İsmayil əLİyev


Etnopedaqogikanın bu cür mərkəzi anlayışı «xalq pedaqo­gikası» anla­yışıdır



Yüklə 1,12 Mb.
səhifə23/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   110
Etnopedaqogikanın bu cür mərkəzi anlayışı «xalq pedaqo­gikası» anla­yışıdır ki, o, bir tərəfdən etnopedaqogikanın öyrən­diyi bütün fakt və hadisələr kompleksini müəyyən edir, digər tərəfdən bu fakt və hadisələrin mahiyyətini ifadə edir.

«Xalq pedaqogikası» özündə üç mühüm etnopedaqoji anlayışı birləşdirir: «xalqın pedaqoji mədəniyyəti», «xalq tərbiyə­sinin əsas amilləri»«etnopedaqoji materiallar».

Pedaqoji mədəniyyət – xalqın maddi və mənəvi mədəniy­yətinin bilavasitə uşaqların tərbiyəsi ilə əlaqədar olan sahəsidir.

Bu mədəniyyətin formalaşmasına təsir göstərən obyektiv faktorlar xalq tərbiyəsi amilləri adlanır. Təbiət, əmək, din xalq tərbiyəsinin əsas amilləridir.

Xalqın pedaqoji mədəniyyəti etnopedaqoji materiallarda hifz olunub saxlanılır, yaradıcılqla inkişaf etdirilir və bu material­lar vasitəsilə gələcək nəsillərə çatdırılır. Başqa sözlə, etnopedaqoji materiallar anlayışı altında dərin pedaqoji məzmunu və dəyəri olan sosial həyatın ayrı-ayrı sahələri ilə əlaqədar xalq tərəfindən yaradılmış mədəniyyət nümunələri başa düşülür.

Etnopedaqoji materiallara şifahi xalq yaradıcılığı nümunə­ləri, tətbiqi sənət nümunələri, memarlıq abidələri, xalq nəğmələri və xalq oyunları, xalq idmanı növləri, adət və ənənə­lər və s. aid­dir. Müasir pedaqoji prosesin qarşısında duran məqsəd və vəzifə­lərin həyata keçirilməsində, bu prosesin səmərəliliyinin artırılma­sın­da etnopedaqoji materiallar çox böyük potensial imkanlara malikdir.

SUAL VƏ TAPŞIRIQLAR




  1. Etnopedaqoji tədqiqatların inkişaf mərhələlərini təhlil edin.

  2. Etnos nədir? Onun əlamətlərini göstərin.

  3. Müasir etnik proseslər haqda nə bilirsiniz?

  4. «Xalq pedaqogikası» və «etnopedaqogika» anlayış­la­rını muqayisə edin, onların bir-biri ilə əlaqəsini göstərin.

  5. Etnopedaqogikanın obyekt və predmetini əsaslandırın.

  6. Etnopedaqogikanın vəzifələri hansılardır?

  7. Etnopedaqogikanın başqa elmlərlə əlaqəsini əsaslan­dırın.

  8. Etnopedaqogikanın tədqiqat üsulları hansılardır?

  9. Etnopedaqogikanın əhəmiyyəti nədir?

I FƏSLƏ AİD ƏDƏBİYYAT

Azərbaycan dilində




  1. Abbasov A., Əlizadə H. Pedaqogika. Bakı, 2002.

  2. İ.Ağayev. Müasir şəraitdə Azərbaycanda milli-etnik proseslər. Bakı, 2006.

  3. Cəfərov N. Azərbaycanlılar: etnokultroloji birliyin siyasi-iqtisadi üfüqləri. Bakı, 2001.

  4. Əliyev İ. Etnopedaqoji materialların tərbiyəvi əhəmiyyəti. Bakı, 1995, 96 səh.

  5. Əliyev İ. Ümumtəhsil məktəblərində etnopedaqoji materiallardan istifadənin nəzəri və əməli məsələləri. Bakı, 2007, 272 səh.

  6. Əliyev R. Etnopsixologiya: qloballaşma və millilik. Bakı, 2007, 180 səh.

  7. Ə.Həşimov. Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri. Bakı, 1970, 256 səh.

  8. Ə.Həşimov, F.B.Sadıqov. Azərbaycan xalq pedaqogikası. Bakı, 2000, 272 səh.

  9. Kazımov N. Məktəb pedaqogikası (beşinci nəşr). Bakı, 2008, 438 səh.

  10. Qumilyov L. Etnogenez və yerin biosferi. Bakı, 2005, 551 səh.

  11. Ə.Paşayev, F.Rüstəmov. Pedaqogika (yeni kurs). Bakı, 2002.

Rus dilində


  1. Афанасьев В.Ф. Этнопедагогика нерусских народов Сибирии и Дальнегоо Востока. Якутск, 1979.

  2. Афонина Г.М. Педагогика. Курс лекций и семинарских занятия. Ростов-на Дону, 2002, 512 s.

  3. Бароник А.С. Этнические психология.Киев,2000,264 s.

  4. Волков Г.Н. Этнопедагогика. Чебоксары, 1974.

  5. Волков Г.Н. Этнопедагогика. Москва, 2000, 176 с.

  6. Гумилев Л.Н. Этносфера: история людей и история природы. М., 1993.

  7. Измайлов А.Э. Народная педагогика: педагогические воззрения народов Средней Азии и Казахстана. М., 1991, 256 с.

  8. Кукушин В.С., Л.Д.Столяренко. Этнопедагогика и етнопсихология. Ростов-на Дону, 2000, 448 с.

  9. Педагогика /Пед ред. Ю.К.Бабанского. Москва, 1988.

  10. Советская этнография. М., 1970, № 3.

  11. Токарев С.А. Проблема типов этнических общностей (к методологическим проблемам этнографии) //Вопросы философии, 1964, № 11.

  12. Чуриков И.А. Этнопедагогика народа мари. Москва, 2005, 304 с.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin