İXTİsas kommersiya fənn azərbaycan tariXİ


Sara Aşurbəyli, Şirvanşahlar dövləti, Bakı, 2006, səh. 216



Yüklə 31,61 Kb.
səhifə2/9
tarix31.12.2021
ölçüsü31,61 Kb.
#112861
1   2   3   4   5   6   7   8   9
Sara Aşurbəyli, Şirvanşahlar dövləti, Bakı, 2006, səh. 216.

IX əsrin II yarısından Abbasilər xilafətinin zəifləməsi, habelə mərkəzi hakimiyyətə tabe olmamaq meyllərinin güclənməsi nəticəsində bəzi əyalətlər müstəqil hökmdarlıqlara çevrilərək Xilafətdən ayrıldılar. Həmin dövrdə Şirvanda feodal torpaq mülkiyyəti möhkəmləndi. Şirvanşahların ilk müsəlman sülaləsi olan Məzyədilər əvvəllər xilafətin Bərdədəki canişininə (əmirə) tabe idilər. Tam mülki və hərbi hakimiyyətə malik olan əmirlər yerli hakimlərin fəaliyyətinə, vergilərin (cizyə, xərac və s.) yığılmasına nəzarət edirdilər.

Şirvanşahlar dövlətinin əsasını Heysam ibn Xalid qoymuşdur. Heysam ərəb mənşəli Şeybanilər sülaləsinin bir qolu olan Məzyədilər sülaləsindən olmuşdur. Azərbaycan Ərəb Xilafətinin tərkibində olduğu dövrdə xəlifələr uzun müddət Azərbaycan hakimlərini bu sülalədən təyin edirdilər. Məzyədilər sülaləsinin banisi Yəzid ibn Məzyəddir. Ondan sonra oğlu Xalid ibn Yəzid və Məhəmməd ibn Xalid Azərbaycan hakimi olmuşdur.


Yüklə 31,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin