İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə



Yüklə 222,39 Kb.
səhifə14/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   119
Sinir toxuması – Sinir toxuması orqanizmin ən yüksək inkişaf dərəcəsinə çatmış toxuması olub, yüksək oyanıcılığa, oyanmanı sinir impulsuna çevirmək və bu impulsu nəql etmək qabiliyyətinə malik olması ilə başqa toxumalardan fərqlənir. Sinir toxuması sinir sisteminin struktur əsasını təşkil edir. Sinir sistemi bütün orqan və toxumaların fəaliyyətini tənzim edir, onları vahid sistemdə birləşdirib, aralarında əlaqə yaratmaqla orqanizmin tamlığını təmin edir, orqanizmi əhatə olunduğu mühitlə rabitələndirir və onu xarici mühitin daim dəyişən şəraitinə uyğunlaşdırır.
Sinir toxuması sinir hüceyrələrindən və qliya adlanan elementlərdən ibarətdir. Sinir hüceyrələri toxumanın spesifik funksiyalarını icra edir, neyroqliya isə onlarla sıx rabitədə olub, istinad, trofik, mühafizə və ayırıcı fəaliyyət göstərir.
Sinir hüceyrələri çıxıntılı olub, çıxıntıları ilə birlikdə neyron adlanır. Neyron sinir toxumasının əsas struktur və funksional vahidi olmaqla cisimdən və çıxıntılardan ibarətdir. Hüceyrə çıxıntıları iki cür olur: neyrit və ya akson və dentritlər. Neyrit uzun çıxıntı olub, sinir impulsunu cisimdən işçi orqanlara və ya digər neyronlara aparır. Dentritlər isə nisbətən qısa çıxıntılar olub, impulsu periferiyadan perikariona doğru aparır. Hər bir yetişmiş sinir hüceyrəsinin bir neyriti, bir neçə dentriti olur. Dentritlər, bir qayda olaraq, ağac kimi şaxələnir.
Neyronlar funksional cəhətdən hissi, ara və hərəki olmaqla 3 qrupa bölünür. Hissi neyronlar (afferent, affektor, reseptor) reseptorlar vasitəsilə qəbul olunmuş qıcıqları sinir impulsu şəklində mərkəzi sinir sisteminə doğru aparır. Ara (assosiativ) neyronlar müxtəlif neyronlar arasında rabitələr yaradır. Hərəki (efferent-effektor, motor) neyronlar mərkəzi sinir sistemindən oyanmanı işçi orqanlara ötürür.
Sinir toxumasının regenerasiyasından danışarkən qeyd etmək lazımdır ki, bu yalnız neyronun çıxıntılarında müşahidə edilir. Belə ki, neyronun çıxıntısı zədələnərsə, onun həmin nahiyədən aşağıda qalan hissəsi degenerasiyaya uğrayaraq dağılır. Müəyyən vaxtdan sonra isə çıxıntının qalan hissəsi uzanaraq dağılmış hissəni bərpa edir. Həmin proses periferik sinirlərdə müşahidə olunur.

Orqanlar və orqanlar sistemi. Toxumalar orqanları əmələ gətirir, onların yaranmasında bir çox toxuma iştirak edir. Orqanların bəziləri bədən boşluğunda yerləşir və daxili orqanlar adlanır. Ümumi quruluş planına , inkişaf mənşəyinə malik və eyni funksiya yerinə yetirən orqanlar birliyinə orqanlar sistemi deyilir. Quruluş və inkişaf mənşəyinə görə fərqlənən və yalnız eyni funksiya daşıyan orqanlar birliyi isə aparat adlanır. Orqanlar, sistemlər və aparatlar insan orqanizmini təşkil edir.

İnsan orqanizmində sinir, qan-damar, ifrazat, həzmçoxalma orqanları sistem əmələ gətirir və bu sistemlərin fəaliyyəti bir-biri ilə funksional vəhdətdədir. Orqan və orqanlar sisteminin müvəqqəti birləşməsinə funksional sistem deyilir.

İnsan orqanizmində aşağıdakı sistem və aparatlar vardır:


  • Dayaq-hərəkət aparatı (əzələ və skelet)

  • Həzm sistemi

  • Tənəffüs sistemi

  • Cinsiyyət sistemi

  • Ifrazat sistemi

  • Endokrin aparat

  • Qan-damar sistemi

  • Limfa sistemi

  • Sinir sistemi

  • Duyğu orqanları (sensor aparat)



Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin