Şəkilçilərin bir cür yazılması.
-
varı- qalxanvarı, yüngülvarı və s.
-
dar – məhsuldar, evdar və s.
-
daş – silahdaş, məsləkdaş, sirdaş və s.
-
şəkilçi halında bitişik yazılan dək qoşaması. (dağadək, evədək)
-
sifət düzəldən –i şəkilçisi; xarici, qərbi, cənubi və s.
-
feli bağlama düzəldən –kən şəkilçisi: almışkən, oxuyarkən və s.
-
–kar şəkilçisi; xilaskar, tələbkar, təmizkar və s
-
–gil şəkilçisi: xalamgil, əmimgil və s.
-
–laq şəkilçisi: qışlaq, otlaq, çaylaq və s.
-
–stan şəkilçisi: Gürcüstan, dağıstan və s. Samitlə bitən sözlərdə -stan şəkilçisindən əvvəl sözün son hecasındakı saitə uyğun olaraq qapalı saitlərdən biri ə, i, u, ü əlavə olunur; dağıstan, Monqolustan.
-
Felin icbar növünün şəkilçisi- t: anlat, oxut və s.
-
Ön şəkilçilər –na: nabələd, nalayiq, nacins və s. -ba: baməzə və s. –bi: bisavad və s.
İki cür yazılan şəkilçilər.
-
İsmin yönlük hal şəkilçisi –a, -ə; dağa, yola, dilə və s.
-
Felin arzu formasının şəkilçisi –a, -ə; yaza, gəzə, bilə və s.
-
Mürəkkəb zərf düzəldən şəkilçi –a, -ə; qaça-qaça, gülə-gülə
-
Felin əmr formasının I şəxs cəm şəkilçisi: -ar, -ək; tutaq, gedək, görək və s. Saitlə bitən şəkilçidən əvvəl –y artırılır: dilləyək.
-
Feldən sifət düzəldən şəkilçi: -ağan, -əyən: qaçağan, uçağan və s.
-
Feldən düzələn alt əl: azalmaq, düzəlmək.
-
–an, -ən şəkilçisi
-
–anda, -əndə: oturanda, duranda
-
–ar, -ər şəkilçisi: alar, olar, uçar və s.
-
–araq, -ərək şəkilçisi: qaçaraq, uçaraq
-
–ası, -əsi: olası, gedəsi
-
–acaq, -əcək: qalacaq, gedəcək, duracaq
-
–da, -də: bağda, yolda, ulduzda
-
–dan, -dən: candan, dostdan
-
Fel düzəldən –la, -lə: başla, dişlə, yolla və s.
-
–la, -lə qoşma şəkilçisi: atamla, ağılla
-
–lar, -lər: dağlar, yollar
-
–lan, -lən: bağlan-maq, yollan-maq
-
–laş, -ləşşəkilçisi: yaxşılaşmaq, pisləşmək
-
İnkar şəkilçisi: -ma, -mə: qazma, baxma, qoyma
-
İsim düzəldən –ma, -mə şəkilçisi: qazma, bükmə
-
–maq, -mək şəkilçisi: yazmaq, oxumaq
-
–madan, -mədən şəkilçisi: oxumadan, yazmadan
-
–malı, -məli: oxumalı, yazmalı, yatmalı
-
–mayınca, -məyincə: yazmayınca, bilməyincə
-
–sa, -sə şəkilçisi: alsa, olsa, varsa
-
–san, -sən şəkilçisi: dursan, bilərsən
-
–ca, -cə şəkilçisi: qaraca, xırdaca, quruca
Dörd cür yazılan şəkilçilər:
-
–qı, ğı, qu, ğu, gi, ki, kü, gü: silgi, sürtkü
-
–qın, ğın, qun, kin, gun, gün, kün: çaşqın, tutqun
-
–dı, di, du, dü: yazdı, qırdı
-
–dır, dur, dir, dür xəbər şəkilçisi: qışdır, yazdır.
-
Felin icbar növünün şəkilçisi: -dır, dir, dur, dür: yazdır, pozdur
-
–dıqda, dikcə, duqca, dükdə: yazdıqca, olduqca
-
–dıqda-duqda, -dikdə- dükdə: dedikdə, gəldikdə
-
–dığı-duğu, -diyi-düyü şəkilçisi: oxuduğu, aldığı
-
Sifət düzəldən –ıq, ik, uq, ük: çapıq, pozuq
-
–ib, ub, ıb, üb: yıxıb, qurub.
-
–ıl, il, ul, ül: açıl, doğul
-
Feldən isim düzəldən –im, ım, üm, um şəkilçisi: atım, tutum, udum
-
əmr forması isim düzəldən –ım, im, um, üm: udum, biçim, büküm
-
Birinci şəxsin təkinin mənsubiyyət şəkilçisi: im, ım, um, üm: yazdım, elim
-
I şəxsin cəminin mənsubiyyət şəkilçisi: -imiz, ımız, umuz, ümüz: arzumuz, anamız
-
Feldən isim düzəldən şəkilçi: -in, ın, un, ün: axın, qoşun.
-
Yiyəlik hal şəkilçisi: -in, ın, un, ün: ağacın, odunun
-
Təsirli fel əmələ gətirən şəkilçi –in, ın, un, ün: çalın, sayın, bilin (yın, yin, yun, yün) anlayın, oxuyun.
-
Əmr forması II şəxsi cəm şəkilçisi: -iniz, ınız, unuz, ünüz: alınız, əyləşiniz. Saitlə bitən isimlərdə yınız, yunuz, yiniz, yünüz: deyiniz, yoxlayınız.
-
–ıncı, inci, uncu, üncü: qırxıncı, onuncu
-
–incə, ınca, üncə, unca: dolunca, görüncə
-
Feldən ad düzəldən –inc, ınc, ünc, unc: qorxunc, gülünc
-
İndiki zaman şəkilçisi: -ır, ir, ur, ür: alır, olur, gəlir
-
Təsirli fel düzəldən –ır, ir, ur, ür: qaçır-maq, uçur-maq
-
Təsirli fel düzəldən –ıt, it, ut, üt: axıtmaq, bərkitmək.
-
Feldən isim düzəldən –ıntı-inti, -untu-üntü: qazıntı, çəkinti
-
Feldən ad düzəldən –ıcı, ici, ücü, ucu: vurucu, seçici, sürücü.
-
Feldən isim düzəldən –iş, ış, uş, üş: çağırış, duruş, eniş
-
Felin qarşılıq növü düzəldən şəkilçi: ış, iş, uş, üş: yazış-maq, vuruşmaq
-
–lı, li, lu, lü: qarlı, qırlı
-
Lıq, lik, luq, lük: daşlıq, otluq.
-
mış4 : yazmış
-
mı 4 : azmı, çoxmu
-
kı 4 : axşamkı, onunku
-
sız 4 : saysız, adsız
-
əmr forması III şəxsin təkinin şəkilçisi sın4 : bilsin, görsün
-
siniz 4 : gedəsiniz, alasınız
-
tı 4: ağartı, xorultu
-
çi 4: topçu, yazıcı.
|