Son nəticə göstəriciləri xidmətlərin göstərilməsinin sosial əhəmiyyətli nəticələrini,məsələn,konkret sosial problemin vəziyyətinə onun təsirini səciyyələndirir.
Məsrəflərin effektivlik göstəriciləri əldə edilmiş son nəticələrlə bunların əldə olunmasına sərf edilmiş pul resurslarının nisbətini ölçür.
Hökumətin büdcə fəaliyyətinin nəticələrinə aydınlıq gətirilməsi ilə bağlı bir misala baxaq.Son zamanlar Bakı şəhərində avyomobil yollarında tıxacların aradan qaldırılması,yolların buraxılış imkanlarının arttırılması və yol qəzalarının azaldılması məqsədi ilə büdcə vəsaiti hesabına yol ötürücüləri (körpülər) tikilir.Aydındır ki,bu hal da özlüyündə körpünün tikilməsi məqsədi deyil, qarşıya qoyulmuş məqsədlərə çatmaq vasitəsidir.
Fərz edək ki,layihə smetasına əsasən konkret körpünün tikintisi üçün dövlət büdcəsindən 10 mln manat ayrılır.Körpünün tikintisi faktiki olaraq 15 mln manata başa gəlir.Burada körpünün tikilməsi büdcə fəaliyyətinin bilavasitə nəticəsidir.tikintinin 10 mln əvəzinə 15 mln manata başa gəlməsi istehsalın(resurslardan istifadənin) səmərəliliyini (bu halda artıq xərcləməni ) əks etdirir.
Əgər körpünün istifadəyə verilməsindən sonra həmin yerdə tıxaclar müəyyən qədər (məsələn,15% ) azalıbsa, yolun buraxılış qabiliyyəti artıbsa (məsələn, 20%) və qəzalar tam və ya qismən aradan qalxıbsa (məslən 50%),bunlar fəaliyyyətin son nəticələrini göstərir.yəni bu fəaliyyətdən sosial əhəmiyyətli son nəticələr alınıb və qarşıya qoyulmuş məqsədlərə tam və ya qismən nail olunub – bu ,büdcə fəaliyyətinin sosial effektivliyini,təni nəticəliliyini əks etdirir.
Əgər körpü istifadəyə veriləndən sonra yolun həmin hissəsində ciddi dəyişiklik olmazsa,yəni tıxaclar və qəzalar əvvəlki səviyyədə qalarsa(hətta durum bir qədər də ağırlaşarsa),onda fəaliyyətin sosial nəticəsi olmur və məqsədə nail olunmur.Bu,həyata keçirilmiş fəaliyyətin sosial səmərəsizliyini xarakterizə edir.
Əgər körpü nəzərdə tutulduğu kimi 1 Mln manata,yaxud bundan az xərclə başa gəlibsə (yəni,istehsalın səmərəliliyi təmin olunubsa), bununla belə,sosial əhəmiyyətli son nəticələrə (məqsədlərə) nail olunmayıbsa (yolun buraxılış qabiliyyətində dəyişiklik yoxdursa..),onda istehsalın iqtisadi səmərəliliyinin də heç bir əhəmiyyəti olmur.Bu halda da büdcə vəsaitlərinin lazımsız şəkildə xərclənməsi baş vermiş olur.
Buradan da belə bir mühüm nəticə hasil olur ki,istehsalın (iqtisadi) effektivliyinə nail olunması son nəticənin əldə olunması (problemin həllinə nil olunması) üçün kifayət deyildir.
Büdcə vəsaitlərinin səmərəli istifadəsi dedikdə qarşıya qoyulan vəzifənin yerinə yetirilməsinin və ya hər hansı bir problemin həllinin mümkün (təklif edilən) bir neçə variantından ən yaxşısının seçilməsi başa düşülür.Bu halda ən yaxşı variantaların reallaşmasına sərf edilən vəsaitləri səmərəli istifadə edilmiş hesab etmək olar.Lakin səmərəlilik və nəticəlilik göstəriciləri heç də həmişə üst-üstə düşmür.Onların qiymətləndirilməsinin aşağıdakı variantları mümkündür:
Dostları ilə paylaş: |