“Və şübhəsiz Quran əziz və öz sərhəddini qoruyan
bir kitabdır. Nə öndən, nə də arxadan batil ona yol tapa
bilməz.”
1
Başqa bir ayədə buyurulur:
“Məhəmməd sizlərdən heç kəsin atası deyildir,
əksinə o, Allahın peyğəmbəri və peyğəmbərlərin
sonuncusudur.”
2
Başqa bir ayədə isə buyurulur:
“Sənə kitab nazil etdik, halbuki o, hər bir şeyin
bəyanedicisidir.”
3
PEYĞƏMBƏRLƏR
,
NÜBUVVƏT
VƏ
VƏHYİN
HÖCCƏTİ
Vəhy və nübuvvət barəsində tədqiqat aparan müasir
alimlərdən çoxu vəhy, nübuvvət və eləcə də onlarla
əlaqədar olan sair məsələləri ictimai-psixoloji qaydalar
1 “Səcdə” surəsi, ayə-41-42
2 “Əhzab” surəsi, ayə-40
3 “Nəhl” surəsi, ayə-89
165
əsasında izah edərək deyirlər:
İlahi peyğəmbərlər pak fitrətli,
böyük himmətli və bəşəriyyəti sevən insanlar olmuşlar. Buna
görə də onlar maddi və mənəvi cəhətdən inkişaf edərək,
ictimaiyyətdəki fəsad və eybəcərlikləri islah etmək üçün
müəyyən qayda-qanunlar tənzim etmiş və xalqı ona doğru
dəvət etmişlər. O dövrdə insanlar əql və məntiqi qəbul
etmədiklərindən, camaatı bu qanunlara tabe etdirmək məqsədi
ilə özünü və öz fikirlərini qeyri-maddi (mücərrəd) aləmlə
əlaqələndirir, öz pak ruhlarını Ruhul-Qüdüs hesab edir, ondan
yaranan fikirləri (vəhy və nübüvvəti), ondan nəticə kimi alınan
vəzifələri (asimani şəriəti) və onları özündə əhatə edən bəyanları
“asimani kitab” adlandırırdılar.
Hər kəs asimani kitablara diqqətlə baxsa, xüsusilə
Qurani-Kərimə və peyğəmbərlərin şəriətinə nəzər salsa,
heç bir şəkk-şübhə olmadan yuxarıdakı nəzəriyyənin
düzgün olmadığını başa düşəcəkdir. İlahi peyğəmbərlər
siyasətbaz deyil, haqq insanlar olmuşlar; onların bütün
vücudları
doğruçuluq,
səfa-səmimiyyətlə
birgə
yoğrulmuşdur. Dərk etdikləri şeyi artırıb-azaltmadan
deyir, dediklərinə də əməl edirdilər; onların iddia
etdikləri məsələlər qeyb aləmindən onlara bəxş olunan
rəmzli bir şüur idi; onlar məhz bu yolla xalqın etiqadi və
əməli vəzifələrini Allahdan alıb camaata çatdırırdılar.
Buradan aydın olur ki, nübuvvət iddiasını isbat etmək
üçün güclü dəlil və höccət lazımdır. Peyğəmbərin
şəriətinin sadəcə olaraq “əql ilə uyğun olduğunu” demək,
peyğəmbərlik
iddiasının
doğru
olmasının
isbat
edilməsində kifayət deyildir. Çünki peyğəmbərçilik
iddiası edən hər bir şəxs öz şəriətinin doğruluğu ilə
yanaşı, başqa bir şeyi də iddia edir; o, maddi aləmin
166
fövqündə dayanan başqa bir aləmlə vəhy və nübuvvət
rabitəsinə malik olduğunu və Allah tərəfindən (risalətə)
məmur olunduğunu deyir. Bu da öz növbəsində dəlil-
sübut tələb edir. Məhz buna görə də (Quranın xəbər
verdiyi kimi) insanlar həmişə özlərinin sadə zehnləri ilə
ilahi peyğəmbərlərdən öz iddialarını isbat etmək üçün
möcüzə istəyirdilər.
Bu düzgün və sadə məntiqin mənası bundan ibarətdir
ki, ilahi peyğəmbər başqa insanlarda mövcud olmayan
bir şeyi iddia edir. Bunun üçün də hökmən qeybi bir
qüvvə olmalıdır. Allah-taala onu xariqül-adə surətdə Öz
peyğəmbərinə verməlidir ki, onun vasitəsilə Allahın
kəlamını eşidərək müəyyən göstəriş və tapşırıqlar
əsasında camaata çatdırsın. Bu halda peyğəmbər, xalq
onun nübuvvətinin doğruluğuna inansın deyə, öz
Allahından başqa bir xariqül-adə iş yaratmasını
istəyəcəkdir.
Aydındır ki, peyğəmbərdən möcüzə istənilməsi
məntiqi qanunlara uyğundur; öz nübuvvətini başlanğıcda
və ya camaatın istəyinə əsasən isbat etmək istəyən
peyğəmbərə möcüzə göstərmək vacibdir. Qurani-Kərim
də bu məntiqi təsdiqləyərək bir çox peyğəmbərlərin öz
risalətlərinin əvvəllərində, yaxud camaatın istəyi ilə
sonradan möcüzə göstərmələrini nəql etmişdir.
Əlbəttə,
tədqiqatçıların
bir
çoxu
möcüzənin
gerçəkləşməsini inkar etmişlər; lakin onların sözləri etina
olunacaq dərəcədə əsaslı deyildir. İndiyə qədər təcrübə,
yaxud axtarış yolu ilə hadisələr üçün gəlib çatan səbəblər
arasında onların daimi olmasına heç bir dəlilimiz yoxdur
və heç bir hadisə öz adi səbəb və amillərindən başqa bir
167
şeylə gerçəkləşmir; ilahi peyğəmbərlərə mənsub edilən
möcüzələr də qeyri-mümkün və (üç ədədinin cüt olması
kimi) əqlin xilafına deyildir; sadəcə olaraq qeyri-adidir.
Qeyri-adi işlər ruhi məşğələlərlə məşğul olan şəxslərdən
(yoqlardan) də müşahidə olunmuş və eşidilmişdir.
Dostları ilə paylaş: |