12 MÖVZU
XV ƏSR AZƏRBAYCAN ƏDƏBİYYATI
XV əsr Azərbaycan ədəbi-mədəni həyatında yeni bir mərhələdir. Azərbaycanın Şərqdə və beynəlxalq aləmdı nüfuzu getdikcə artır.Tarixə. ədəbiyyata, musiqiyə dair xeyli əsərlər yazılır. Poeziya sahəsində bir çox sənətkarlar yetişir. Dövrün ədəbiyyatında nəzərə şarpan mühüm xüsusiyyət ana dilinə-türk dilinə üstünlük verilməsi idi. Cahanşah Həqiqinin, Həbibinin, Kişvərinin, Hamidinin, Xətai və b. yaradıcılığı buna ən yaxşı sübutdur.
XV əsrin istedadlı şairlərindən biri də Xəlili (1408-1485) idi. Onun diyarbəkirdən olduğunu hesab edənlər var. Məhəbbət mövzusunda „Fəraqnamə“ poemasını yazmış, lirik şeirlər divanı olmuşdur. Onun sufi şeyxi olduğu da söylənir. Türk alimlərini yazdığına görə onun divanı Türkiyə kitabxanalarından birində saxlanır. Şairin yaradıcılığında Nəsiminin təsiri hiss olunur. Xəlili Nəsimi kimi panteist fəlsəfi fikir mövqeyindən hakim dini ideologiyaya qarşı çıxmışdır.
Xəlilinin aşiqanə şeirlərində də dərin hümanizm hakimdir. Bu şeirlərdə insanın böyüklüyü, gözəlliyi intibah dövrünə məxsus bir sənətkar kimi qələmə alınır.
Dostları ilə paylaş: |