İssn 2222-7849 azərbaycan miLLİ elmlər akademiyasi национальная академия наук азербайджана azerbaijan national akademy of sciences



Yüklə 9,78 Mb.
səhifə93/102
tarix10.01.2022
ölçüsü9,78 Mb.
#108169
1   ...   89   90   91   92   93   94   95   96   ...   102
MATERİAL VƏ METODLAR
Tədqiqatlar AMEA Mərkəzi Nəbatat Bağında aparılıb. Toxumlar açıq torpağa səpilmişdir. Cücərti və toxmacarların həyatının birinci və ikinci ilində inkişafının öyrənilməsi üçün 7 növ yabanı alma növü götürülmüşdür. Bu Malus sargenti Rehd (sarjent alması); Malus prunifolia (Willd.)Borkh (gavalıyarpaq və ya Çin alması); Malus baccata Borkh. (giləmeyvəli və ya Sibir alması); Malus prientalis Ugl. (Şərq və ya Qafqaz alması); Malus kirghisorum Al.et.An.Theod. (Qırğız alması); Malus niedzwetzkyana Dieck. (qırmızıyarpaq və ya Nedzvetski alması); Malus cerasifera Spach. (albalımeyvəli alma) növləridir.

Cücərti və toxmacarların bioekoloji xüsusiyyətləri N.T. Vasilçenkoya, kök sistemi isə V.A. Kolesnikovun metoduna görə müəyyən edilmişdir. V.A. Kolesnikov alma toxmacarlarının kök sistemini öyrənərkən müəyyən edib ki, müəyyən vaxtdan sonra əsas kök məhv olur, yan köklər güclü inkişaf edir. Aqrotexnikanın yaxşılaşması köklərin böyüməsini stimullaşdırır, onların əsas kökünün quruması dayanır, meyvə ağaclarının uzunömürlülüyü və məhsuldarlığı tənzimlənir [7].

Cücərti və toxmacarların tədqiqi zamanı onların morfoloji quruluşu, səpin vaxtı, cücərtilərin əmələ gəlməsi, bir və ikiillik dövrdə kök, gövdə və yarpaqların inkişafı öyrənilmişdir.


Yüklə 9,78 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin