Biz hesab edirik ki, Bu cür təsisatlarla bağlı ən mühüm preventiv tədbirlər kimi tənzimləyici orqanlara aşağıdakılardan istifadə etməyi təklif edirik: Transsərhəd əməliyyatları aparan maliyyə vasitəçilərinin çıxış imkan-larının olduğu təşkilati-hüquqi formaların dəqiq müəyyənləşdirilməsi;
Nəzarət orqanına mütəmadi olaraq situativ sanasiya planlarının (antitiböhran proqramlarının) təqdim edilməsi. İri maliyyə qrupları tərəfindən icbari qaydada tərtib olunan və mütəmadi olaraq yeniləşdirilən (yarım ildə bir dəfədən az olmamaqla) və nəzarət orqanı tərəfindən təsdiq olunan, “living wills” adlanan bu planlar böhranlı situasiyaların qarşısının alınmasında səmərəli vasitə ola bilər;
Böhranlı halların (virusun) bank sistemi boyunca zəncirvari yayılma reaksiyasının qarşısını almaq üçün maliyyə infrastrukturunun və bazarların möhkəmləndirilməsi. Bu kimi tədbirlərə aşağıdakılar aiddir: kontragentlər arasında mərkəzləşdirilmiş klirinqin inkişaf etdirilməsi (CCC); Beynəlxalq hesablaşmalar Bankı nəzdindəki Ödəmə və Hesablaşma sistemləri Komitəsinin (CPSS) və Qiymətli Kağızlar üzrə Beynəlxalq Komissiyalar Təşkilatının (İOSCO) və maliyyə bazarı infrastrukturunun təsisatları üzrə yeni standartları; üçtərəfli REPO bazarında əməliyyatların aparılması praktikasının təkmilləşdirilməsi; müştəri aktivlərinin müdafiəsinin yaxşılaşdırılması;
Transsərhəd maliyyə təsisatlarının fəaliyyət göstərdikləri yurisdiksiyaların tənzimləyiciləri arasında “razılıq sazişləri”nin bağlanması;
Kredit riskinin bir neçə yurisdiksiyaya şamil olunduğu banklar kapitalın milli və beynəlxalq biznesin orta çəkili payını əks etdirən daha böyük kontrtsiklik buferini formalaşdırmalıdırlar. Bu ehtiyatdan istifadənin mümkünlüyü haqqında qərar qəbul edən tənzimləyici orqanlar (yəni, riskin inkişaf etdiyi yurisdiksiyanın nəzarət orqanı) tərəfindən aktivləşdirilməlidir.