Psixoterapevtik müdaxiləyə aşağıdakı hallarda ehtiyac yaranır: sosial əlaqələrin (məs: dostluq, işgüzar, ailə münasibətləri və s.) pozulması, ünsiyyət çətinlikləri və digər sosial adaptasiya problemləri. Belə halları yaşayan insanlarda tez-tez nevroza tutulma müşahidə olunur, özünə və ətrafına hörmət azalır, aqressiya artır və s. neqativliklər özünü göstərir.
Elə buna görə də son vaxtlar istənilən psixoloji gərginliklərin yaranmasında (qorxular, daxili konfliktlər, depressiya, həyəcn, ünsiyyət pozuntuları və s.) psixoterapevtik metodlardan (psixoloji yönümlü,tibbi olmayan) istifadə edilir.
Şərti olaraq psixoterpaiyanı iki qrupa ayırmaq olar: tibbi və şəxsiyyət yönümlü. Tibbi psixoterapiyadan psixoloji xəstəliklərin əlamətlərinin yüngülləşməsində və ya aradan qaldırılmasında istifadə edilir.