İxtisas: 5710. 01 – Türk dilləri


Etnonimlərin çay adlarında əksi



Yüklə 72,7 Kb.
səhifə15/17
tarix10.01.2022
ölçüsü72,7 Kb.
#107748
1   ...   9   10   11   12   13   14   15   16   17
Etnonimlərin çay adlarında əksi

Gürcüstan ərazisində axan çayların bəziləri etnonimlərlə adlandırılmış və onların da leksik-semantik baxımından və eyni zamanda etnogenetikaraşdırmalatrın aparılmasında, müəyyən tarixi faktların əldə edilməsindən olduqca mühüm rol oynayır.

QANNIÇAY – Gürcüstanın Dmanisi rayonunda mövcud olan bu etnohidronim “qan” sözü və sözdüzəldici şəkilçi hesab olunan -lı, -nı (irəli assimilyasiya nəticəsində “l” səsi “n” səsi ilə əvəzlənmişdir) , ikinci komponent isə hidronimik termin hesab olunan “çay” sözündən ibarətdir. Komponentdə “qanlı” sözü iştirak edən yer-yurd adlarını bəzi toponimlər etnonim səciyyəli coğrafi adlar hesab edirlər. A.Qurbanov “qanlı” sözü ilə formalaşmış hidronimləri leksik-semantik cəhətdən təhlil edərək onların bir qismini “müəyyən bədbəxt hadisələrlə əlaqədar olaraq ad almış su obyektləri adı ilə (Qannıçay, Qannıgöl və s.)31, bir qismi isə “kanqlı/qanqlı” (Qanlıkənd, Qanlı tala, Qanlı qaya və s.) 32 ( tayfası-etnonimi ilə bağlı olaraq izah etmişdir.

Əlbəttə, Dmanisi rayonu ərazisində Qannıçay hidronimini leksik-semantik “kanlı/qanlı” tayfa adı ilə bağlı olaraq izah etmək daha düzgündür. Hidronimin kökündə duran qannı/qanlı sözləri eradan əvvəl III əsrdən məlum olan kanqar/kəngər/kank/kəng etnoniminin müxtəlif dil və dialekt paralelləridir. Mənbələrdə də qeyd edildiyi kimi,“kanqlılar VIII əsrin ortalarında Sırdəryanın orta axarının hövzəsində yaşamış, oğuz və karlukların basqınından sonra iki hissəyə parçalanmışlar. Onların bir hissəsi Aral dənizinin şimal-qərb çöllərinə doğru hərəkət edərək peçeneq və xəzərlərlə qarışmış, digər hissəsi isə şimal-şərq tərəfə sıxışdırılaraq Balxaş gölü və Xərəzi zonasına köçərilik etmiş, 1218-ci ildə monqolların tərkibinə daxil olaraq, onlarla birlikdə bu əraziyə (Azərbaycana) gəlmiş ən qədim türk tayfalarındandır”33. K.Ş.Şaniyazovun fikrincə, kanqlı tayfasının qıpçaq, karluq, cigil və başqa tayfalarla bərabər, Orta Asiyadan Qərbə axını daha əvvəllər başlamışdır. V əsr erməni və gürcü müəllifləri Qafqazda bu tayfanın (kəngər) olması haqqında məlumat verirlər. Görünür Kəngər tayfasının Qafqazda axını hələ I-VI əsrlərdə baş vermişdir. (yenə orada, s.9) Deməli müasir dilimizdə qannı/qanlı şəklində işlənən bu tayfa adı tarixin müxtəlif dövrlərində qanq/kanq/kəng/qan/xen/kın/kan/kən formalarında olmuş, sözün sonundakə “q/k” hissəciyi “ık/ok/uk” (yəni ox/oq etnoformant) etnoformantını əvəz etmişdir.




Yüklə 72,7 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin