İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz


З. Фрейд. Психология бессознательного. М., 1989



Yüklə 205,09 Kb.
səhifə21/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   17   18   19   20   21   22   23   24   ...   112
З. Фрейд. Психология бессознательного. М., 1989.

  • К.Г. Юнг. Сознание и бессознательное. С.-Петербург. 1997.

  • Э.Фромм. Бегство и свободы. М., 1998.




    1. Müasir psixologiyada şüur, şüuraltı və şüursuzluq problemi.

    Biolojilik və sosiallıq məsələsi ilə fəlsəfi antropologiyada təhtəlşüur (şüuraltı) və şüurluluq problemi də sıx əlaqədardır. Təhtəlşüur və şüurluluq insanın mövcudluğunun psixik və bioloji tərəflərini əks etdirir. 

    Uzun illər ərzində fəlsəfədə antropoloji rasionalizm prinsipi hökm sürmüşdür. Yəni insan, onun davranışının motivləri və var­lığının özü ancaq şüurlu həyatın təzahürü kimi araşdırılmışdır. Bu baxış özünün parlaq təcəssümünü məşhur kartezian tezisində «co­gito ergo sum» («düşünürəm, deməli mövcudam») tapmışdır. Həmin planda insan da yalnız «ağıllı insan»kimi çıxış etmişdir. Lakin yeni dövrdən başlayaraq fəlsəfi antropologiyada getdikcə daha çox təh­təlşüur problemi diqqət mərkəzinə keçir. Leybnits, Kant, Kyer­ke­qor, Hartman, Şopenhauer, Nitşe kimi müəlliflər müxtəlif tərəf və mövqelərdən hələ dərk etməyən insanın, psixik proseslərin rol və əhəmiyyətini təhlil etməyə başlamışdır.

    Şüur psixikanın insana məxsus olan ən ali formasıdır Psixika gerçəkliyin beyində inikası kimi müxtəlif səviyyələrlə xarakterizə olunur. Burada şüur ən yüksək zirvədir. Şüur psixikanın ali birləşdirici formasıdır, insanların əmək fəaliyyətində, başqa adamlarla daimi ünsiyyətində formalaşır və ictimaitarixi şəraitin məhsulu və amilidir. Şüurun psixoloji strukturu, ən mühüm xarakteristikası onun da psixika kimi beynin özü də insan beyninin xassəsi olması ilə bağlıdır. K.Marks “Kapital” əsərində şüurun ən mühüm xüsusiyyətlərini obrazlı şəkildə belə səciyəlləndirmişdir: “hörümkəç toxucunun əməyini xatırladan bir əməliyyat icra edir, bal arısı da ondan şan qayırması ilə bəzi memarları utandırır. Lakin ən pis memar da ən yaxşı bal arısından lap əvvəldən bununla fərqlənir ki memar hələ mumdan şan qayırmazdan əvvəl bunu öz beynində qayırıb hazırlayır”. K.Marks yazırdı ki, şüur lap əvvəldən ictimai məhsuldur və nə qədər ki, insanlar mövcuddur, ictimai məhsul olaraq qalacaqdır.

    Fəlsəfə ictimai şüurun, psixolojiya fərdi şüurun xüsusiyyətlərini öyrənir. (sosial psixolojiya isə ictimai şüurun bəzi məsələlərini tədqiq edir). İctimai şüur dedikdə bütövlükdə müəyyən cəmiyyət üçün və ya müəyyən sosial qrup üçün səciyyəvi olan baxışlar, ideyalar nəzərdə tutulur. İctimai şüurun müxtəlif formaları (ictimai-siyasi hüquqi baxışlar, din, fəlsəfə, əxlaq, incəsənət) bağlıdır. Cəmiyyəti təşkil edən insanlar olmadan cəmiyyət mövcud ola bilmədiyi kimi fərdlərin şüuru olmadanda ictimai şüur mövcud ola bilməz. Fərdin şüuru makro və mikro sosial mühitin,həmkinin ailənin, dostların, şəxsi həyat şəraitinin, tərbiyənin və s. təsiri altında formalaşır.

    İnsanın şüura malik olması onun psixikasını bir sıra səciyyəvi xüsusiyyətlərlə şərtlənməsinə zəmin yaradır.

    1. İnsan dərk olunmuş zərurətə uyğun hərəkət etməyə qadirdir;

    2. İnsan alət yaratmağa və onu mühafizə etməyə qadirdir;

    3. İnsan ictimai təcrübəni başqalarına çatdırmağa qadirdi;

    4. İnsanların hissləri əsasən ali səciyyə daşıyır;

    5. Heyvan psixikası bioloji təkamül qanunlarına, insan psixikası isə ictimai təkamül qanunlarına tabedir.

    Şüurun konkret psixoloji xarakteristikasında onun 4 əsas cəhəti ifadə olunmuşdur:

    1. Şüur biliklər mənbəyidir;

    2. Şüur məqsədyönlü fəaliyyətin təşkilatçısı və təminatçısıdır;

    3. Şüur “mən”i, “qeyri-mən”dən fərqləndirmək vasitəsidir;

    4. Şüur münasibəti ifadə etmək vasitəsidir.

    Şüurun strukturunda mənlik şüuru mühüm yer tutur. Mənlik şüuru insanın özünün özü haqqında biliklərini əks etdirir.

    Şüurun aşağı səviyyəsi şüuraltı və ya təhtəlşüur adlanır. Şüursuzluq dedikdə isə, insanın yuxuda olduğu zaman baş verən psixi hadisələr (röya) duyulmayan, lakin impulsiv cavab, reaksiyası doğuran vəziyyət və təhriklər aiddir. Şüursuz hadisələrə xəstə adamın psixikasında nəzərə çarpan bəzi hallar - sayıqlama, hallyusinasiya (qarabasma) və s. daxildir. Şüursuzluqla heyvan psixikasını heç də eyniləşdirmək olmaz. Şüursuzluq da insana məxsus psixi təzahürdür. O, tam yox, qismən, natamam, patoloji inikasıdır.



    1. Yüklə 205,09 Kb.

      Dostları ilə paylaş:
  • 1   ...   17   18   19   20   21   22   23   24   ...   112




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin