İsmayil əLİyev



Yüklə 1,12 Mb.
səhifə108/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   110
«Qalaqurma» oyunu
Əslində bu oyun el arasında «Qələşək» («Qələşəngi») adlanır. Sözün leksik mənası və eptimologiyası aydın olmadığı üçün daha az işlənən «Qalaqurma» variantını işlətməyi vacib saydıq. Bəlkə, bu oyunu «Qalavurma» adlandırmaq daha düzgün olardı. Çünki bir az sonra görəcəyimiz kimi, burada əsas məqsəd qurulmuş «qala»nı vurub uçurmaqdır. Amma, təkrar da olsa, qeyd edirik ki, bəzi yerlərdə onu məhz «Qalaqurma» adlan­dırırlar.

Oyunun məzmunu.

Adətən, oyunda 2-4 nəfər iştirakçı olur. Əgər iki oyunçu­dursa, qalaya hərəyə 2 aşıq, oyunçunun sayı çoxdursa hərəyə 1 aşıq qoyurlar. 2 aşıq «alçı», yaxud «toxan» vəziyyətdə yerə qoyulur. 2 aşıq da həmin aşıqlara perpendikulyar vəziyyətdə onların üstünə qoyulur. Razılaşmaya əsasən, hərəyə 2 aşıq qoyan 4 iştirakçı varsa, «qalanı» qurmaq üçün birinci mərtəbədə üç aşıq «alçı» vəziyyətdə yan-yana, dördüncü aşıq onların «buynuz» tərəfindən onlara perpendikulyar vəziyyətdə qoyulur. İkinci mərtəbədə üç aşıq birinci mərtəbədəki «perpendikulyar»ın üstün­dən başlayaraq yan-yana düzülür, dördüncü aşıq isə onlara perpendikulyar qoyulur. Beləliklə, qala qurulur. Oyun bu təşkil­dən sonra başlayır. Oyunun qısa məzmunu belədir:

Oyunçulardan biri qalanın arxasında duraraq «səqqə»sini müəyyən məsafəyə atır. Əgər «səqqə» «alçı», yaxud «toxan» durub­sa, onun durduğu yerdən qalanı vurur, «səqqə»si ilə eyni vəziyyətdə olan aşıqları götürür.

Oyunun qaydaları.


  1. Əvvəlcə, oyuna birinci başlayacaq iştirakçı müəyyən olunur. Bundan ötrü bütün iştirakçıların «səqqə»si bir yerə yığılıb, yerə atılır. «Səqqə»si «alçı» duran oyunçu birinci başlayır. Sonrakı növbə də bu qayda ilə müəyyən olunur.

  2. Oyuna birinci başlayan oyunçu «səqqə»sini qalanın dalında duraraq, istədiyi tərəfə atır. Əgər «səqqə»si «alçı», yaxud «toxan» durubsa, qaladakı aşıqları vura bilər. Əgər «səqqə», «cik», yaxud «bök»dürsə, növbəti iştirakçıların oyuna qatılmalarını gözləməli olur.

  3. Əgər oyunçu «səqqə» ilə qalanı dağıda bilirsə, bu halda:

a) «səqqə» «cik»dirsə, bütün «cik»ləri, «bök»dürsə, bütün «bök»ləri götürür;

b) «səqqə» «alçı»dırsa, bütün «cik»lər, «toxan»dırsa, bütün «bök»lər götürülür;

c) «səqqə» «alçı», bütün aşıqlardan «cik» yoxdursa, yaxud «səqqə» «toxan» aşıqlardan «bök» olanı yoxdursa, oyunçu istədiyi aşığı yenidən vura bilər;

ç) «səqqə» «cik», yaxud «bök» olub, aşıqlardan ona müva­fiq vəziyyətdə olanı yoxdursa, oyunçu növbəti oyunçuların iştirakını gözləməlidir.

4. Əgər «səqqə»si «alçı», yaxud «toxan» duran oyunçu qalanı vura bilmirsə:

a) «səqqə» qaladan yan keçərək, «alçı», yaxud «toxan» durubsa, qalanı vurmağa yenidən cəhd edə bilər;

b) «səqqə» qaladan yan keçərək «cik», yaxud «bök» olursa, oyunçu növbəti iştirakçını gözləməlidir.

5. Növbəti iştirakçı oyuna başlarkən qala dağılmayıbsa:

a) qalanın dalında duraraq əvvəlki oyunçunun «səqqə»sini vura bilər. Bu halda «səqqə»ni vura bilirsə, əgər oyunçu­la­­rın sayı ikidirsə, bütün aşıqları, əgər ikidən çoxdursa, hər oyunçunun qoyduğu sayda aşığı qaladan götürür.

b) əvvəlki oyunçunun «səqqə»sini vurmayıb, öz «səqqə»­sini istədiyi tərəfə ata bilər. Əgər «səqqə»si «alçı», yaxud «toxan» durubsa, oyunu davam etdirir, yəni rəqibin «səqqə»sini, yaxud aşıqları vura bilər. «Səqqə» «alçı», yaxud «toxan» durmayıbsa, növbəti oyunçunun oyuna qoşulmasını gözləməlidir.

Növbəti iştirakçı oyuna qatılarkən «qala» dağılıbsa, o «səqqə»sini istədiyi yerə ata – «düşə» bilər.


  1. Ola bilər ki, əvvəlki oyunçu «qala»dakı aşıqların biri qalanadək hamısını götürsün və «gözləməli» olsun. Bu halda növbəti oyunçu qaydalar daxilində, onun «səqqə»­sini vura bilirsə, yerdəki aşığı götürür və əvvəlincinin udduğu aşıqları da alır.

  2. Əgər rəqibin «səqqə»si «qala»nın yaxud ayrıca bir aşığın yaxınlığında durubsa, oyunçu «səqqə»sini elə atmalıdır ki, aşıqlara və rəqibin «səqqə»sinə eyni zamanda dəyməsin. Hər ikisini vurmaq istəyirsə, «meşt» deməlidir. Adətən, rəqib ya «meşt atanındır», yaxud «gəl, keşt» (gəl, keç) deyə cavab verir. Oyun­çular oyuna başlamazdan əvvəl də «meşt atanındır» deyə razılığa gələ bilərlər.

  3. Aşığı vurarkən, o nə qədər yaxın olur-olsun, «səqqə» ani də olsa, əldən ayrılıb aşıqlara dəyməlidir.

  4. «Səqqə» üzərində heç bir əməliyyat aparılmamalıdır. Doğrudur, bəzən oyunçular «necə səqqə ilə istəsən, oynamaq olar» qaydası üzrə də razılığa gələ bilərlər.

Oyunun bitməsi də razılaşma əsasında olur. Ya müəyyən miqdarda aşıq uduzan oyunu tərk edir, ya sonuncu aşığa qədər oynanılır. Xüsusilə, udan oyunçu «udub, qaçmasın» deyə əvvəlcədən neçə aşıq udularsa oyunu tərk edə bilmək də razılaşdırılır.

«Qalaqurma» oyununda, adətən, düzgün nişan alıb, «səqqə»ni sərrast ata bilən oyunçu qalib gəlir. Lakin burada başqa qabiliyyətlər də rol oynaya bilər. Məsələn, «səqqə»ni «alçı», yaxud «toxan» durmağa «məcbur etmək». Yəni onu əldə elə sahmanlayıb atmaq lazımdır ki, gözlənilən tərəfi üzərində düşsün. Yaxud bu oyun üçün xüsusi «səqqə»ni düz seçmək də hamıda olmur.



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin