Ixtisas: Məktəbəqədər təhsil və təlim Kur: III fənn: İnklüziv təhsil və təlim


MÖVZU 7: İnklüziv təhsildə dövlət təhsil siyasətinin strateji xarakteri



Yüklə 173,18 Kb.
səhifə16/72
tarix10.01.2022
ölçüsü173,18 Kb.
#107981
1   ...   12   13   14   15   16   17   18   19   ...   72
MÖVZU 7: İnklüziv təhsildə dövlət təhsil siyasətinin strateji xarakteri

PLAN:

  1. Məktəbəqədər təhsil müəssisələrində inklüziv təhsilin təşkilinin əsas istiqamətləri. Kadr təminatı.

  2. Xüsusi təhsil ehtiyacları olan uşaqların tədris prosesində aşkara çıxan problemləri.

  3. Xüsusi ehtiyaclar. Tipik ehtiyaclar.

  4. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar - onların ailədə, cəmiyyətdə və məktəbdə rolu..

Ədəbiyyat:

1. Dostuzadə D.Ə. Sağlamlıq imkanları məhdud uşaqlarla işə dair. İbtidai məktəb və məktəbəqədər tərbiyə jurnalı, № 2, 2004.

2. Əlizadə H., Mahmudova R. Sosial pedaqogika. Dərslik. Bakı, 2013.

3. Korreksion pedaqogikanın müasir problemləri. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu. Bakı, 2012.

4. İsmayılova L. və başqaları. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili. Bakı, Kurrikulm., Azərbaycan, (iyul-sentyabr), 2009, № 3

5. Şərəfxanova L., Məmmədova S., Mikayılova Ü. İnklüziv təhsil. Məktəbəqədər təhsil pilləsi üçün. Bakı 2010.

6. Təhsil Haqqında Azərbaycan Respublikasının qanunu. Bakı: Qanun, 2009.

7. Təhsil Qanunvericiliyinə dair normativ Hüquqi sənədlər toplusu. I-II cild, Bakı, 2012.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların ayrıca xüsusi təhsil alması vacıb deyildir. Əksinə, onların daha keyfiyyətli təhsilə yiyələnmələri və cəmiyyətə daha tez adaptasiya olmaları üçün öz tipik həmyaşıdları ilə, ümumtəhsil orta məktəblərdə dərs almaları məqsədəuyğundur. Hər şeydən əvvəl bu, artıq mövcud formalaşmış korreksiyaedici sistemdə, “xüsusi” uşağın cəmiyyətə adaptasiyası prosesinin zəif inkişaf etməsi və onun, ictimaiyyətdən kənarda qalaraq təcrid olunması ilə əlaqədardır. Son zamanlar xüsusi təhsilə ehtiyacı olan uşaqlar üçün bir sıra yeni yanaşmalar tətbiq edilir. Sosial statusundan asılı olmayaraq, hər bir uşaq inklüziv təhsil vasitəsi ilə öz inkişaf tələbatlarını ödəmə imkanı və bütöv digər uşaqlar kimi, normal təhsil alma hüququnu əldə edir. Məktəbəqədər uşaq müəssisələrinin idarə heyəti və tərbiyəçiləri xüsusi qayğıya və təhsilə ehtiyacı olan uşaqları qəbul edir. Onları sosial status, irqi, fiziki, emosional və intellektual inkişaf səviyyələrinə görə diferensasiya etmədən onların tələbatına uyğun xüsusi psixoloji-pedaqoji şərait yaradır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar xüsusi təchiz edilmiş tədris otaqlarına nisbətən ümumtəhsil orta və məktəbəqədər müəssisələrində cəmiyyətə ümumiyyətlə, həyata daha tez və effektiv adaptasiya olmağı öyrənirlər. Bu uşaqlarla eyni mühitdə tədris alan tipik uşaqlarda isə təhsil imkanları genişlənir, onlarda fəallıq, toleranrtlıq və sərbəstlik kimi müsbət keyfiyyətlər daha çox inkişaf edir. Təcrübə göstərir ki, inklüziv təhsilin inkişafı-mürəkkəb hərtərəfli elmi, metodoloji və inzibati resurslara toxunan prosesdir. İnklüziv təhsil ideyasını qəbul edən məktəbəqədər müəssisələrin tərbiyəçiləri və idarə heyəti xüsusi köməyə ehtiyac duyurlar. Burada pedaqoji prosesin təşkili, qarşılıqlı-təsirin işlənilməsi müxanizminin nəzərə alınması vacibdir. Əgər xüsusi təhsilə ehtiyac duyan və sağlamlığında problem olan uşaq bağçaya getmirsə, o zaman doğru olmayan təhsil istiqamətinin yaranması riski yarana bilər. Məktəb müəllimləri uşağın qabiliyyətini və fərdi keyfiyyətlərini bilmədikləri üçün əlilliyi olan uçaqlardan onların tipik həmyaşıdları kimi eyni bilikləri tələb edə bilərlər. Bu zaman bir sıra problemlərin ortaya çıxması qaçılmaazdır. Burada özünəməxsus bir ziddiyyət yaranır: uşağın bacarıqları və onun qarşıya qoyulmuş tələblər kəskin fərqləndiyindən və uzaqlaşdığından bu ziddiyyətlər nəticəsində onun təhsilə olan motivasiyası aşağı düşür, tədris prosesi zamanı çətinliklər yaranır və son nəticədə onun sağlamlığıdakı problemlər daha da kəskinləşir. Təəssüf ki, uşaq bağçalarında uşaqların psixi sağlamlığı ilə bağlı hərtərəfli və obyektiv diaqnostika aparılmır. Valideynlərin öz övladlarının əqli durumu və inkişafı haqda dürüst və obyektiv məlumat verməməsi halları da təcrübədə tez-tez rast gəlinən hallardandır. Buna görə də uşaqlarının fiziki, intellektual və psixi inkişafı haqqında hərtərəfli biliyə malik olmaları üçün məktəbəqədər yaşlı uşaqların valideynləri arasında xüsusi profilaktik işlərin aparılması vacibdir. Bu işdə bir neçə sosial qurum iştirak etməlidir (sağlamlığa cavabdeh orqanlar, təhsil ocaqları və sosial yardım fondları). Bundan əlavə bu prosesdə ailənin də rolunu nəzərə almaq vacibdir. Məktəbəqədər yaşlı uşaqların valideynləri, məktəbdəki təhsilin onların övladlarının inkişafına uyğun olub-olmaması ilə maraqlanmamalıdırlar. Ümumtəhsil orta məktəblərin və bağçaların idarə heyəti və müəllim-tərbiyəçiləri valideynlərlə söhbət zamanı maksimal dərəcədə onları yuxarıda qeyd edilən diaqnostik prosedurlardan keçməyə sövq etməli, qüsurlar ortaya çıxdıqdan sonra isə onlar bərabər uşağın hazırlıq mərhələsində çalışaraq onu müasir cəmiyyətə və həyati hadisələrə hazırlamalıdırlar. Uşaq məktəbə qəbul olmadan əvvəl, məktəbəqədər müəssisələr ümumtəhsil orta məktəblərinin müəllim və idarə heyətinə uşaq haqqında bütün lazımi məlumatları təqdim edərək onun inkişafında olan ləngimələr, həmçinin potensial imkanları barəsində informasiya verirlər. Lakin bu informasiya kifayət etməzsə, o zaman məktəbin idarə heyəti uşağı valideynlərinin müşayəti ilə birgə Tibbi-Pedaqoji Psixoloji Komissiyadan müayinədən keçməyə göndərməlidirlər. Bilik, bacarıq və vərdişlərin mənimsənilməsi üçün bütün uşaqlara kömək göstərməyə hazır olan müəllim kadrlarının hazırlanması olduqca vacibdir. Məktəbəqədər təhsil müəssisələrində mövcud psixoloji durum, təhsilin uğurlu getməsinə şərait yaradır. Məktəbəqədər təhsil müəssisələrdə bütün uşaqlara göstərilən qayğı, müəllim kollektivinə mənəvi və metodiki dəstək; təlim-tərbiyənin düzgün təşkili üçün vacib məsələlərdəndir.

İnklüziv təhsil ideyası, mütəxəssislərin həm professional, həm də şəxsi keyfiyyətlər baxımından yetişdirilməsinə xüsusi tələblər qoyur. Kadrların əsaslı korreksiyaedici təhsili və professional ixtisaslı olması vacibdir. Əsaslı (baza) komponent dedikdə, professional-pedaqoji hazırlıq nəzərdə tutulur. Xüsusi komponent dedikdə isə aşağıdakı psixoloji-pedaqoji biliklər nəzərdə tutulur:



  • İnklüziv təhsil haqqında əsaslı məlumatın verilməsi, onun digər təhsil formalarından fərqinin nümayiş etdirilməsi;

  • İnklüziv təhsil mühitində uşaqların yaş və şəxsi keyfiyyətlərinin inkişafı haqqında biliklərin olması;

  • Tədris prosesinin psixoloji və didaktik proyeksiyası haqqında metodların təqdim edilməsi;

  • Tədris mühitində pedaqoji qarşılıqlı-təsirin müxtəlif metodlarını həyata keçirmək bacarığı.

Bir müəllimin yetişdirilməsi prosesində treninqlər, müxtəlif elmi seminarlar, ustad –peşəkar təlimləri çox əhəmiyyətli rol oynayırlar. Açıq tədbirlərin keçirilməsi müəllimlərə və ümumiyyətlə, bütün komadaya öz məqsədini müəyyənləşdirməkdə və professional yüksəlişə doğru irəliləməkdə yardımçı olur. Mütəxəssislərin birgə çalışması inklüziv təhsili daha da canlı və effektiv edir, çünki birgə fəaliyyət çoxsaylı ideyaların ortaya qoyulmasına gətirib çıxarır, bu da öz növbəsində, uşaqların problemlərinin daha da dərindən dərk edilməsinə səbəb olur.

Azərbaycan Respublikasının Təhsil Qanununa əsasən, bütün vətəndaşlar irqindən, milli və dini mənsubiyyətindən, dilindən, cinsindən, yaşından, sağlamlıq vəziyyətindən, sosial və maaliyyə vəziyyətindən, fəaliyyət göstərdiyi sahədən, sosial mənşəyindən, yaşadığı yerdən və siyasi baxışlarından asılı olmayaraq təhsil almaq hüququna malikdirlər. Azərbaycanda Təhsil Siyasətinin məqsədibütün vətəndaşlar üçün keyfiyyətli təhsilin təmin edilməsindən ibarətdir və təhsil sisteminin islahatlaşdırılması prosesində əsas diqqət milli azlıqları, qaçqınları və məcburi köçkünləri təmsil edən uşaqların, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqların keyfiyyətli təhsil almasıüçün bərabər imkanların yaradılmasına yönəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral, 2005-ci ildə verilmiş 20 № li qərarına əsasən "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinin" təşkili üzrə İnkişaf Proqramının (2005-2009) təsdiq edilməsi ölkədə inklüziv təhsil modelinin sınaqdan keçirilməsinə böyük imkanlar yaratdı. Respublikamızda Milli Fəaliyyət Planının I hissəsinin sınaqdan keçirilməsi üçün 2005-2009-cu illər ərzində erkən uşaqlıq dövrünü əsas götürərək respublikanın şəhər və rayonlarının orta ümümtəhsil məktəb və uşaq bağçalarında İnklüziv Təhsil Pilot Layihələrinin icrasına başlanıldı.

2008-ci ildə Azərbaycanın, əsas məqsədi əlilliyi olan şəxslərin hüquqlarının müdafiə və təşviqinə, ayrıseçkiliklərinə son qoymağı, işə qəbul edilmə, səhiyyə, təhsil və cəmiyyət haqqında iştirak etmə huquqlarının təmin olunmasına, şəxsi toxunulmazlığa, istismardan azad olunma və sərbəst hərəkət hüququna əməl edilməsinə yönəlmiş BMT-nin Əlillərin hüquqları haqqında Konvensiyanı və ona əlavə edilmiş Fakültətiv Protokolu ratifikasiya etmişdir.

Konvensiyanın əsas məqsədi “əlil insanlara insan hüquqlarından və əsas azadlıqlarından tam və bərabər imkanlarla yararlanmalarına təkan vermək, bunu müdafiə və təmin etmək, habelə onların ləyaqətinə hörmətlə yanaşılmasını dəstəkləmək”dir.Konvensiya əlillərin ictimaiyyət tərəfindən qəbul edilməsində mühüm irəliləyişi nəzərdə tutur, belə ki, hər bir şəxs öz həyatında mühüm qərarlar qəbul etməkdə yeganə məsul insandır. Əlillik-cəmiyyət tərəfindən yaradılan problemdir. Konvensiya, əsas diqqəti maddi rifahdan, əlillərin fərd kimi ictimai həyatda iştirakı, səhiyyə, təhsil, məşğulluq və inkişaf mənbələrindən istifadəsini məhdudlaşdıran bərabərlik və sosial baryerlərin müəyyənləşdirilməsi probleminə yönəldir. Konvensiyanı ratifikasiya edən ölkələr əlillərə təkcə zərər çəkmiş ictimai azlıq kimi yox, dəqiq müəyyənləşdirilmiş hüquqlara malik olan hüquq subyektləri kimi davranmağa hüquqi məsuliyyət daşıyırlar. Bu ölkələr, eyni zamanda, yerli qanunvericiliyi müqavilədə nəzərdə tutulan beynəlxalq standartlar ilə uyğunlaşdırmaq üçün öhdəlik daşıyırlar.

Ümumtəhsil sistemi bütün uşaqları əhatə etməli və bütün uşaqların bərabər imkanlara malik olmasını təmin etməli və hər birinin fərdi nailiyyətlərinə dəstək verməlidir. Təhsildə inklüziv yanaşma bu məqsədlərə xidmət edir. Sistem şəklində təmin olunan şərait və təlim vəsaitləri müxtəlif qabiliyyətləri olan uşaqlar üçün əlverişli təlim mühitinin olmasını vurğulayır. Ümumtəhsil sistemində inklüzivlik anlayışı hansısa qrup uşaqları ümumtəhsil məktəblərinə daxil etmək yox, məhz sistemin özünün geniş spektrli qabiliyyətlərə malik olan və təlimdə xüsusi ehtiyacları olan uşaqları əhatə etmək imkanlarının yaradılmasına üstünlük vermək deməkdir. Bu da qanunvericiliyi, maaliyyə təminatını, məktəblərdə xüsusi xidmətlərin və zəruri infrastrukrurun olmasını, müəllimlərin müvafiq hazırlıqlarını, dərslərin və hər bir uşağın fərdi ehtiyaclarına görə planlaşdırılmasını və aparılmasını, müxtəlif çeşidlitəlim metodları və strategiyalarınınəzərdə tutur. Bu gün dünyanın bir çox ölkələrinin təhsil sistemlərinin inkişafıməhz inklüziv yanaşma ilə xarakterizə olunur. Azərbaycanda inklüziv təhsilin inkişafı 2004-cü ildən başlayır və ilk təcrübə məhz xüsusi qayğıya ehtiyacı olan uşaqları Bakı və Sumqayıt şəhərlərinin bir sıra seçilmiş ümumtəhsil və məktəb və məktəbəqədər müəssisələrinə cəlb etməkdən ibarət olmuşdur. Cəlb olunmuş uşaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlar adlandırılmışdır. Həmin termin ingilis dili ədəbiyyatından bizim dilimizə tərcümə olunmuşdur. Xüsusi təhsil ehtiyaclar termini tədris prosesində üzə çıxa biləcək çətinlikləri şagirdin hansısa spesifik sağlamlıq problemi ilə əlaqələndirmir. Həmin konsepsiyanı belə bir sxem ilə göstərmək olar:



Yüklə 173,18 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin