İstənilən növ texnologiyaların tətbiqi nəticəsində əldə edilən, kifayət qədər universal ümumi səmərəlilik meyarı kimi sosial zamanın qənaəti istifadə oluna bilər


İT-nin tətbiqi zamanı iqtisadi səmərənin hesablanması



Yüklə 79,28 Kb.
səhifə54/54
tarix28.04.2022
ölçüsü79,28 Kb.
#115585
1   ...   46   47   48   49   50   51   52   53   54
1 nformasiya sisteml rinin arxitekturas 7 mumi anlay lar T-

2.3.3. İT-nin tətbiqi zamanı iqtisadi səmərənin hesablanması

Müasir informasiya texnologiyalarının kompüter və kommunikasiya texnikası vasitələri ilə təmin olunurlar. Təbiidir ki, onların istifadəsi kapital qoyuluşlarını (texnikanın, proqram təminatının və s. əldə edilməsi) tələb edir. Buna görə də, İT-nin tətbiqindən əvvəl onların istifadəsinin məqsədəuyğunluğunun iqtisadi əsaslandırılması, platformanın seçilməsinin əsaslandırılması və s. yerinə yetirilməlidir. Başqa sözlə, informasiya texnologiyalarının tətbiqinin səmərəsi hesablanmalıdır.

İnformasiyanın avtomatlaşdırılmış çevrilməsinin səmərəliliyi dedikdə verilənlərin tərtib edilməsi, ötürülməsi və emalı zamanı hesablama və təşkilati texnika vasitələrinin tətbiq edilməsinin məqsədəuyğunluğu başa düşülür.

Hesablanan və faktiki səmərəni ayırırlar. Hesablanan səmərə informasiya işlərinin avtomatlaşdırılması mərhələsində təyin olunur. Faktiki səmərə avtomatlaşdırılmış informasiya texnologiyalarının tətbiqi nəticələrinə görə hesablanır.

İqtisadi səmərənin ümumiləşdirilmiş meyarı kimi canlı və maddiləşmiş əməyə çəkilən minimum xərclər çıxış edir. Bu zaman təyin olunub ki, tətbiqi iş sahələri nə qədər çox avtomatlaşdırılsa, texniki və proqram təminatı o qədər səmərəli istifadə olunur.

Hesablama və təşkilati texnikanın tətbiqindən alınan iqtisadi səmərə birbaşa və dolayı iqtisadi səmərəyə ayrılır.

İnformasiya texnologiyalarının birbaşa iqtisadi səmərəsi dedikdə aşağıdakıların nəticəsində əldə edilən maddi-əmmək resurslarının və pul vəsaitlərinin qənaət edilməsi başa düşülür: informasiya məsələlərinin həlli ilə əlaqəli olan işçi heyətin (idarəedici heyət, mühənis-texniki heyət və s.) ixtisarı; əmək haqqı fondunun azaldılması; konkret növ informasiya işlərinin avtomatlaşdırılması nəticəsində əsas və köməkçi materialların sərfinin azaldılması.

Dolayı səmərə təşkilatlarının fəaliyyətlərinin son nəticələrində özünü büruzə verir. Məsələn, idarəçilik fəaliyyətində onun lokal meryarları kimi aşağıdakılar çıxış edə bilər: məlumatların tərtib edilməsi müddətlərinin azalması; plan-uçot və analitik işlərin keyfiyyətinin artması; sənəd dövriyyəsinin azalması; əməyin mədəniyyətinin ə məhsukdarlığının artması və s. Dolayı səmərənin təhlili amanı əsas göstərici kimi idarəetmənin keyfiyyətinin artması çıxış edir. O, bir-başa iqtisadi səmərədə olduğu kimi, canlı və maddiləşmiş əməyin qənaətinə gətirir.

İqtisadi səmərənin hər iki növü bir-biri ilə sıx əlaqəlidir.

İqtisadi səmərəni əmək və dəyər göstəriciləri vasitəsi ilə təyin edirlər. Hesablamalar zamanı bazis və hesabat dövrlərinin tututşdurulması üsulu əsas hesab olunur. Ayrı-ayrı işlərin avtomatlaşdırılmış formaya çevrilməsi zamanı bazis kimi informasiya texnologiyalarının tətbiqinə qədər (əl ilə emal zamanı) informasiyanın emalına çəkilən xərclər qəbul edilir. İnformasiya işlərinin mövcud avtomatlaşdırılmış sisteminin təkmilləşdirilməsi zamanı isə bazis dövrü kimi əldə edilmiş avtomalaşdırma səviyyəsində informasiyanın emalına çəkilən xərclər qəbul edilir. Bu zaman mütləq və nisbi göstəricilərdən istifadə olunur. Məsələn, sənədlərin əl ilə emalına 100 insan/saat (T0), informasiya texnologiyalarının tətbiqi zamanı isə 10 insan/saat (T1) sərf etmək tələb olunur.

İqtisadi səmərənin mütləq göstəricisi (Tiq) aşağıdakı kimi hesablanır:

Tiq = T0 - T1= 100-10 = 90 insan/saat.


Aydın olur ki, avtomatlaşdırma zamanı sənədlərin emalına, əl ilə emala nisbətən, vaxtın ancaq 10%-i tələb olunur. Əmək məhsuldarlığının indeksindən (Jəm) istifadə edərək, əmək xərclərinin qənaətinin nisbi göstəricisinin təyin edilməsi mümkündür. İnformasiya texnologiyasının tətbiqi nəticəsində sənədlərin emalına aid göstərilmiş misada qənaət 90% təşkil edir. Əmək göstəriciləri ilə yanaşı, dəyər göstəriciləri də hesablanır, yəni bazis (C0) və hesabat (C1) variantlarında informasiyanın emalına çəkilən xərclər (pul vahidi ilə) təyin olunur.

Dəyərin mütləq göstəricisi (Cm) aşağıdakı kimi təyin olunur:

Cm = C1 - C0.

Xərclərin dəyər indeksi (Jd) aşağıdakı düstur vasitəsi ilə hesablanır:

Jd = C1/C0.

Xərclərin ödənilməsi müddəti (Töm) aşağıdakı kimi hesablanır:

Töm = ((TT+PT) K/ (C0 – C1),

burada TT – texniki təminata çəkiləən xərclər, PT – proqram təminatına çəkilən xərclər; K – səmərəlilik əmsalıdır.



Avtomatlaşdırılmış informasiya texnologiyalarının və sistemlərinin işlənməsinin texnoloji mərhələləri respublika və beynəlxalq standartlar tərəfindən reqlamentləşdirilir.
Yüklə 79,28 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin