İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz


Mənlik şüuru və özünüdərk: səviyyələri və sturukturu



Yüklə 205,09 Kb.
səhifə29/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   25   26   27   28   29   30   31   32   ...   112
Mənlik şüuru və özünüdərk: səviyyələri və sturukturu.

Mənlik şüuru insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi prosesidir, 2 termindən – «mənlik” və “şüur” sözlərindən ibarətdir. Mənlik şüuru insanın özünün tələbat və qabiliyyətlərinə, fikir və hisslərinə, davranış və fəaliyyət motivlərinə şüurlu münasibəti nəzərdə tutulur. Onun əsas əlamətləri—insanın özünü bütün ətraf aləmdən yəni«mənini», «qeyri-məndən»ayırır, özünün fiziki, psixi, mənəvi keyfiyyətlərini qiymətləndirir və dərk edir, psixi həyatının bütün cəhətlərinə şüurlu münasibət bəsləməyə başlayır.

Mənlik şüurunun strukturunda aşağıdakı 3cəhət xüsuslə fərqləndirilir:

1) Mən obraz—insanın özü haqqında təsəvvürləri (buna psixoloji avtoportret də deyilir)

2) Özünüqiymətləndirmə--insanın özü haqqındakı təsəvvürlərinin adekvat surətdə qiymətləndirilməsi.

3) Potensial davranış reaksiyaları—insanın “mən”obraz və özünə verdiyi qiymətlərin onun davranış və rəftarında təzahür etməsi.

Mən obrazın əsasını insanın özü haqqında bilikləri təşkil edir. Lakin bu biliklər insan üçün heçdə adi xarakter daşımır. Onlar insanın özünə münasibətini ifadə edir. Mən obrazın psixoloji baxımdan əhəmiyyəti də məhz bundan ibarətdir. Mən obraz mürəkkəb hadisədir. İnsanda eyni vaxtda 4 Mən obraz -- fiziki mən, real mən, ideal mən, sosial mən mövcuddur.

Fiziki mən—insanın fiziki məziyyətlərini əks etdirir və sosial psixoloji avtoportretin əsas komponenti kimi cinsi identifikasiyanın əsasını təşkil edir. Onun formalaşması bədənin sxemi haqqında təsəvvürlərin əm.gəlməsi ilə bilavasitə bağlıdır.

Real mən—insan indiki anda özünü necə təsəvvür edir. Özünün qabiliyyətlərini, rollarını, statusunu necə qavrayır. O əslində necə adamdır? Bu zaman insan özünə öz gözüylə baxır. O özünün real məni ilə fəxr edə bilər. insanın özü haqqındakı bu obrazı başqa adamlardan gizlətməsi də mümkündür. Bəzi hallarda real mən ətrafdakıların insana verdikləri qiymətlərə uyğun gəlmir.

Ideal mən—insanın özü haqqında idealları ilə bağlıdır. Insan öz ideal mənini həyata keçirmək üçün yollar axtarır və bu sahədə böyük səy göstərir. İnsan özünütərbiyə ilə məşğul olarkən adətən özünün ideal mənindən iştirak edir.

Sosial mən—insan həmişə özünə başqalarının gözüylə baxır. İnsanların qarşılıqlı sosial təsiri prosesində “Sosial mənin”əhəmiyyətidə məhz bundadır. İnsan başqa adamlarla ünsiyyətə girərkən adətən özünün sosial mənindən çıxış edir.O özünü başqa adamlara yaxşı tərəfdən göstərməyə çalışır, psixoloji maskalardan ist.edir.

Psixoloji planda “real”, “ideal”, “sosial” mən birlikdə mövcuddur. Onlar bir-birini tamamlayır. Lakin bəzən real, ideal, sosial mənlər arasında köklü ziddiyyətlər mövcud olur. Əgər real mən, ideal mənə uyğun gəlmirsə, sosial mən real məni gizlətməyə meyil edirsə insanın özü haqqında təsəvvürlərində çətinliklər meydana çıxır. Belə hallarda insan adətən refleksiya yolu ilə bu uyğunsuzluqları təhlil edir, ümumi məxrəc taparaq ziddiyyətləri aradan qaldırır.

Özünüqiymətləndirmə mürəkkəb prosesdir.O özünü müşahidə və özünü təhlil yolu ilə formalaşır, bu zaman insan özünə adətən başqa adamların gözü ilə baxır və özünü onlarla müqayisə edir. Özünüqiymətləndirmə zamanı qiymətin müxtəlif növlərindən--əxlaqi, estetik, intellektual, emosional qiymətlərdən istifadə olunur. Özünüqiymətləndirmədə özünütərbiyənin səviyyəsi, insanın özünə tənqidi yanaşıb-yanaşmamasından, özünə qarşı tələbkar olub-olmamasından bilavasitə asılıdır, yəni öz gözündə tiri görmür, başqasında tükü seçir. Özünüqiymətləndirmənin 3səviyyəsi vardır:

1) Adekvat özünüqiymətləndirmə,

2) Qeyri-adekvat yuxarı qiymətlər,

3) Qeyri-adekvat aşağı qiymətlər.

Iddia səviyyəsini 1890-cı ildə U.Ceyms aşağıdakı düsturla belə ifadə etmişdir.

Özünüqiymətləndirmə== müvəffəqiyyət\ iddia

İddia səviyyəsi şəxsiyyət üçün əhəmiyyətli olan obyektlər içərisində hansı məqsədləri –çətin və ya asan məqsədləri seçməsi ilə müəyyən olunur. Belə bir atalar sözü var: “Aşağını bəyənmir, yuxarıda yeri yoxdur”. İddia ilə yanaşı gözləmə səviyyəsi də mövcuddur və qarşılıqlı əlaqədədir. ”Gözləmə səviyyəsi” insanın əldə etmək istədiyi nəticə (məqsəd) ilə müəyyən olunur. İddia səviyyəsi insanın əldə etdiyi nəticəyə münasibətində ifadə olunur. O əldə etdiyi nəticəni bəyənir, yaxud bəyənmir. İnsanın iddia səviyyəsinin yüksək və ya aşağı olması, bir tərəfdən onun özü haqqındakı təsəvvürlərində, digər tərəfdən isə başqa adamlara münasibətində əks olunur. Bir halda o, "babam mənə kor dedi, gedib-gələni vur dedi" mövqeyində dayanır, başqa bir halda isə “yetənə yetir, yetməyənə bir daş atır"; başqa bir halda isə özünü dilsiz-ağızsız aparır. Bu zaman tərbiyə yolu ilə onların iddia səviyyəsini dəyişmək zərurəti meydana çıxır. Hər bir konkret halda iddia səviyyəsini şərtləndirən amilləri psixoloji səriştə ilə təhlil etmək və onları aradan qaldırmaq üçün təsirli tədbirlər müəyyən etmək lazımdır.

İnsanın öz müvəffəqiyyətinə düzgün münasibət bəsləməsi psixoloji baxımdan xüsusilə mühüm əhəmiyyət kəsb edir. İnsan özünün istər təlim, istərsə də əmək fəaliyyətində heç bir çətinlikdən qorxmamalı, onları mətanətlə aradan qaldırmalı və başladığı işi müvəffəqiyyətlə başa çatdırmalıdır.Tərbiyə işi də şəxsiyyəti məhz buna yönəltməlidir. Lakin bununla belə, qeyd etmək lazımdır insanın əldə etdiyi müvəffəqiyyət onun özünə verdiyi qiymətləri mexaniki şəkildə müəyyən etmir. İddia səviyyəsinin süni surətdə artması ( belə hallarda adətən deyirlər ki, filankəs qudurub, gözünü qan örtüb ) yolu ilə deyil, onun tənzim edilməsi, optimallaşdırılması yolu ilə əldə edilir. Biz tərbiyə prosesində məhz bu cəhətə xüsusi diqqət yetiririk. Çox maraqlıdır ki, insan özü də müx. həyati situasiyalarda iddia səviyyəsini spesifik yollarla optimallaşdırır və bu məqsədlə psixoloji müdafiənin formalarından istifadə edir.

Özünüdərk – qeyri-adi idrak formasıdır. Onun nəticəsində cəmiyyətin fərd üzərindəki nəzarəti və fərdin cəmiyyət qarşısındakı məsuliyyəti fərdin özünün özü üzərindəki nəzarətə çevrilir, başqa sözlə, sosial nəzarətin bütün növləri özünənəzarətdə cəmləşir. Özünüdərkin əsasında özünühissetmə, özünüanlama və özünüifadə dayanır. Özünüdərk insanın özünün özü tərəfindən maarifləndirilməsi – öz varlığının özq üçün işıqlandırılmasıdır.

Özünüdərk yalnız insanın mahiyyətli qüvvələri üzərində deyil, təbiət qüvvələri üzərində də insanın hegemonluğunu təmin etmək elmi kimi dəyərləndirilə bilər. Bundan əlavə, cəmiyyətin özünü dərk etmək, onun mövcudluğu və iradəsi üçün özünüdərk çox mühüm əhəmiyyət daşıyır. Söhbət fərdin dərki, onun şəxs kimi özü və qeyri-Mən üzərində hökmüranlığından gedərkən bu elmin dəyəri ölçüyəgəlməzdir.

Həm Şərqdə həmdə Qərbdə intelektuallar özünüdərkin vacibliyini qeyd etmiş və sübut etməyə çalışmışlar ki, ümumbəşəri xoşbəxtlik özünüdərkdən keçir. Onlar hesab etmişlər ki, özünü dərk etməyən adam kordur. A.Bakıxanov, məsələn, deyir ki, “ gözlü o adamdır ki, özünü görə bilir ”. Lakin problem problem olaraq qalır, bizim zəmanədə isə o, daha da aktuallaşmışdır. Çünki insan artıq qəbul etmişdir ki, onun üçün ən ciddi təhlükə elə onun özündən gəlir.

Özünüdərk – idrakın ali formasıdır. Bu idrak forması ona görə ali hesab edilir ki, onun qarşısına qoyduğu missiyanın həyata keçirilməsi idrakın başqa formalarına nisbətən çətin mürəkkəbdir. İdrakın başqa formalarında obyekt və subyekt qarşı-qarşıya durur, özünüdərk prosesində subyekt obyektin həqiqətini deyil, özünün həqiqətini dərk etməyə çalışır. Bu prosesdə zaman, məkan, obyekt və subyekt vəhdət şəklində çıxış etməli olur.Bütün idrak vasitələri təbiətən kənara, obyektə istiqamətlənmişlər, özünüdərk prosesində həmin vasitələr əks istiqamət götürür – insanın özünə yönəlir.

Şüurun inkişaf səviyyəsi müəyyən mərhələyə çatdıqda özünü dərk etmək – öz Mənini qeyri-məndən fərqləndirmək aktuallaşdı. Və zaman “Özün özünü dərk et!” devizini irəli sürdü. Lakin insan şüuru belə bir problemi həll etmək tələbinədək uzun və dolanbac yol keçməli oldu.

E.Fromm yazırdı ki, “müasir insan illuziyalar və özünüaldatma aləmində yaşayır, o elə bilir ki, güya, nə etdiyini və nəyə cəhd etdiyini bilir”.”Həyatı şahmat oyununa bənzədənlər haqlıdırlar, lakin hamıya bir fakt da gün kimi aydındır ki, heç də hamı şahmat üzrə dünya çempionu səviyyəsinə yüksələ bilmir. Bu o deməkdir ki. Heç də hər kəs həyatın sirlərinə baş vura bilməz”.

Özünüdərk elə bir refleksiyadır ki, o, subyektə öz varlığından yüksəyə qalxmağa, təəşşüqlərinə, ehtiraslarına və instiklərinə, lazım gəldikdə özünə qalib gəlməyə imkan verir.

Özünüdərkin nəticəsi – özünüittiham və özünümühakimədir ki, buda ən çətin məsələdir. Göründüyü kimi, özünüdərk nəticəsi ilə daha dəhşətli, özünüifşaedici və əzablıdır. Buda hələ işin hamısı demək deyil; əsas məsələ özünüdərkin nəticəsində əldə edilən bilik əsasında özünü yenidən qurmaqda – özünüinqilabiləşdirmədə, saflaşmada, dünya ilə özü arasında harmoniyanın əldə edilməsində, öz həyatını və fəaliyyətini ağıl və gözəllik qanunları əsasında qurmaqdadır.

Özünüdərk üçün müxtəlif metodlardan istifadə edilə bilər. Lakin onların içərsində ən məhsuldarı kimi müqayisə və müşahidəni göstərmək olar.

Özünü dərk etmək üçün birinci növbədə psixoloji barieri aradan qaldırmaq – şüuru intensionallıqdan interiorizasiyaya istiqamətləndirməyə girişmək lazımdır; insan bilməlidir ki, özünü öyrənmək obyektləri öyrənməkdən onun üçün daha həyati və zəruridir, halbuki müasir dövrdə “gerçəklikdə biz özümüzü əsla bilmirik”.

Özünü dərk etmək – öz varlığından zahiri və təsadüfü şeyləri kənar etməyi tələb edir. İnsan çox vaxt bunu bacarmır; hanı bilir ki, siqaret zərərli şeydir, lakin heç də hamı bu zərərli şeydən xilas ola bilmir. Bu mənada “özünüdərk – özünüreallaşdırmanın ilkin şərtlərindəndir”. Özünüreallaşdırma sözündən işə keçərkən çətin bir hala gəlir; heç kim özünün ruhi cəhətdən mürdar, hətta fiziki cəhətdən eybəcər olduğunu etiraf etmək istəmir. Digər tərəfdən, özünüdərkin predmeti oqədər genişdir ki, onu intellektin əhatə dairəsinə salmaq heç də asan məsələ olmur. O.Kont deyirdi ki, “özünü dərk etmək – tarixi dərk etmək deməkdir”.

Özünüdərk insanın özü qədər mürəkkəb struktura malikdir; onun ontoloji, qnoseoloji, etik, estetik, aksioloji, tarixi, sosioloji, psixoloji, tibbi və s. kimi aspektlərindən danışmaq olar. Və bu aspektlərin hər biri özlüyündə xüsusi tədqiqata laiq sahələrdir. Pisixoloqlardan Uspenski, Çirçuyev və b. inanırdılar ki, özünüdərk insanların iztirablarını xeyli azalda bilər. Bunu bəzən “yeni ilahilik” axtarışı ilə əlaqələndirilir; ingilis psixoloqu K.Evans yazır ki, özünüdərk məsələləri ilə əlaqədar Şərqin buddizm, induizm, daosizm, konfusiyaşılıq, sufizm və s. kimi təlimlərinə maraq xeyli artmışdır. Qellap inustutunun məlumatına görə, Amerika əhalisinin 12%-i "yeni əsrin dinini" axtarır. Özünüdərkin tədqiqi üçün müxtəlif metodlardan istifadə olunur; onlarin içərisində daha cox diqqəti cəlb edən ekzistensializm, humanistik psixologiya ve linqvistik analizdir (Vitgenşteyin son fəlsəfəsinin timsalında).

Özünüdərk xalis rasional fəaliyyətin nəticəsi - sırf reflektiv şüurdur. Lakin bu cür introspektiv şüur ancaq xaricdən törəmə, onunla təmasin nəticəsi kimi mövcud ola bilər. Bu mənada daxili xarakterli özünüdərk ancaq xaricinin inikasi kimi oz ontoloji mənasını kəsb edir. Mehz bu cəhəti nəzərdə tutan S.Rubinşteyn özünüdərkə "törəmə" kimi baxırdı. Bu da təbiidir, cünki özünüdərk, onun istiqamətləndiyi Mən verilmir, o öz ontoloji bazasını xarici aləmlə münasibətdə əldə edir.




  1. Yüklə 205,09 Kb.

    Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin