2.3.Dövlət büdcə xərclərinin təhlili və qiymətləndirilməsi problemi və onun həlli yolları.
Hələlik Azərbaycanda büdcə xərclərinin səmərəliliyini ölçmək üçün nə qanunvericilikdə,nə də təcrübədə heç bir real mexanizm yoxdur.Hətta büdcə sisiteminin fəaliyyətini tənzimləyən hüquqi aktlarda büdcə sisteminin ən vacib prinsipi kimi “xərclərin səmərəliliyi” anlayışı təsbit olunmayıb.Büdcənin proqramlar əsasında tərtibi və icrası sahəsində zəif də olsa atılan addımlar sistemsiz xarakter daşıyır.
Son illər Büdcə xərcləmələrində müəyyən proqramlar tətbiq olunsa da,belə xərclər büdcədə cuzi paya malikdir.Hər il maliyyə ili üzrə parlament müzakirə çıxarılan büdcə paketinə sosial-iqtisadi sfera ilə bağlı müxtəlif proqramlar daxil edilsə də,həmin sənədlərdə büdcə vəsaitlərinin sərəncamçılarının konkret öhdəlikləri,həmin proqramın reallaşmasında dövlətin strateji məqsədləri,həmin məqsədə çatmaq üçün vasitələr (həmçinin fəaliyyətlər),məqsədə nail olmanı müəyyənləşdirməyə imkan verən indikatorlar,proqramın maliyyə ehtiyacları bir-birilə əlaqələndirilmiş şəkildə əks etdirilmir.Daha dəqiqi proqramın məqsədi və ümumi fəaliyyət istiqamətləri sadalansa da,yuxarıda qeyd olunan sxem üzrə öhdəliklər,vasitələr,ölçü indikatorları və maliyyə vəsaitlərinin həcmi ümumiyyətlə göstərilmir.
Büdcənin tərtibi zamanı xərclərin səmərəliliyini qiymətləndirmək üçün mexanizmlərin yoxluğu eyni dərəcədə xərcləmələrə dair hesabatlılıqda da özünü göstərir.”Büdcə sistemin haqqında” Qanunun 20.3-cü maddəsinə əsasən hökumət növbəti ilin mayın 15-dən gec olmayaraq əvvəlki maliyyə ili üzrə dövlət büdcəsinin icrasına dair hesabatı Milli Məclisə təqdim etməlidir.Təcrübədə hökumətin həmin hesabatı vaxtında parlamentə təqdim etməsində problem yoxdur.Amma bu hesabatın strukturu və təqdim olunma forması büdcə xərclərinin səmərəliliyini qiymətləndirmək nöqteyi-nəzərdən ən sadə standartlara belə cavab vermir.Belə ki:
Hesabat müzakirə olunmur,yalnız sənəddə əks olunan məlumatlar maliyyə naziri tərəfindən millət vəkillərinin diqqətinə çatdırılır (halbuki sənəd yazılı olaraq əvvəlcədən də deputatlara paylanılır).Son illərin təcrübəsi göstərir ki,hesabatın təqdimatı orta hesabla 2-3 saat davam edir.
Hesabatda büdcə xərcləri ilə bağlı yalnız ümumi statistik mənzərə təqdim olunur.Sənəd ən yaxşı halda (büdcə vəsaitləri hesabına görülmüş iş və xidmətlərin həcmi) üzrə müəyyən məlumatlar əldə etməyə imkan versədə,burada da məlumatların dolğunluğunda ciddi problemlər var.Məsələn,infrastruktur layihələri çərçivəsində sərf olunan xərclərin ümumi məbləğin hesabına görülən işlərin həcmi göstərilir,amma ümumiləşdirilmiş şəkildə.Konkret misala diqqət yetirə:
Dostları ilə paylaş: |