İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə


Müəllim: Novruzi Nurlana Azad q. nnurlana91@mail.ru Plan



Yüklə 222,39 Kb.
səhifə5/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   119
Müəllim: Novruzi Nurlana Azad q. nnurlana91@mail.ru

Plan:

  1. Hüceyrə haqqında ümumi məlumat

  2. Hüceyrə nəzəriyyəsi

  3. Hüceyrənin quruluşu

  4. Hüceyrənin orqanoidləri

  5. Hüceyrənin kimyəvi tərkibi

  6. Hüceyrənin çoxalması

  7. Hüceyrənin qocalması və ölümü

  8. Epiteli, birləşdirici, əzələ və sinir toxumaları.

  9. Orqanlar və orqanlar sistemi.


Sitologiya -hüceyrə haqqında elmdir. Hüceyrə-Hüceyrə canlıların ən kiçik quruluş və funksional vahididir. O, canlı sistemlərin bütün xüsusiyyətlərinə malikdir: maddələr və enerji mübadiləsini həyata keçirir, böyüyür,çoxalır və öz əlmətlərini irsi olaraq keçirmək qabiliyyətinə malikdir, xarici siqnallara reaksiya verir və hərəkət edə bilir.Bütün canlılar hüceyrəvi qurluşa malikdir. İnsan 10 trilyondan artıq hüceyrə var.Hüceyrənin ölçüsü isə 1-100 mikrometr olub yalnız mikroskop altında görünür.
İlk dəfə olaraq ingilis alimi Robert Huk hüceyrəni kəşf etmişdir. 1665-ci ildə bioloji toxumadan –  Quercus suber ağacından hazırlanmış tıxacın (probkanın) nazik kəsiyinə özü tərəfindən təkmilləşdirilmiş mikroskop altında baxarkən, tıxac kəsiyinin çoxlu sayda hücrəciklərdən ibarət olduğunu görmüş və onlara l – hüceyrə adı vermişdır. Bir hüceyrəli orqanizmləri ilk dəfə A.Levenhuk kəşf etmişdir. 1831 ci ildə ingilis alimi R.Braun ilk dəfə olaraq bitki hüceyrəsinin nüvəsini təsvir etmiş və onun hüceyrədaxili vacib orqanoid olduğunu söyləmişdir.Beləliklə "Hüceyrə nəzəriyyəsinin" əsası 1839-cu ildə alman alimləri Şvan Teador,  M.Şleyden və Vİrxov Rudolf  tərəfindən qoyulmuşdur. Hüceyrə nəzəriyyəsi biologiya elminin əsasını qoymuş, təkamül baxışlarının meydana çıxmasına səbəb olan bir nəzəriyyə olub, XIX əsrin ortalarında təşəkkül tapmışdır.
Hüceyrə nəzəriyyəsinin yaradıcıları isə Şvan və Şleyder (1839)olub .
Hüceyrə nəzəriyyəsinin əsas müddəaları bunlardır:

1. Hüceyrə - canlı orqanizmin quruluş, həyat, böyümə və inkişaf vahididir, "hüceyrəsiz həyat yoxdur";.

2. Hüceyrə - tamlığı bir çox elementlərin bir-biri ilə qanunauyğun şəkildə əlaqələrindən ibarət olan vahid sistemdir;

3 .Bütün orqanizmlərin hüceyrələri quruluşuna, kimyəvi tərkibinə və funksiyasına görə oxşardırlar;

4 .Hər bir hüceyrənin bölünməsindən yeni hüceyrələr əmələ gəlir;

5. Çoxhüceyrəlilərdə hüceyrələr toxumaları və toxumalar isə öz növbəsində orqanizmləri təşkil edir. Hər bir orqanizmin həyatı onu təşkil edən hüceyrələrin həyatından asılıdır;



6. Çoxhüceyrəli orqanizmlərin hüceyrələri özünəməxsus gen dəstinə malik olur ki, bu da onların morfoloji və funksional müxtəliflikliyini təmin etmiş olur.


Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin