İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz


Z.Freydin psixoloji apparat nəzəriyyəsinin məzmunu



Yüklə 205,09 Kb.
səhifə22/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   18   19   20   21   22   23   24   25   ...   112
Z.Freydin psixoloji apparat nəzəriyyəsinin məzmunu.

Bu problemin işlənməsində fəlsəfi antropologiyada bütöv bir istiqamət yaradan Z.Freyd olmuşdur. O, təhtəlşüuru insanın mövcudluğunun mühüm amili, şüura qarşı dura bilən qüdrətli bir qüvvə kimi təqdim etmişdir. Onun konsepsiyasına görə insanın psixikası üç təbəqədən ibarətdir. Üçüncü təbəqə hesab etdiyi şüurün hüdudlarından kənardadır. Öz həcminə görə o, aysberqin su altında qalan hissəsi ilə müqayisə edilə bilər. Orada müxtəlif, hər şeydən əvvəl, seksual xarakterli bioloji ehtiras, meyl və şüurdan çıxarılmış ideyalar cəmlənmişdir. Sonra şüurluğun nisbətən böyük olmayan hissəsi– insanın «Mən»i (Ego) gəlir. İnsan ruhunun yüksək təbəqəsi «Fövqəl– Mən» («Super– Mən») gəlir. Bu, cəmiyyətin ideal və normalarıdır, borc və əxlaqi senzuradır. Freydə görə, şəxsiyyət bəşəri «Mən», daim dərk edilməmiş mühakimə olunan güclü təbəqə dediyimizlə «Fövqəl– Mən» əxlaqi– mədəni senzurası arasında mübarizədir.Beləliklə, aydın olur ki, xüsusi «Mən– insanın şüuru» öz şəxsi evində sahib deyildir. Əslində ən qüdrətli üçüncü təbəqə, tamamilə zövq və ləzzət prinsipinə tabe olaraq insanın fikir, hiss və əməllərinə həlledici təsir göstərir. İnsan, hər şeydən əvvəl, seksual cəhd və seksual enerji (libido) ilə hərəkət edən və idarə olunan varlıqdır.

Təhtəlşüur haqqında Freyd təlimi psixoanalizin elə müddəalarına əsaslanmışdır ki, burada psixoloji narahatlıqlar, zədələr, affektlər, arzuların həyata keçməməsi və s.– nin insanı ömrü boyu izləməsi göstərilir. Bunlar özünü nevroz formasında təzahür etdirir.



Freydə görə, ona qədərki fəlsəfənin ən böyük günahı o idi ki, təhtəlşüur problemi onun tədqiqat predmeti olmamışdır. Tədqiqat predmeti əql, şüur olmuşdur. Doğrudur, Freyd etiraf edirdi ki, şüurun öyrənilməsi vacib şərtdir. Əslində şüur dünyada insanın oriyentasiya götürməsinə imkan verir, özünün «Mən»– ni (ego) formalaşdırmağa şərait yaradır. 

«Kütlə psixologiyası və insan «mən»inin analizi» əsərində isə Freyd sosial əlaqələrin təbiətindən söz açır. Kütlə psixologiyasının spesifik cəhətini onun qeyri– şüuru, təhtəlşüur olaraq lider və başçıya pərəstiş etməsində görür. «Moisey və monoteizm» əsərində dinə qarşı çıxış edərək iki əks qüvvənin– həyatla ölümün əbədi mübarizəsinin psixoloji əsaslarını şərh edir. 
Freyddə insanın mövcudluğunun dramatizmi o vaxt güclənir ki, təhtəlşüur həvəsləri, istəkləri içərisində anadangəlmə dağıtmağa meyilli qüvvələr fəaliyyətə başlayır. Burada «həyat instinkti»nə qarşı «ölüm instinkti» durur. İnsanın daxili aləmi bu iki qüvvənin meydanına çevrilir. Nəticədə Eros və Tanatos iki qüdrətli qüvvələr kimi insanın davranışını müəyyən edirlər.
Beləliklə, Freydin təsvir etdiyi insan bioloji istəklərlə, şüurlu sosial normalarla, zidiyyətlərlə birlikdə toxunulmuşdur (düzəlmişdir). Nəticədə bioloji təhtəlşüur Freyddə həlledici olur. Freydə gorə, insan hər şeydən əvvəl erotik varlıq olub şüuraltı instinktlərlə idarə olunur.


  1. Yüklə 205,09 Kb.

    Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin