İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz



Yüklə 205,09 Kb.
səhifə27/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   23   24   25   26   27   28   29   30   ...   112
Mentalitet anlayışının mahiyyəti.

İnsanın mövcudluq üsulunun və xarakterinin dəyişməsi cəmiyyətin dəyişməsi ilə əlaqələndirilir. Burada insanın mövcudluğunun əsas prinsipi «malik olmaq» deyil, «olmaq» yaxud «olum» dur. Beləliklə, təhtəlşüur pobleminin işlənməsinə yeni– yeni əlavələr edilməsi fərdi və ictimai şüurun sturukturunun tənqidində insan psixologiyasının sahəsini şüurluluq və təhtəlşüur dairələri ilə məhdudlaşdırmışdır. Bununla əlaqədar hazırda geniş yayılmış mentalitet (mentallıq) anlayışına diqqət yetirmək vacibdir. Mentalitet- mens - latınca - ağıl, təfəkkür, fikir obrazı ruhi vəziyyət, fikirlərin, əqi­dələrin, ruhi vərdişlərin nisbətən bütöv məcmuudur. Bunun sa­yə­sində dünyanın mənzərəsi yaranır və mədəni ənənələri, yaxud da ictimai birlikləri möhkəmləndirir. Mentalitet kollektiv şüurun işini səciyyələndirir. Bu mənada o təfəkkürün spesifik tipi kimi başa düşülür. Lakin belə bir şübhə doğurur ki, insanın sosial davranışı fasiləsiz analitik fəaliyyətindən qətiyyən yaranmır. Ümumiyyətlə, konkret fərdin bu və ya digər dərəcədə onun əvvəlki sosial təcrübəsi, maraqları, sağlam düşüncəsi təsir edə bilər. Deməli, mentalitet insanlarda onların təbiətindən və sosial cəhətdən şərtlənmiş kom­po­nentlərindən doğan ən ümumi olandır ki, bu da öz növbəsində insanın həyatı və dünya haqqında təsəvvürlərini aşkar edir. İnsan­ları əhatə edənlərin dərk edilməsi, fikir sxemləri, obraz kompleksləri mentalitetdə öz mədəni təzahürünü tapır. Mentaliteti ictimai əhvali-ruhiyyədən dəyər oriyentasiyalardan və fenomen kimi ideologi­ya­dan fərqləndirmək lazımdır. O vərdişləri meyl, həvəs, kollektiv emosional şablonları ifadə edir. İctimai əhvali-ruhiyyə dəyişkəndir, qeyri-müəyyəndir, mentalitet isə daha sabit xarakterlə seçilir. Mentalitet dəyər oriyentasiyalarını özünə daxil edir, lakin onunla da tükənmir. Dəyərlər dərk ediləndir, onlar həyati ustanovkaları, müqəddəslərin müstəqil seçimini ifadə edir. Lakin mentalitet eyni zamanda psixikanın şüursuz layı ilə əlaqədar olandır. Bu mənada o heç də həmişə onun daşıyıcıları ilə artikulyasiya əmələ gətirmir. Daha tez-tez mentalitet digər mentalitetlərə müqayisə yolu ilə təd­qiqatçılar tərəfindən rekonsturksiya olunur. Təhtəlşüuru ələ keçirən mentalitet insanların həyati və praktiki ustanovkasını, dünyanın sabit obrazlarını mövcud birliyə və mədəni ənənələrə xas olan emosional üstünlüyü ifadə edir.

E.Fromm «Azadlıqdan qaçış» (1941) əsərində «sosial xarakter» anlayışını elmi dövriyyəyə gətirmişdir. Filosofun sözlərinə görə bu anlayış ictimai proseslərin başa düşülməsi üçün açar rolunu oynayır. analitik psioxologiyada xarakter-insan enerjisinin spesifik forması kimi müəyyən cəmiyyət həyatın konkret obrazlarına uyğun insan tələbatlarını adaptasiya prosesində yaranır. Mentalitetin tarixinin predmeti ictimai dünya anlamını və dünya hiss etməsini verən dövranın ifadə və s. üsullarının rekonstruksiyasıdır. Təsəvvürlər və obrazlar, miflər və dəyərlər, özü də ayrı-ayrı qrup və cəmiyyətlər tərəfindən qəbul edilənlər bütövlükdə kollektiv psixologiya üçün materiallar verir və bu cür tədqiqatların əsas elementlərini yaradır. Tarixi psixologiya bu günə qədər ləng inkişaf etmişdir. Bu sahədə yol açan görkəmli işlərdən birinciləri ilk dəfə Fransada «Annallar məktəbinin əsasını qoyanlar tərəfindən nəşr olunmuşdur. M.Blokun «Möcüzə yaradan-kralları» L.Fevrin «Etiqadsızlıq problemləri», 1938-1941-ci ilin proq­ram məqalələri, yeni nəslin nümayəndələri, J.le Qoff, R.Mand­ru, J.Dyubi və digər tarixçilər, mədəniyyətşünaslar Y.Xöyzinq, J.P.Vernan, P.Frankestel, E.Panovski müxtəlif epoxaların mentali­tet­lərini yaratmağa cəhd etmişlər. Strukturalistlər primitiv men­talitet konsepsiyasına tənqidi surətdə yaşamışlar. Bununla bərabər onlar yeni tədqiqat metodları arsenalını zənginləşdirmişlər. Posts­trukturalist variantda irəli sürülmüş «epitemlər» anlayışı Freydin mentalitet anlayışına yaxınlaşırdı. Freyd «şəxsiyyətin formalaş­masına təsir edən arxaik irsə» müraciətində fərdlərin sosioloji intel­lektual və yaxud mənəvi tərbiyənin rolunu yüksək qiymətləndirirdi. Mentalitet tarixi ən ümumi tarixin daha geniş planına daxildir və cəmiyyətdə insanların həyatını formalaşdıran mədəni aspektin iqtisadi aspektdən az rol oynamağını göstərir.





Yüklə 205,09 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin