İsmayil əLİyev


Uşaqlar arasında aşıqlarla, guya, «falabaxma» da var idi



Yüklə 1,12 Mb.
səhifə110/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   110
Uşaqlar arasında aşıqlarla, guya, «falabaxma» da var idi: «Falabaxma»da aşığın üzlərinə müəyyən adlar verilir. «Toxan» - bəy, «alçı» - hər hansı bir heyvan (adətən, uzunqulaq) və ya «axmaq», «cik» - ac, «bök» tox adlandırılırdı. Bəzən aşığın «domba» üzünə «dəvə» deyirlər. Amma «dəvə» çox yayılmayıb. Aşıq «domba» duranda onu təzədən atırlar.

«Falabaxan» bir nəfər olurdu. O, «səqqə»ni əlində sahmanla­yıb, falına baxdığı adamın adını çəkərək deyir:

- Qara, Qara, nə Qara?

Belə deyərək «səqqə»ni yerə atır.

Tutaq ki, aşığın «toxan» üzü düşdü. Onda «falabaxan» deyir:

- «Bəy Qara!

Sonra «səqqə»ni bir də ataraq soruşur:

- Bəyliyi nədəndir?

Tutaq ki, bu halda aşıq «bök» düşdü. Onda «falabaxan» deyir:

- Toxluğundan!

Sonra «səqqə»ni ataraq soruşur:

- Süfrəsini kimlər açar?

Tutaq ki, aşıq «cik» düşdü. O halda «falabaxan» deyir:

- Süfrəsini aclar açar!

Növbəti dəfə soruşur:

- Süfrəsini kimlər yığışdırar?

Tutaq ki, bu dəfə «alçı» düşdü.

- Süfrəsini uzunqulaqlar yığışdırar!

Bundan sonra «falabaxan» «səqqə»ni sonuncu dəfə ataraq uca səslə soruşur:

- Axırda cənab nə olar?

«Səqqə» hansı üzü üstə düşsə, falına baxılan adamın həyatda həmin mövqeyi tutacağı iddia edilir.

«Falabaxma» oyununun maraqlı olması «falabaxanın» ustalığından çox asılıdır. Həmin uşağın gözəl nitqə, zəngin söz ehtiyatına, məntiqi təfəkkürə, yaradıcı təxəyyülə malik olması oyunu daha maraqlı edir.

Məsələn, belə variantlardan birinə nəzər yetirək.

- Qara, Qara nə Qara?

- Bəy Qara! Bəh, bəh! Sağ ol, aşıq!

Əcəb düz göstərir! Maşallah, yerişi-duruşu, özünü aparmağı, licimi-yaraşığı, ağayanalığı lap bəydir ki, durub!

Hə, ağıllı aşıq, indi bizə de görək, axı

- Onun bəyliyi nədəndir?

- Toxluğundan! Gördünüz, dedim axı mənim aşığım düz deyir! Bəy tox olar da! Qara əsil bəydir! Çünki, toxdur. Ac da bəy olar?

Onda bəs


- Bizim bu tox bəyimizin süfrəsini kimlər açar?

- Aclar! Siz elə güman eləməyin ki, Qara bəy «ac-mac»la oturub-durur. Xeyr! Sadəcə, yemək süfrəsini ancaq acanda açarlar. Acmadan, da yemək olar?!

İndi görək acların açdığı

- Süfrəni kimlər yığışdırar.

- Uzunqulaqlar! Hə.ə.ə.ə.ə?! Doğrudur da!

Bəylər yeyib qurtarandan sonra süfrənin qırıntılarını heyvana-zada verərlər.

- Bəs, bu cənabın axırı nə olar?

- Tox! Get, bala, sənə ölüm yoxdur! Ömrünün sonuna qədər Allahdan ruzin boldur! Toxsan, tox qalacaqsan, tox da öləcəksən!




1 З.Миртурсунов. Узбекская народная педагогика. Ташкент, 1973; Рахманова Е. Вопросы женского просвещения. Ташкент, 1975; Кадыров Б. Прогрессивные педагогические традиции в узбекском народном эпосе и их роль в патриотическом воспитании учащихся. Ташкент, 1979; Миноваров А.К. Развитие семейного воспитания в Узбекстане. Ташкент, 1984; Убайдуллаев Г.У. Использование материалов узбекской народной педагогики при изучении курса педагогики. Автореф.дисс.на соиск.канд.пед.наук. Ташкент, 1983

2 Орманов Т. Идеи военно-патриотического воспитания в эпосе «Манас». Фрунзе, 1971; С.Саипбаев. Идеи воспи­тания подрастающего поколение в киргизской народной педагогике. Фрунзе, 1979; Апышев Б. Народные традиции и их использование в трудовом воспитании старшеклассников. М., 1974; Измайлов А.Э. Народная педагогика: педагогические воззрения народов Средний Азии и Казахстана, М., 1991.

3 Кушекбаев Н. Проблемы изучения народной педагогики в Казахстане. Орджониикидзе, 1971; Оширбаев М. Идеи правственного воспитания в казахском устном народном творчестве. Ташкент, 1973.

4 С.Бешимов. Народные традиции в нравственном воспитании в с трарших классах. Казань, 1975; Ш.М.-Х. Арсалийев. Использование произведений национальной культуры в подготовке учителей начальных классов. Дисс... канд.пед.наук.М., 1993; К.Пирлиев. Народная педаго­гика и современность. Ашхабад, 1988; В.Ф.Афансьев. Этнопедагогика нерус­ских наро­дов Сибири и Дальнего Востока. Якутск, 1979; Ш.А.Мирзойев. Народная педаго­гика Дагестана. Махачкала, 1986; Н.В.Силистрару. Этнопедагогика молдован. М., 1997; И.А.Чуриков. Этнопедагогика народа мари. М., 2005.

1 Bax: В.Ф.Афанасьев. Этнопедагогика нерусских народов Сибири и Дальнего Востока. Якутск, 1979; Пирлиев К. Очерки этнопедагогики туркменского народа. Ашхабад, 1977; Некоторые вопросы этнопедагогика туркменского народа, Ашхабад, 1980; Мукаева О.Д.Потенциал этнопедагогики и формирование ценностных ориентаций молодежи // Развитие в образовательных системах Южно-Российского региона. Часть ЫЫ - Ростов -н/Д, 1997; Сявавко Е.И.Украинская этнопедагогика в ее историческом развитии. - Киев-1974 Этнопедагогика /Под.ред.Г.Н.Огородникова. - М., 1981; В.С.Кукушин, Л.Д.Столяренко. Этнопедагогика и этнопсихология. - Ростов н/Д., 2000; Г.Н.Волков. Этнопедагогика. - М., 2000; İ.Əliyev. Etnopedaqoji materialların tərbiyəvi əhəmiyyəti. Bakı, 1995, Təlim-tərbiyə işlərində etnopedaqoji materiallardan istifadə.Bakı, 1997. «Etnopedaqogika və etnopsi­xologiya, mənbələr və müasir problemlər», Respublika Elmi Konfransının materialları. Bakı, 1992 və s.

¨ Qeyd. Xalq pedaqogikasında tərbiyənin tərkib hissələrinin qoyuluşu haqda müfəssəl tədqiqləri Ə.Ş.Həşimov və F.B.Sadıqovun birlikdə yazdıqları «Azərbaycan xalq pedaqogikası» (Bakı, 2000) adlı kitabdan öyrənmək olar.

* Azərbaycan nağıllarında, adətən, üç qardaş – böyük, ortancıl, kiçik qardaş təsvir edilir. Buna uyğun olaraq, ailədə dörd, beş və daha artıq oğlan olanda da birinciyə – «böyük qardaş», ikinciyə «ortancıl qardaş», sonuncuya «kiçik qardaş», digərlərinə isə sıra ilə «üçüncü», dördüncü qardaş» deyirlər.

1 Azərbaycan etnoqrafiyası. III cild, «Şərq-Qərb» nəşriyyatı, Bakı, 2007, səh.468.

2 «Kitabi – Dədə Qorqud». Tərtib edənlər Fərhad Zeynalov və Samət Əlizadə. Bakı, «Yazıçı» nəşriyyatı, 1988, səh.36.





Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin