Ixtisas: Məktəbəqədər təhsil və təlim Kur: III fənn: İnklüziv təhsil və təlim



Yüklə 173,18 Kb.
səhifə13/72
tarix10.01.2022
ölçüsü173,18 Kb.
#107981
1   ...   9   10   11   12   13   14   15   16   ...   72
Ədəbiyyat:
1. Dostuzadə D.Ə. Sağlamlıq imkanları məhdud uşaqlarla işə dair. İbtidai məktəb və məktəbəqədər tərbiyə jurnalı, № 2, 2004.

2. Əliyev R. Psixologiya. Bakı 2003.

3. Əlizadə H., Mahmudova R. Sosial pedaqogika. Dərslik. Bakı, 2013.

4. Hüseynov Q., Şərəfxanova L., Məmmədova S., Mikayılova Ü. İnklüziv təhsil. (peşəkarlar üçün metodik vəsait) İbtidai təhsil piləsi üçün. Bakı, 2010.

5. İsmayılova L. və başqaları. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili. Bakı, Kurrikulm., Azərbaycan, (iyul-sentyabr), 2009, № 3.

6. Korreksion pedaqogikanın müasir problemləri. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu. Bakı, 2012.
Məktəblər bütün uşaqları, onların fiziki, intellektual, sosial, emosional, dil, və    digər xüsusiyyətlərinə baxmayaraq, qəbul etməlidir. Bu, əqli və fiziki ləngiməsi olan, xüsusi istedada malik olan, kimsəsiz, işləyən uşaqlar… etnik və mədəni azlıqlara mənsub olan uşaqlara da aiddir.(Salamanka Bəyannaməsi, 1994-cü il) İnklüziv təhsil ümumi təhsilin inkişafı prosesidir. Təhsilin bütün uşaqların müxtəlif ehtiyaclarının ödənilməsi baxımından hamı üçün əlçatan olmasını nəzərdə tutur. Bu xüsusi qayğıya ehtiyacı olan uşaqların da təhsil almasını təmin edir. İnklüziv təhsil anlayışı insan hüquqları prinsipinə əsaslanır. Qeyd etmək lazımdır ki, dünyanın bir çox ölkələrində (Böyük Britaniya, ABŞ, İsveçrə və s.) xüsusi qayğıya ehtiyacı olan uşaqlar  digər yaşıdları ilə birlikdə ümumtəhsil məktəblərində təhsil alır və uşaq bağçalarına gedirlər. İnklüziv təhsilin inkişafı dünyanın bir çox ölkələrinin təhsil siyasətinin əsas prioritetlərindəndir və ümumiyyətlə, hər hansı bir ölkənin təhsil sisteminin beynəlxalq prinsip və standartlara uyğunlaşdırılması məqsədini daşıyır. Müasir dövrdə inklüziv təhsil dedikdə uşaqların məktəbəqədər müəssisələrdə, orta təhsil məktəblərində dərs alması prosesi nəzərdə tutulur ki, bunun da xüsusi tələbləri var. Təlim metodikasına müvafiq olaraq inklüziv təhsil uşaqlara qarşı hər hansı formada ayrı-seçkilik edilməsinin qarşısını alır, müxtəlif nevroloji və ya psixi xəstəlikləri olanlara belə mükəmməl şəkildə təhsil almaq, uğur qazanmaq imkanı verir. Onun əsas vəzifəsi məhdud imkanlara malik insanların peşə hazırlığı üçün sərhəd tanımayan mühit yaratmaqdır. Xüsusi qayğıya ehtiyacı olan uşaqların daha keyfiyyətli təhsilə yiyələnməsi, cəmiyyətə daha tez adaptasiyası üçün digər yaşıdları ilə bir yerdə olması daha məqsədəuyğundur. İnkülziv təhsilin bir çox komponentləri vardır:

  • İnkluziv təhsillə əməkdaşlıq;

  • Qiymətləndirmə;

  • Fərdi tədris proqramı;

  • İnkluziv təhsildə reabilitasiya xidmətinin təşkili

  • İnkluziv təhsildə pedaqoq və psixoloqların rolu

  • İnkluziv təhsildə digər xidmətlərin təşkili

  • İnkluziv təhsildə valideynlərlə işin təşkili

  • Peşə təhsili və s.

İnklüziv təhsilin məktəbəqədər müəssisə və məktəblərdə uğurlu inteqrasiyanın təmin olunması zamanı aşağıdakı faktorlar diqqətdə saxlanılmalıdır.

  • İntellekt və emosional sahənin inkişafı;

  • Stressə qarşı dözümlülüyün və özünəinamın inkişafı

Dünya təcrübəsinə əsaslanaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların peşə təhsilinin aşağıdakı kimi reallaşması vacibdir:

  • Peşə təhsili təlimlərinin praktiki olaraq, müvafiq  iş yerlərində təşkili; 

  • Xüsusi qayğıya ehtiyacı olan gənclərin öz tipik yaşıdları, iş yoldaşları ilə birlikdə təcrübə keçirməsi;

  • Həyatı bacarıqların öyrədilməsinə üstünlük verilməsi;

  • Peşə təhsilinin əsasən iş yerlərində həyata keçirilməsi;  

  • Peşə təhsilindən sonra gənclərin imkan daxilində yaşadıqları yerə yaxın ərazidə işlə təmin edilməsi.

Məktəbəqədər uşaq müəssisələri xüsusi qayğıya və təhsilə ehtiyacı olan uşaqları qəbul edir, sosial status, irqi, fiziki, emosional və intellektual inkişaf səviyyələrinə görə differensasiya etmədən onlara təlabata uyğun xüsusi psixo-pedaqoji şərait yaradır. Məktəbəqədər təhsil müəssələrində mövcud psixoloji durum mühüm əhəmiyyət kəsb edir. Müəllim kollektivinə mənəvi və metodiki dəstək təlim-tərbiyənin düzgün təşkilində vacib məsələlərdəndir. Bağçada oyuncaqla oynamayan uşaq inkişafdan geri qalır. Ona görə də, balacalara oyuncaq və əşyalar vasitəsilə manipulyasiya etməyi öyrətmək lazımdır. Bu proses onlara əşyalarla bağlı əsas hərəkətləri (vurmaq, silkələmək, dartmaq, itələmək və s.) öyrədir. Daha çox “reaksiya” verən (məsələn, səs çıxaran və ya şəklini dəyişən) oyuncaqlar tövsiyə olunur. Oyun prosesində  ehtiyac olarsa, pedaqoq yardım edə bilər. Xüsusi qayğıya ehtiyacı olan uşaqların tipik yaşıdları ilə təhsilə birgə hazırlanması üzrə məsuliyyət mahiyyət etibarı ilə daha çox psixoloq və tərbiyəçilərin üzərinə düşür. Ümumiyyətlə,  korreksiyaedici xidmət dedikdə,  öncə onların təhsilə daha tez uyğunlaşması, uşaqlarla effektiv ünsiyyət qura bilməsi nəzərdə tutulur. Məsələn, uşaq bağçalarında, yaxud məktəbəqədər hazırlıq müəssisələrində tərbiyəçilərin əsas rolu aşağıdakı funksiyaları həyata keçirməkdən ibarətdir: uşaqlarda kollektivçilik, əmək vərdişləri, davranış, etik və əxlaqi keyfiyyətlərin inkişaf etdirilməsi, dünya haqqında ilkin təsəvvürlərin yaradılması və s. Bir sözlə, məktəbə hazırlıq prosesində pedaqoq uşağı fiziki və mənəvi cəhətdən tərbiyə edir,cəmiyyət tərəfindən müəyyən edilmiş vəzifələrə uyğun şüurlu fəaliyyətə hazırlayır. İnklüziv təhsil bütün uşaqların hər hansı bir sahədə güclü və zəif cəhətlərindən asılı olmayaraq, məktəbin tərkib hissəsinə çevrilməsini, eyni hüquqlara malik olmasını, eyni sinif otaqlarında təhsil almasını və dərslərdə bərabər iştirak etməsini təmin edir. İnklüziv təhsildə müəllim pedaqojiprosesi elə təşkil etməlidir ki, uşaqlar özünün qüsurluluğunu hiss etməsinlər, onlarda aqressivlik, küskünlük, təcridolunma, ünsüyyətdənqaçma halları yaranmasın. Müəllim belə uşaqların ailələri ilə qarşılıqlı əlaqə qurmalı, valideynləri övladlarının təliminə həvəsləndirməli, emosional-mənəvi dəstək olmalı, informasiya mübadiləsi yaratmalıdırlar. Təlimdə uşağın uyğun proqram materialını mənimsəmə səviyyəsi, davranışında müşahidə olunan irəliləyişləri, uşağın ünsiyyət vərdişlərinin inkişafı valideyndən çox müəllimin diqqətində olur. Demokratiya prinsiplərinə möhkəm inam xüsusi qayğıya ehtiyacı olan uşaqların addım-addım yetişdirilməsi, həm də ibtidai məktəb proqramı uşaqları fəal həyat mövqeli vətəndaş kimi formalaşdırmağa sövq etməklə yanaşı, onları həyatın demokratiya ənənələrinə uyğun qurulması yolunda mənəvi dəyərləri yüksək qiymətləndirən şəxsiyyətə çevrilməyə ruhlandırır. İnklüziv təhsil proqramı ibtidai sinif şagirdlərini ruhlandırır, onlarda həyata inam yaradır, mənəvi ehtiyaclarını müəyyənləşdirir, qarşılıqlı hörmətin əhəmiyyə-tini göstərməklə şagirdlərin obrazında məsuliyyət, vicdanlılıq, qayğıkeşlik və çalışqanlılıq hissinin formalaşmasına yardım edir. Demokratik sinif şəraitində xüsusi qayğıya ehtiyacı olan şagirdlər digər şagirdlərlə yaxşı dostluq münasibəti yaradır və qayğıkeşlik göstərirlər. Bunu edərkən həmin xüsusi qayğıya ehtiyacı olan şagirdlər özlərini cəmiyyətə yararlı hissi edirlər. İnklüziv proqrama ünsiyyət, qayğıkeşlik, icma əlaqələri daxildir. Ünsiyyət tədris vərdişləri və savadvermə işində başlıca açardır ki, bura oxu, yazı, nitq, riyaziyyat, dinləmə aiddir. Müəllim xüsusi qayğıya ehtiyacı olan şagirdi həvəsləndirməlidir. Şagirdlər öz potensial imkanları daxilində qarşıya qoyulmuş məqsədə çatmaq üçün tapşırıqlara məsuliyyətlə yanaşır, səy göstərməyə həvəsləndirilirlər. Öhdəçilik götürüb əzmkarlıq nümayiş etdirirlər. Bu şagirdlər götürdükləri öhdəçilikləri əzmkarlıqla yerinə yetirib, özlərinə inam hissi artırır, bəzən onlar bu işi yoldaşları ilə birlikdə edirlər. Yoldaşları isə böyük həvəslə dostlarına kömək edirlər. Həmin xüsusi qayğıya ehtiyacı olan şagirdlər işlərinin öhdəsindən layiqincə gələndə onların gözlərində olan parıltı onlarda olan inamı daha da gücləndirir. Belə halda müəllim işindən zövq alır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar daim müəllimin fikrini eşitmək istəyir hər bir şirin söz, məsləhət onları ruhlandırır və verilən hər yeni tapşırığı onlar canla-başla yerinə yetirirlər. Kiçik mükafatı onlar ən qiymətli hədiyyə hesab edirlər. Belə halda onlarda müşahidə edilən komplekslər də tədricən aradan qaldırılır. Məktəbə ilk gündə qədəm qoyan xüsusi qayğıya ehtiyacı olan şagirdlər zaman getdikcə uyğunlaşırlar və bundan ən çox sevinən valideynlər olur. Onlar öz sevinclərini gizlədə bilmirlər. Çünki bu həm də onların nailiyyətləridir. Valideynlər öz uşaqları ilə birlikdə çalışır, onların dünyasına daxil olur və bu körpələrlə birlikdə problemləri aradan qaldırırlar. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara cəmiyyətə daxil olmaq və onları əhatə edən mühitlə ünsiyyət yaratmaq imkanı verək, uşağın həyat və bəşəriyyət haqqında biliklərə yiyələnməsi üçün şərait yaradaq. Məlimdur ki, sağlamlığının nə qədər ciddi olmasından asılı olmayaraq hər bir uşaq öyrənməyə qadirdir. Məktəbə cəlb edilməkdən əvvəl valideynlər öz uşaqlarının qüsurlarını gizlədir, elə bil onlardan utanırdılar. Daha sonra isə dəstəyi görən valideynlər özləri müraciət edir, onların da sağlam yaşıdları ilə birgə təhsil almasından zövq duyurlar. Xüsusi qayğıya ehtiyacı olan uşaqların tipik yaşıdlarıyla birlikdə oxuması onları və valideynlərini sevindirir. Axı xüsusi təhsildə inkişaf zəifdir. Uşaqların hamısının bərabər inkişafı məhduddur. İnklüziv təhsildə isə belə deyildir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar öz yaşıdları ilə birlikdə inkişaf edir, onların fərəhini öz fərəhləri hesab edir, daha səylə çalışırlar. Yoldaşlarından dəstək alan uşaq da, müəllimdən qayğı görən valideyndə də yüksək inam yaranır. Müəllimlər xüsusi qayğıya ehtiyacı olan uşaqlara aşağıdakı üsullarla dəstək olmalıdır:

  • Müəllimdə insanlıq hissi yüksək olmalı və o bütün şagirdləri özününkü hesab etməli

  • Xüsusi qayğıya ehtiyacı olan şagirdləri kollektivin bir üzvü kimi hiss etmələrinə şərait yaratmalı

  • Ailələri uşaqların dəstəklənməsi üsullarından istifadəyəcəlb etməli

  • Hörməti köməklə birləşdirməli

  • Şagirdləri qarşılıqlı əməkdaşlığa və əlaqəyə həvəsləndirməli

  • Şagirdlərin öz sevinc və kədərlərini bölüşmələrinə imkan vernəli

  • Məqsədə çatmaq üçün riskə getməli, inadkar və həvəskar olmalı

  • Şagirdlərin hüquqlarına hörmət etməli. Onların müsbət işlərini rəğbətləndirməli

  • Şagirdlərin daim inkişafını izləməli və onların gələcəyinə inanmalı

Tarixən insanlar sağlmlığı məhdud uşaqları hər hansı bir günahı işləmiş və ya nəyisə düzgün etməyən valideynlərə cəzə, lənət kimi düşünürdülər. Bu fikir müasir dövrümüzdə də təfəkkürlərdə qalmaqdadır. Mədəniyyət, təlim-tərbiyə və mənəvi dəyərlərin təsiri altında formalaşan təhsil insanın mənəvi siması olub yetişməsində, dünyagörüşünün artmasında, cəmiyyətə yaralı fərd olmasında böyük rol oynayır. "İnklüziya" sağlamlıq imkanları məhdud olan uşaqların öz güclərinə inamını artırmağa, həmçinin onları digər uşaqlarla birgə məktəbdə təhsil almağa stimullaşdıran cəhddir. İnklüziv məktəb xüsusi tələbatlarından asılı olmayaraq, bütün uşaqlara təhsil verən adi (ümumtəhsil) məktəblərdir. Burada sağlamlığı məhdud olan uşaqlara köməklik göstərilir, hər uşağın tələbatını fərdi qaydada ödəmək üçün müvafiq məktəb kurrikulumu təsdiq edilir. Məktəbdə psixoloq, əmək gigiyenası üzrə terapevt, nitq terapevti və s. mütəxəsislər tətəfindən xüsusi xidmətlər göstərilir. "İnklüziya" xüsusi qayğıya ehtiyacı olan uşaqların ümütəhsil məktəblərinə sadəcə olaraq daxil olmasıdeyil. İnklüziv qrup mühitində təlim hər bir uşağın yoldaşları ilə birlikdə tədris proseseində tutur.


Yüklə 173,18 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin