzilətlərə çatmaqda, xoş həyatdan faydalanmaqda qadınla kişi arasında heç bir fərq yoxdur və onlara əməllərindən üstün mükafat veriləcək. Təkamülün şərti iman və saleh əməldir. Bu məsələdə qadın və kişi eynidir.

Başqa bir yerdə buyurur: «min olub, saleh əməl edən şəxs istər qadın olsun, istər kişi, behiştə daxil olacaq Yenə buyurulur: «Doğrudan da, Allah müsəlman kişi qadınlar, min kişi qadınlar, itaətkar kişi qadınlar, doğruçu kişi qadınlar, səbirli kişi qadınlar, təvazökar kişi qadınlar, sədəqə verib, oruc tutan kişi qadınlar, ayıb yerlərini hifz edən kişi qadınlar, Allahı çox zikr edən kişi qadınlar üçün bağışlanma böük mükafat hazırlanmış-dır1 Ayədə kişi və qadının imanı eyni cür vəsf olunur, onların mükafatı da eyni cür göstərilir. Digər bir ayədə insanın üstünlüyü onun təqvasında görülür, kişi və qadına fərq qoyulmadan! «Allah yanında ən hörmətliniz daha çox təqvalı olanlarınızıdır.»2

Təkamül yolunun eyni olması


İlahi vəhyə əsasən Qur’an insanın hidayəti, nuraniyyəti, paklaşması üçün gəlmişdir. Məqsəd insanın zülmətdən, cəhalətdən mə’nəviyyata yönəldilməsidir. «Bu Quran elə bir kitabdır ki, onu sənə insanları zülmətdən nura çıxarmaq üçün nazil etmişik». («İbrahim» surəsi, ayə 1).

Paklanma ya ağıl və təfəkkür yolu ilə, ya da eşq və məhəbbət (qəlb) yolu ilə olur. Bə’zi ustadların buyurduğu kimi, Əgər kişilər üçün ağıl təfəkkür yolu hamardırsa, qadınlar üçün qəlb yolu hamardır qəlb yolu məqsədə ağıl yolundan daha yaxındır

Məhəbbətin cazibəsi daha çoxdur. Necə ki, sözün tə’siri düşüncənin tə’sirindən az deyil. Bu səbəbdən də təkamül yolunu keçmək qadınlar üçün hamar olmasa da, kişilər üçün də asan olmayacaqdır.

Nəticə budur ki, qadın və kişi yaranışının həqiqəti birdir, fəzilətlərə çatmaq yolu eynidir. Demək, qadın və kişi insanlığı və fitrəti arasında heç bir fərq yoxdur. İslam məktəbi qadın və kişini bərabər bilir. Hansı ki, qərb məktəbi çox təlaşdan sonra, bu bərabərliyi öz məktəbi üçün böyük nailiyyət hesab edir. İslam, vəhy məktəbi daha yuxarı mərhələdə düşünür və qadın və kişini eyni bir həqiqət bilir. Səmavi maarif tə’liminin nəticəsi olan qadın şəxsiyyətinin yüksəldilməsi budur. Dünya məktəbləri bundan sonra əsrlərcə çalışsalar, vəhydən törənən belə bir maarifə nail olmayacaqlar. Qur’an bu barədə buyurur: «Vəhy sizə heç zaman əliniz çatmayacaq bir maarif öyrədir Qadın və kişi xilqətinin həqiqəti və fəzilətlərə yol tapmaq bəşər elminin gücündə deyil. Bu, Peyğəmbər məktəbinin işidir.


Qeyd (sual)


Ötən mövzulara diqqət edərkən belə bir sual yarana bilər ki, islam məktəbində təkamül yolu ibadətdir və insan bəndəlik yolu ilə yüksəlir. İbadət yolu isə islamın insanlara təqdim etdiyi hökmlər və vəzifələrdən ibarətdir. Qadın və kişinin vəzifələrində isə xeyli fərqlər vardır. Qadın ayda neçə gün ibadətlərin üstünü olan namazdan məhrumdur. Həmin günlərdə Ramazan ayının fəzilətli oruclarına da nail olmur. Eləcə də ədalətin qələbəsi üçün cihaddan da məhrumdur. Qısası, çox hökmlərdə qadın və kişinin vəzifələri fərqlənir. Necə olar ki, təkamül yolu qadın və kişi üçün eyni olsun?

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin