İslamda qadin hüquq sistemi Kİtab haqqinda


Çoxarvadlılığın tarixi sәbәblәri (2)



Yüklə 1,61 Mb.
səhifə24/34
tarix17.11.2018
ölçüsü1,61 Mb.
#82823
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

Çoxarvadlılığın tarixi sәbәblәri (2)


Kişinin qadın üzərində hakimiyyət və heç bir maneə olmadan ona sahiblənməsi təklikdə çoxarvadlılıq ilə bağlı adət və ənənələrin meydana çıxmasında kifayət qədər rola malik olmamışdır. Hökmən, digər səbəb və amillər də bu məsələlərdə

səh:295


dəxalətli olmuşdur. Yəni, qüdrətli kişilər üçün bir neçə qadına sahib olmaqdan ən asan və baş ağrısı olmayan məsələ onların dəyişiklik istəmələrinə olan tələbatlarını qadınbazlığın azad, məşuqə və rəfiqə formasından istifadə etmək və onları (qadınları) öz arvadları ünvanında qəbul etmədən və gələcək ehtimali övladları barəsində də heç bir öhdəlik və vəzifə daşımadan ödəmələridir.

Bu cəhətdən, bir neçə zövcəyə sahib olmanın adət halını aldığı cəmiyyətlərdə ictimai və əxlaqi maneələr ya kişinin üzünə azad şəkildə olan məşuqə, qadınbazlığı bağlamış və qüdrətli və həvəsbaz kişilər öz tələbatlarını ödəmək üçün istifadə etdiyi qadınları öz arvadı kimi qəbul etməyə və uşaqların məsuliyyətini də qanuni şəkildə öz öhdəsinə götürməyə məcbur olmuşdur, ya da kişinin dəyişikliyə olan meyli və həvəsbazlığından başqa, digər amillər (coğrafi, ictimai və iqtisadi) də bu məsələdə təsirli olmuşdur.


Coğrafi amillәr


Montesko və Qustav Lobon həmin məsələdə çoğrafi amillərin dəxalət və təsir etdiyinə daha çox israr və təkid edirlər. Bu mütəfəkkirlərin etiqadına görə, Şərqdəki təbii şərait və mühitin tələbinə əsasən, zövcələrin sayının çox olması məsələsi adət halını almışdır. Həmin şəraitdə qadın həm daha tez inkişaf edib həddi-büluğ və yetkinlik yaşına çatır və həm də daha tez qocalırdı deyə, kişi ikinci və üçüncü qadına ehtiyac duyurdu. Bundan əlavə, şərqli kişilər təbii mühitə əsasən, cinsi baxımdan da o qədər inkişaf etmişlər ki, bir qadın onların tələbatını ödəməyə yetmirdi.

Qustav Lobon “İslam və ərəb mədəniyyət (sivilizasiya) tarixi” əsərinin beş yüz doqquzuncu səhifəsində yazır: “Adı çəkilən adət və ənənələr (çoxarvadlılıq) dinin gətirməsi ilə deyil, fəqət Şərqin ab-hava və təbii mühiti, həmçinin, Şərq həyat tərzi ilə əlaqədar olan irqi xüsusiyyət və digər səbəb və məsələlərin nəticəsi olaraq meydana gəlmişdir. Eyni zamanda, təbii mühit və qövm, tayfa xüsusiyyətlərinin də həddən artıq

səh:296

təsirə malik olan amillərdən hesab edildiyini bilirik və biz bu barədə uzun-uzadı danışmağa və uzunçuluğa yol verməyə ehtiyac duymuruq.



Bunlardan əlavə, təbiətin özü və qadınların strukturu və xəstəlik, övladların xərcləri və digər məsələ və səbəblər əksər hallarda qadınların kişilərdən kənar gəzməsinə səbəb olurdu və Şərqin ab-hava və mühiti, eyni zamanda, qövmi xüsusiyyətlər elə bir şəkildə idi ki, belə müvəqqəti uzaqlıqlar kişilər üçün dözülməz sayılırdı. Bu səbəblərdən də, çoxarvadlılığın meydana gəlməsi zərurəti yarandı.”

Montesko “Qanunların ruhu” adlı əsərinin dörd yüz otuzuncu səhifəsində belə yazır: “İsti iqlimə malik olan ölkələrdə bir qayda olaraq qadınlar səkkiz, doqquz və on yaşlarından yetkin və həddi-büluğa çatmış olurlar. Onlar evləndikdən sonra da tezliklə hamilə qalırlar. Beləliklə, biz isti ölkələrdə evlənən qadınların bir-birinin ardınca və dalbadal olaraq hamilə qaldıqlarını söyləyə bilərik. Preydo İslam peyğəmbərinin (s) şərhi-halı ilə bağlı o həzrətin Xədicəni (ə) beş yaşında olarkən öz nikahına keçirdiyini və səkkiz yaşına gəldiyində onunla yaxınlıq etdiyini qeyd edir. Beləliklə, isti ölkələrdə yaşayan qadınlar iyirmi yaşında qoca hesab edilirlər, halbuki, onların bu yaşda əqlləri kamala doğru inkişaf edir...

Amma mülayim iqlimə malik olan ölkələrdə qadınlar nisbətən gec həddi-büluğ və yetkinlik yaşına çatır və gec evlənirlər. Onlar evləndikləri zaman müəyyən qədər təcrübə toplamış olurlar və övlad dünyaya gətirmələrinə baxmayaraq, öz ərləri ilə eyni yaşda görsənir və haradasa, ərləri ilə birlikdə qocalır və yaşlaşırlar. Belə olan təqdirdə kişi və qadınlar arasında müsavat və bərabərlik bərqərar edilir və kişilər birdən artıq qadınla evlənmirlər...

Deməli, qanunların Avropada qadınların (zövcələrin) sayca çoxluğunu qadağan etməsi və Asiyada isə həmin məsələ ilə əlaqədar adətlərin yaranması təbii mühit və ab-hava ilə bağlıdır.”

Bu formadakı izah, əslində, doğru və düzgün deyil. Çünki birincisi, çoxarvadlılıq ilə bağlı adətlər təkcə Şərqin isti iqlimə

səh:297


malik məntəqələrinə məxsus deyil. Məsələn. İranın özündə əlverişli təbii şərait və mülayim iqlim olmasına baxmayaraq, İslamdan da öncə, burada çoxlu sayda qadınla evlənmək adət halına çevrilmişdi. Eyni zamanda, Monteskonun dediyi “qadın Şərqdə iyirmi yaşında qocalır” - kimi sözlər boş və əsassız sözlərdən başqa, bir şey deyildir. Bundan daha da betər olanı Preydodan nəql edərək onun “Peyğəmbərin (s) Xədicəni (ə) beş yaşında öz əqdinə keçirməsi və səkkiz yaşında onunla yaxınlıq etməsi”ni deməsidir. Halbuki, hamımız Peyğəmbər (s) Xədicə ilə evləndiyində o həzrətin iyirmi beş yaşında olduğunu və Xədicənin isə ömründən qırx il keçdiyini yaxşı bilirik.

İkincisi, qadının tez qocalıb yaşlanması və kişinin cinsi qüvvəsinin tüğyan edərək coşması kimi məsələlər əgər bu məsələnin yaranmasının əsil səbəbidirsə, onda, nə üçün Şərqdə yaşayan insanlar Qərbin orta və yeni əsrlərdə keçdiyi yolu izləyərək öz təbiətlərinin istəyinə əsasən çoxlu sayda qadınla evlənmək yerinə, qadınbazlıq və fahişəliklə kifayətlənməmişlər?

Beləliklə, Qustav Lobonun sözlərinə istinad edərək zövcələrin vahidliyi məsələsinin təkcə qanun kitablarında qeyd edilən rəsmi bir məsələ olduğunu və qərblilərin rəftarlarında onun heç bir əsər və əlamətinin görünmədiyini deyə bilərik. Həmçinin, onun sözlərinə əsasən, Qərbdə kişilərin qadınları öz məşuqə və rəfiqələri kimi istifadə etmələri və dünyaya gələn övladlarına qarşı heç bir məsuliyyət və vəzifəyə malik olmalarından fərqli olaraq, şərqlilərin sayca çox olan zövcələri rəsmi şəkildə qəbul etdiyini, yəni kişilərin qadınlara nisbətdə öz kişilik funksiyasını və övladlara nisbətdə də atalıq vəzifələrini yerinə yetirdiklərini diqqətinizə çatdıra bilərik.

Qәrbdә çoxarvadlılığın vәziyyәti


Mən bu yerdə orta əsrlərdə Qərbdə mövcud olan çoxarvadlılığın vəziyyəti barədə Qərbdə tədqiqat aparmış tarixçilərdən birinin dili ilə şərh verməyi zəruri hesab edirəm və istəyirəm möhtərəm oxucular və Şərqi “zövcələrin sayının çox olması” və “hərəmxanaların təşkilatçısı” adı ilə irad tutmağın

səh:298


mərkəzində yerləşdirən və bu məsələni Qərbin önündə Şərqin başıaşağı olmasına yol açan bir məsələ kimi dəyərləndirən kəslər bilsinlər ki, Şərq onda mövcud olan bu məsələ, onun naqisliyi və eyibli cəhətləri ilə Qərbdə saysız şəkildə qadınlara sahib olmaqla bağlı baş verən hadisələrə nisbətdə, min dəfə üstündür və fəzilətə malikdir.

Vil Dorant “Sivilizasiya tarixi” əsərinin on yeddinci cildində “Əxlaqın süstlüyü” adı altında bir fəsil açmışdır. O, bu fəsildə İtaliyada renesans (intibah) dövründə yaşayan insanların ümumi əxlaqı barədə şərh vermişdir. Bütövlükdə on bir hissədən ibarət olan bu şərh oxunulasıdır. Mən bu şərhdə “cinsi münasibətlərdə əxlaq” başlığı adı altında verilən fəsilin qısa xülasəsini sizin diqqətinizə çatdırıram.

Vil Dorant bu şərhlə qısa bir müqəddiməni xatırladır və sanki həmin müqəddimə vasitəsi ilə əvvəlcədən üzrxahlıq etməyə çalışır. O, müqədimə olaraq bunları deyir: “Ruhani olmayan camaatın əxlaqı və cinsi məsələlər barədə söhbət açmazdan öncə, nəzərinizə çatdırmaq istəyirəm ki, kişi zatı baxımdan bir neçə zövcəyə sahib olmaq təbiətinə malikdir və təkcə əxlaqi qeyd və məsələlər, fəqirliyin münasib mizanı, çətin iş və zövcənin daimi nəzarəti bu məsələdə kişini bir qadınla kifayətlənməyə məcbur edə bilər. “

Daha sonra sözlərinə davam edərək belə yazır: “Möhsinə zinanın - yəni, evli kişi və qadının bir-biri ilə etdiyi zina - renesans dövrünə nisbətdə orta əsrlərdə çox olması məsələsi məlum deyil. Orta əsrlərdə zina qəhrəmanlıq şəklində təltif edildiyi kimi, bu üsul renesans dövründə də təhsil almış təbəqə arasında zərif və incə ruhlu qadınların bununla tərbiyə edilməsi ilə uzlaşır və uyğunlaşırdı.

Əsil və kübar ailədən olan qadınlar müəyyən bir həddə öz ailələri ilə uyğun gəlməyən kişilərlə nadir hallarda evlənirdilər. İffətlə bağlı məziyyət və xüsusiyyətlər onlara evlilikdən daha əhəmiyyətli şəkildə təlim edilirdi. Nəql edilənlərə əsasən, bu məsələ o qədər əhəmiyyət kəsb edirdi ki, namusuna təcavüz edilən qadın suda qərq olmaqla özünü həlak edirdi. Şübhəsiz ki,

səh:299


həmin qadın bir nəfərə məxsus idi və onun ölümündən sonra, onun üçün büstlər düzəldilirdi.

Evlilikdən əvvəlki macəralar izah edilə biləcək şəkildə olmalı idi, yoxsa, İtaliyada renesans dövründə hər bir şəhərdə əmələ gələn sonsuz saydakı qeyri-qanuni və qeyri-şəri uşaqlar bu məsələdə dəlil kimi istifadə edilə bilərdi. Haramzadə övlada sahib olmamaq üstün bir imtiyaz kimi qiymətləndirilməsinə baxmayaraq, ona sahib olmaq da fahişəlik əlaməti olaraq bilinmirdi. Kişi adətən, hansısa bir qadınla evlənən zaman, onu haramzadə uşağını evinə gətirmək və kişinin digər uşaqları ilə birlikdə böyüdülməsi ilə bağlı rəğbətləndirirdi.

Haramzadə olmaq kiminsə qədir-qiymətinin azalmasına səbəb olmurdu. Cəmiyyətin onlara vurduğu damğa o qədər də əhəmiyyət kəsb etmirdi. Bəzən qanuni və şəri olmanı kilsə üzvlərinə rüşvət verməklə də ələ gətirmək mümkün olurdu. Şəri və qanuni övlad və varislərin və ya səlahiyyətli şəxslərin olmaması səbəbi ilə haramzadələr taxt-tac və digər mülkiyyətə sahib ola bilirdilər. Həmin qayda ilə birinci Frenti birinci Alfonsonun - Neapol padşahının - və Leonelodse isə Frara hakimi üçüncü Nikolyenin canişini olmuşdu. İkinci Pyus min dörd yüz əlli doqquzuncu ildə Fraraya gəldiyi zaman, yeddi şahzadə tərəfindən qarşılanmışdı və onların hamısı qeyri-qanuni övladlar idilər. Halalzadələrlə haramzadələr arasındakı rəqabətin mənşəyi renesansın keçməkeşli dövrlərindən qaynaqlanırdı... Amma həmcinslərə meyillilik məsələsi ilə bağlı onun qədim Yunan adətlərinin icbari olaraq dirçəldilməsi ilə əlaqədar meydana çıxmasını deməliyik...

San Bernardino bu məsələnin çox geniş şəkildə yayılaraq şəhəri bir xəstəlik kimi təhdid etdiyini müşahidə etmişdi. Artino bu inhiraf və azğınlığın eynilə Romada da olduğunu bildirmişdir. Fahişəlik barəsində də belə sözlər söyləyə bilərik. İnfesuranın nəqlinə əsasən, öz düşüncələrini papanın qərargahı olan Romada geniş yayıldığını bildirmək üçün, Romada min dörd yüz doxsanıncı ildə doxsan minlik əhali arasında altı min səkkiz yüz fahişənin olduğunu qeyd etmişdir. Əlbəttə, bu

səh:300

statistik rəqəm və göstəricilər gizli və qeyri-rəsmi şəkildə fəaliyyət göstərənlərə şamil deyildir.



Venesiyada da min beş yüz doqquzuncu ilin statistik məlumatlarına əsasən, üç yüz minlik əhali arasında on bir min altı yüz əlli dörd fahişənin olduğu qeydə alınmışdır. XV əsrdə on beş yaşı olmasına baxmayaraq, hələ ərə getməyərək evdə qalmış qız uşağı ailənin üz qarası hesab edilirdi. XVI yüzillikdə evliliklə əlaqədar bu yaş qızlar üçün on yeddiyə qaldırıldı ki, onların ali təhsil ala bilmələri mümkün olsun. Fahişəliyin bütün məziyyət və xüsusiyyətlərindən asanlıqla faydalana bilən kişilər üçün evlilik sadəcə bir halda mümkün ola bilərdi və o da evlilik kişi üçün hansısa bir vəsilə olduğunda baş tuturdu.

Orta əsrlərdəki evlilik ayinlərinə əsasən, evlilik məsələlərinin müxtəlif dövrlərində izdivacın kişi və qadın arasındakı eşq və məhəbbətə, onların qəm və kədərdə, xoşbəxtlik və bədbəxtlikdə, bir-birinə şərik olması kimi məsələlərə söykəndiyini demək olar və zahirdə belə məsələlər gözlənilirdi. Bütün bunlarla yanaşı, möhsinə zinası onlar arasında geniş yayılmışdı, çünki evliliklər adətən, ali təbəqələr arasında diplomatik əlaqələr, siyasi və iqtisadi mənafelərə xatir həyata keçirilmək xarakteri daşıyır və baş tuturdu. Eyni zamanda, qadınlar ərlərinin bir qayda olaraq, məşuqəyə sahib olmaq hüququnun olmasını düşünürdü və qadınlar bu cəhətdən qəmgin olmalarına baxmayaraq, ya həmin məsələləri görməzdən gəlir, ya da bu barədə bir kəlmə də olsun danışmırdılar.

Orta təbəqəyə mənsub olan kişilər zinanın qanuni və şəri bir iş olduğunu düşünürdülər. Makyavelli və onun dostları, adətən, öz vəfasızlıqları barədə danışdıqları macəra və dastanlardan heç də narahat olmurdular. Əgər qadın da kişidən intiqam almaq üçün öz ərini bu məsələdə təqlid etmiş olsaydı, əri ona bu məsələdə göz yumur və özünü daha da qeyrətli kimi göstərirdi.”

Bəli, şərqlilərə zövcələrin sayının çox olması barədə daimi olaraq irad tutan və onların insana yaraşmayan şəkildə rəftar etməkdə - sanki onlar bağışlanılmaz bir günaha mürtəkib olmuşlar - ittiham edən və bunu Şərqin təbii şərait və ab-havası

səh:301

ilə əlaqələndirən qərbli camaatın keçirdiyi həyat tərzi qeyd etdiyimiz kimi idi. Onlar məsələni bu şəkildə dəyərləndirirdilər. Sanki qərblilərin malik olduğu təbii şərait və mühit onlara qadınlarına vəfasızlıq etməyə və bir zövcəyə sahib olmaqdan kənara çıxmağa heç vaxt icazə verməmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, qərblilər arasında çoxarvadlılı];n qanuni şəkildə olmamsı məsələsinin məsihiliklə heç bir əlaqəsi yoxdur. Həqiqi (təhrif edilməmiş) məsihilik dinində çoxarvadlılıq məsələsi ilə əlaqədar heç bir qadağa qoyulmamışdır, əksinə İsa Məsih (ə) Tövratın qanunlarını təsdiqlədiyinə və zövcələrin sayının çox olmasını rəsmi olaraq tanıdığına görə, onun əsil məsihilik dinində cayiz olduğunu və icazə verildiyini deyə bilərik. Həmçinin, qədimdə məsihilərin bir neçə zövcəyə sahib olduqları da söylənilmişdir. Deməli, Qərbin zövcələrin sayının çox olması məsələsindən qanuni və şəri şəkildə çəkinməsinin hansısa səbəbləri və digər amilləri olmuşdur.



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin