İstiqamətin şifri və adı: İİM 010000 İqtisadiyyat İxtisaslaşmanın şifri və adı: İİM 010027 İqtisadi kibernetika



Yüklə 14,39 Mb.
səhifə21/31
tarix10.01.2022
ölçüsü14,39 Mb.
#108091
1   ...   17   18   19   20   21   22   23   24   ...   31
Məsrəf göstəriciləri proqramın icrasına (prosesə),fəaliyyətlərə və tədbirlərə yönəldilən pul və digər resursların həcmini səciyyələndirir.Bu göstəricilər dövlət büdcəsindən konkret bölmələr (məsələn,”Təhsil ”,”Səhiyyə”,”Sosial müdafiə və sosial təminat” və s.),köməkçi bölmələr (məsələn,”Məktəbəqədər təhsil”,”Ali təhsil”,”Xəstəxanaalr”,”Poliklinika və ambulatoriyalar”,),paraqraflar,ayrı-ayrı nazirliklər və dövlət qurumları,iqtisadi xərc maddələri (məsələn,əməyin ödənilməsi,mal və xidmətlərin alınması,dərman alınması,ərzaq alınması və s) üzrə ayrılan və istifadə olunan vəsaitlərin məbləğini,konkret fəaliyyətin yerinə yeirilməsi zamanı sərf olunan maliyyə və digər resursların həcmini (məsələn,konkret fəaliyyətin yerinə yetirilməsində iştirak edən işçilərin sayı,iş günlərinin sayı,yükdaşımaya cəlb edilən avtomobillərin sayı,sərf olunan yanacağın həcmi,əkilən torpaq sahəsi vəs.) əks etdirir.Bu göstəricilər planlaşdırılmış və faktiki ola bilər.Hər növbəti ilin dövlət büdcə layihəsi ilə birlikdə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi büdcə zərfində,habelə büdcənin icrası barədə hesabatda olan məlumatların əksəriyyəti bu tip göstəricilərdir.


  • Yüklə 14,39 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   17   18   19   20   21   22   23   24   ...   31




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin