MİRZƏ CAHANŞAH HƏQİQİ(1397-1467). Cahanşah Həqiqi 1397-ci ildə Xuy şəhəri yaxınlığındakı kəndlərdən birində doğulmuşdur. Qaraqoyunlular sülaləsinin banisi Qara Yusifin üçüncü oğludur. 1436-cı ildə hakimiyyət başına gəlmişdir. Mühariblərə o, son qoymuş, QAraqoyunlu dövlətinin möhkəmləndirilməsinə çalışmışdır. 1467-ci ildə Ağqoyunlu hökmdarı Uzun Həsənlə vuruşmada faciəli şəkildə öldürülmüşdür. Bu hadisə böyük bir itki kimi qarşılanmışdır.
Cahanşah Həqiqi anadilli ədəbiyyatın ədəbiyyatına xüsusi qayğı göstərmiş, fars şairi Əbdürrəhman Cami ilə yaxın dost olmuşdur. Cahanşah Həqiqi fars və türkcə şeirlər yazmışdır. Onun Sultan Əbdülhəmidin kitabxanasında saxlanan divanı əvvəl Misirə, sonra İngiltərəyə aparılır. Ordan da qeyb olur. 1961-ci ildə Sovetlər Birliyinə Amerikadan 270 şərq əlyazması göndərilir. Bu əlyazmalardan biri də Cahanşah Həqiqinin divanı idi. Həmin divan 54 vərəqdən ibarət idi. Burada farsca 78 qəzəl, türkcə 61 qəzəl və bir neçə rübai var idi. Bu əlyazmanı Lətif Hüseynzadə ilk dəfə diqqətdən kecirib, 1966-cı ildə ayrıca kitab şəklində cap etdirmişdir. L. Hüseynzadə şairi Nəimi və Nəsimi irsinin layiqli davamçılarından biri kimi dəyərləndirir.
KİŞVƏRİ. XV əsrin axırı XVI əsrin əvvəllərində yaşamış görkəmli sənətkarlardan biri də Kişvəridir. Şair Füzulinin ən layiqli sələflərindən biri olmuşdur. Şairin haqqında məlumatlar az və pərakəndə haldadır. Hansı ildə şairin dünyaya gəldiyi və vəfat etdiyi tarix müəyyən edilməmişdir. Bir sıra məlumatlar onun Həbibi ilə müasir və dost olduğunu, Ağqoyunlu hökmdarı Sultan Yəqub dövründə parlayıb tanındığını göstərir.
Şairin haqqında əsas məlumatları araşdırıb ortaya çıxaran isə Həmid Araslı olmuşdur. 1946-cı ildə bir təsadüf nəticəsində şairin divanı Respublika Əlyazmalar Fonduna daxil oldu. H. Araslı divanı diqqətlə araşdırıb şairin haqqında dəyərli bir elmi məqalə yazdı və şairi Füzulunin sələfi adlandırdı. Araslı Kişvərinin həyat və yaradıçılığını, onun özbək şairi Nəvai ilə əlaqəsini, Sultan Yəqub dövründə yaşadığını, Həbibi ilə dostluğunu faktlarla təsdiqlədi.
Kişvərinin poeziyası formaca rəngarəng, məzmunca dərin poeziyadır.
HƏBİBİ. Şair Göyçayın Bərçüşad kəndində doğulmuşdur. Onu Ağqoyunlu hökmdarı Sultan Yəqub saraya gətirmişdir. Həbibi sarayda istedadlı bir şair kimi yetişmişdir. Ağqoyunluların süqutundan sonra şair Səfəvilər sarayında da hörmətlə qrşılanmlşdır. Şah İsmayıl Xətai onu ərkyanalıqla „Gürzəddin bəy“ adlandırmışdır. Həbibi sarayda „məliküş-şüəra“ rütbəsi qazanmışdır. Buna görə də şairin tədqiqatçılarından M. F. Köprülü, S. Mümtaz, M. Quluzadə onun təxminən 1470-1475-ci illərdə anadan olduğinu yazmışlar. Bunlardan 1470-ci il daha ağlabatn görünür. Örünün son illərini Türkiyədə yaşamış Həbibi I Sultan Səlim dövründə vəfat etmişdir. Şairin həyat və yaradıcılığı haqqında geniş danışmaq mümkün deyil. Əsərləri bütöv halda əldə yoxdur. 42 şeiri dərc edilib. Bundan sonra bir neçə şeiri də tapılmışdır. Bu şeirlərdən görünür ki, Həbibi panteist (sufi) şair olmuşdur. Amma şairin tam sufi, yaxud hürufi olduğunu qəti söyləmək çətindir. Lakin bəzi ədəbi məqamlar onun hürufiliyə və Nəsimiyə daha yaxın olduğunu söyləməyə imkan verir.
Dostları ilə paylaş: |