İstehlakçı davranışı zamanı rolların təsnifatı
Marketoloqlar ailədə bütün rolların ifaçıları ilə qarşılıqlı əlaqə yaratmağa borcludurlar, ona görə ki, ailə üzvlərindən hər biri məhsulun alınıb alınmayacağı barədə yekun rəyə təsir göstərə biləcək müəyyən bir fikirə malikdir. Həmçinin müəyyən edilməsi zəruridir ki, konkret rolu kimi ifa edir (yaşlı nəsil ya uşaqlar) və bundan çıxış edərək də öz reklam kompaniyanızı qurmaq lazımdır.
“Kişi” qərarlarına mürəkkəb məişət cihazlarının, kompüterlərin alışı ilə əlaqədar qərarlar aiddir, hansı ki, qadınlar isə ərzaq məhsulları, mənzilə qulluq üzrə predmetlərin, uşaq paltarlarının alışında üstünlük qazanırlar. Birlikdə qəbul edilən qərarlara birgə istirahət, məzuniyyətin keçirilmə formalarının seçilməsi, ailənin bütün üzvləri tərəfindən istifadə edilən məişət cihazlarının (soyuducu və televizor) alınması aiddir. Təkbaşına qəbur edilənlər qərarlaraq qadın ayaqqabısı, bijuteriya, fərdi maraq predmetlərinin alınması aiddir. Qərarın qəbul edilməsində ailə üzvlərinin qarşılıqlı təsiri onların ixtisaslaşmasında və konkret mal sahəsinə olan maraqdan (aludəçilikdən) asılıdır. İnsan bu və ya digər malın əldə edilməsində nə qədər çox maraqlıdırsa və onun əldə edəcəyi əşyanı istifadə etməsi ehtimalı nə qədər yüksəkdirsə, qərar qəbul edilməsi prosesinə həmin insanın təsir dərəcəsi də bir o qədər çox olacaqdır.
Dostları ilə paylaş: |