Yuxugörmənin qanunauyğunluqları.
Ədəbiyyat.
İsmayılov F.Q. Klassikpsixoanalizinəsasları.Seçilmiş əsərləri. IVcild.Bakı, 2011.
İsmayılov F.Q. Ziqmund Freyd. Bakı, 1994.
İsmayılov N.V İsmayılov F.N. Tibbipsixologiyavəpsixoterapiya. Bakı, 2008.
İsmayılov N.V.Psixiatriya. Bakı, 1998.
Psixologiya. Prof.S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə. Bakı, 2007.
З. Фрейд. Психология бессознательного. М., 1989.
З. Фрейд. Толкование сновидений. Минск.2000.
Z.Freydin “yuxu – nümunə”si və “Yuxugörmənin yozulması” əsəri.
Psixoanaliz, izah edirdi Freyd, - məhz yuxu görmə problemi üzərində qurulur; yuxugörmənin tədqiqi –“ nervozların tədqiqinə hazırlıqdır”. O, yuxugörmənin yozulmasını psixoanalizin ən böyük nəaliyyəti hesab edirdi. O, bu problemə özünün ən fundamental və həcmcə ən böyük əsəri olan “Yuxugörmənin yozulması” (1900) kitabını həst etmişdir. “Yuxugörmənin yozulması ruhi həyatda bişüurun dərkinə aparan şahanə yoldur”.
Z.Freydin sistemi üçün yuxugörmə məhəg daşı hesab edilir. Yuxu və onun yozulması sahəsindəki uğurlar olmasaydı, ola bilsin ki, korifey öz istəyinə nail ola bilməzdi. Onu da qeyd etmək lazımdır ki, yuxu psixatriyanın ən mühim vasitələrindən biridir. İsterik xəstələrin müalicəsində, hipnotizmdə, psixoanalitik praktikada yuxudan çox geniş surətdə istifadə edilmişdir. Feyd də bir psixatr kimi fəaliyyətinin ilk günlərində yuxu problemi ilə məşğul olmuşdur.
Lakin yuxugörmənin Freyd əsas kəşfi – bişüurla əlaqıdar olması məsələsi bir təsadüflə bağlıdır. 1895-ci ilin 24iyulunda “Belvyu” pansionatında Freyd bir yuxu görmüşdü ; o, bu yuxunu “yuxu-nümunə” adlandırırdı. Yuxuya Freyd müstəsna önəm verirdi. Onun məzmunu belədir, böyük zaldır, Freyd qonaqları qəbul edir, onların arasında onun “İrma” şərti adı altında vaxtilə müalicə etdiyi Ema Ekşteyn də vardır. Feyd bu xəstəyə baxarkən onun boğazında müəmmalı yaralar olduğunu müəyyən edir; o, qonaqların içərsində olan həkimlərlə konsilium etdikdən sonra belə qərara gəlir ki, çirkli spirtlə inyeksiyanın nəticəsidir. Bu yuxu Freydin fəaliyyətində dönüş nöqtəsi hesab edilir. Doğrudan da, bir qədər əvvəl o, həmin xəstəni müayinə etmiş və onu dostu Flisin yanına göndərmişdi; Flis də onun burnunda əməliyyat aparmış, qadın isə Vyanaya qayıdandan sonra az qalmışdı qanaxmadan ölə. Freyd bu işdə özünü təqsirkar hesab edirdi və bu da, görünür, onun həmin gecə gördüyü yuxunun motivi kimi çıxış etmişdir.
Bu yuxu Freydin, elə bil ki, yuxudan oyanmasına – yeni kəşflər etməsinə bir təkan verdi. Freyd 1900-cü ildə Flisə məktubunda yazırdı: Zaman gələcək, bu evin divarlarının üstə aşağıdakı sözlər həkk olunmuş lövhə vurulacaqdır: “1895-ci ilin 24 iyununda bu evdə d-r Ziqmund Freydə yuxuların şüuru açılmışdır”.* Bu yuxudan sonra Freyd belə bir əqidəyə gəlmişdir ki, yuxunun məzmunu – arzunun gerçəkləşməsi, motivi – arzunun özüdür. Bu yuxudan sonra o, müəyyən etmişdir ki, gələcəklə deyil keçmişlə əlaqədar təcrübənin nəticəsidir; yuxular – mənasız versiyalar deyil. Onların arxasında fərdin böyük arzuları yatır. İnsanın arzuları reallaşmaq üçün fürsət axtarır; bu fürsəti onlar psixi ayıqlıqda deyil, yuxuda tapır. Deməli, yuxu görmək arzuların çin olması, onların gerçəkləşməsidir. Problem də bu gerçəkləşmə prosesinin hərəkətverici qüvvələrin tapılmasında, onların gördüyü işin forma və məzmununun müəyyənləşdirilməsində, həmin qüvvələrin fəaliyyət mexanizminin izahında idi.
Freyd bu sahədə təcrübələrini “Yuxugörmənin izahı” kitabında ümumiləşdirmişdir. Bu kitabdan çıxarılan fundemental nəticə ondan ibarət olur ki, “yuxugörmə - həyata keçməmiş arzudur”. Freyd özünün və müakicı etdiyi xəstələrin yuxugörmələrini analiz etdikdən sonra özündə elə bir inamın ayaranmasının şahidi oldu ki, o. artıq yeni bir nəzəriyyənin – metodun yaradıcısıdır. Sonralar “Psixoanalizə giriş”ə dair mühazirələrində yazırdı ki, yuxugörmə - onun yaradıcılığının zirvəsidir.
Psixologiya tarixində bu nəzəriyyə “dönüş nöqtəsi” olmaqla xüsusi yer tutur; onun hesabına psixologiya dərinlik psixologiyasına doğru addım atdı. “O zamandan yuxugörmə nəzəriyyəsi bu gənc elmdə ən xarakterik və ən spesifik yer tutdu”. Freyd inanırdı ki, yuxugörmə nəzəriyyəsinin dünya elmində heçbir anoloqu yoxdur, o, tamamilə “xam torpaq”üzərində cücərmişdir, ona görə də bu sahədəki xurafat və mistikaya xitam verir
Yuxugörmə bir elm kimi Freydi XIX əsrin 90-cı illərində məşğul etməyə başlamışdı. Lakin o, bu sahədəki elmi ədəbiyyatı və öz təcrübələrini 1899-cu illdə “Yuxugörməninizahı” adlı kitabında ümümiləşdirmişdi; kitab 1900-cü ildə çapdan çıxmışdır.
Dostları ilə paylaş: |