İxtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı Fənn: Fotoqrammetriya Müəllim: Məmmədova Aygül Mustafa qızı


Universal stereofotoqrammetrik cihazlar



Yüklə 0,88 Mb.
səhifə7/12
tarix25.05.2018
ölçüsü0,88 Mb.
#51469
1   2   3   4   5   6   7   8   9   ...   12

Universal stereofotoqrammetrik cihazlar
İlk universal tipli stereofotoqrammetrik cihazların yaradılması XX əsrin ikinci onilliyinə təsadüf edir. Sonrakı illər isə bu gün də daxil olmaqla , fotoqrammetrik amillər mövcud cihazların və fotoşəkillərin bu cihazlarda öyrənilməsi nəzəriyyəsinin və metodikasının təkmilləşdirilməsinə çalışmışlar.

Universal stereofotoqrammetrik cihazlar yerüstü, aero bə kosmik fotoşəkillər əsasında topoqrafik xəritələrin tərtib edilməsinə imkan verir.Bu cihazlarda aparılan əməliyyatların son məhsulu isə vatman və ya plastik lövhə üzərində çəkilmiş plandan, ortofotoşəkillərdən və ərazinin riyazi modelindən ibarətdir.Müasir universal cihazlar konstruksiyasının əsasını təşkil edən prinsiplərə görə iki qrupa bölünür:

Analitik və Analoji.

Analitik cihazların konstruksiyası yüksək dəqiqlikli stereo yaradılmış ölçü cihazının elektron hesablayıcı maşınla vəhdətindən ibarətdir. EHM Yer səthi və fotoşəkillərin koordinat nöqtələrinin bağlanması tarazlılığını həll edir , ölçü cihazı və koordinatoqrafın karetkasını idarə edir.

Analoji universal cihazlar optika -mexanika sənayesinin nailiyyətləri əsasında yaradılmış və təkminləşdirilmişdir.Bu cihazların konstruksiyası, əsasən , oxşar olub, aşağıdakı sistemləri ilə seçilir:

Ölçü sistemi ,Proyektləndirici sistem.

Ölçü sistemi, fəza düzbucaqlı koordinat sistemini əmələ gətirən istiqamətləndiricidən və ölçü vintlərinin köməyi ilə bu istiqamətləndirici üzrə hərəkət edən karetkadan ibarətdir. Ölçü sistemi vəzifəsinə modelin nöqtələrinin X,Y,Z fəza koordinatlarının təyini daxildir. Koordinat oxlarının bütün cihazlarda vəziyyəti eyni olub aşağıdakı kimidir:X oxu soldan sağa ,Y oxu operatordan, Z oxu isə aşağıdan yuxarı yönəldilib.

Proyektləndirici sistemin vəzifəsinə ,verilmiş miqyasda fotoqrammetrik modelin qurulması daxildir. Qeyd edilən bu iki əsas sistemdən başlıca universal cihazların transformasiya edici , müşahidə, işıqlandırıcı və s. oxşar sistemləri mövcuddur. Transformasiya edici sistemin köməyi ilə aerofotoşəkillərin meyl bucaqlarına düzəliş verilir. Müşahidə sistemini cüt şəkillərlə stereoskopik baxış və ölçü markasının nöqtəyə yönəldilməsi üçün istifadə edilir. İşıqlandırıcı sistemin vəzifəsinə şəkillərin və ölçü markasının işıqlandırılması daxildir.

Müasir universal stereofotoqrammetrik cihazların ölçmə dəqiqliyini aşağıdakı kimi xarakterizə etmək olar.

Analitik cihazlar şəklin miqyasında plan koordinatlarının 2-5 mikrometr dəqiqliklə ,yüksəklik koordinatlarının isə 1/30000 -1/10000 dəqiqliklə ölçməyə imkan verir. Analoji cihazlarda isə müvafiq olaraq 5-20 mikrometr və 1/10000-1/5000 dir.

Geniş istifadə edilən universal stereofotoqrammetrik cihazlardan Q.V.Romanoveki stereoproektorunun, F.V.Drobışev stereoqrafını , ÇNİİQAİK stereoqrafını , Stereometroqrafını göstərə bilərik.

Q.V.Romanoveki stereoproyektoru SPR-3 yüksək dəqiqlikli mexaniki stereofotoqrammetrikcihaz olub , plan aeroşəkilləri üzrə geodeziya şəbəkəsinin sıxlaşdırılması və topoqrafik xəritələrin tərtibi üçün tətbiq edilir. Cihaz xüsusi stereoproyektordan və koordinatoqrafdan ibarətdir.Müşahidəçi cihazın idarə edilməsini 3 şturvalın köməyi ilə həyata keçirilir. iki əl və bir ayaq şturvalı.Sol əl şturvalı ölçü markasını model fəzasında X oxu boyunca , sağ şturval isə Y oxu boyunca xidmət edir. Ayaq şturvalı Z koordinatını ölçmək məqsədi ilə ölçü markasını model nöqtəsinə stereoskopik yönəldir.

F.V.Drobışev stereoqrafı SD-3 aerofotoşəkillər əsasında topoqrafik xəritələrin tərtib edilməsinə xidmət edir. Cihaz ümumi stolda yerləşdirilmiş stereoqrafdan və koordinatoqrafdan ibarətdir.

ÇNİİQAİK stereoqrafı plan aerofotoşəkilləri əsasında topoqrafik xəritələrin tərtib olunmasında istifadə edilir. Cihaz xüsusi stereoqrafdan və müşahidəçi tərəfdən bərkidilən işıq pultu koordinatoqrafdan ibarətdir. Müşahidəçi cihazın idarə olunmasını üç şturval vasitəsi ilə həyata keçirilir. İş prinsipi əvvəlki iki cihazın iş prinsipinə oxşardır.

Stereometroqraf Almaniyada istehsal olunmuş yüksək dəqiqlikli ,mexaniki stereofotoqrammetrik cihazdır. Bu cihaz dayaq məntəqələrinin fəza fototrianqulyasiya metodu ilə sıxlaşdırılması və yerüstü plan-aeroşəkilləri tərtib edilməsi üçün istifadə edilir. Stereometroqraf 60-cı illərdən bəri istehsal edilir. Cihaz stereometoqrafdan və koordinatoqrafdan ibarətdir. Onlar sırasında əlaqə vasitəsi ilə həyata keçirilir. Koordinatoqraf cihaza elektrik xəttinin köməyi ilə birləşdirilir ki, bununla əlaqədar da cihazın yan divarlarında ştekerlər mövcuddur. Bu cihazda da idarə etmə 3 şturval vasitəsi ilə həyata keçirilir.

Analoji universal cihazlarda tək stereo cütün öyrənilməsi prosesi aşağıdakından ibarətdir: Hazırlıq işləri:Şəkillərin əlaqəli,qarşılıqlı cəhətlənməsi:Modelin xarici cəhətlənməsi, relyefin və konturların planalması və həmçinin ayrı-ayrı nöqtələrin koordinatlarının ölçülməsi.

Hazırlıq mərhələsinə ilkin materialların əldə edilməsi və cihazın işçi vəziyyətə gətirilməsi. Şəkillərin əlaqəli cəhətlənməsini, şəklin çəkilişini obyektin həndəsi modelini qurmaq məqsədi ilə yerinə yetirirlər. Modelin xarici cəhətləndirilməsi onun lazımi miqyasa gətirilməsindən ibarətdir. Modelin cəhətləndirilməsi başa çatdırdıqdan sonra, hidroqrafik şəbəkə , relyef və konturların planalması və ilkin optimal xəritə tərtibi həyata keçirilir. Universal stereofotoqrammetrik cihazlar həmçinin aeroşəkillərin fototransformasiya edilməsində də istifadə edilir ki, bu da ortofototransformasiya adlanır. Bu proses əsasən ortofototransformator adlanan cihaz vasitəsi ilə həyata keçirilir.

Son illər elektron mexanikanın inkişafı ilə əlaqədar analitik universal cihazların tətbiqi sahəsi genişlənir. Bu cihazlarda əsas proses fəza modelinin alınması EHM-ların köməyi ilə yerinə yetirilir. Həmçinin bu cihazlar aeroşəkillərin öyrənilməsi dəqiqliyini artırır. Tədqiqatlar zamanı əsasən Anoqraf (Rusiya), Traster(Fransa), və s. analitik universal cihazlardan istifadə edilir.



Mövzu 13

Fotosxemlər haqqında anlayış. Fotosxemlərin növləri və hazırlanma üsulları.

Plan

1.Fotosxemlər və onların məqsədi

2. Fotosxemlərin təyinatı

3.Aeroşəkillərin miqyası və fotosxemlər

4. Fotosxemlərin tərtibi

Ədəbiyyat
1.S.A.Muraşev Y.U.Qebqart A.S.Kisliçın Aerofotogeodeziya-Moskva“Nedra”1985 2.A.İ.Obiralov , A.N.Limanov, L.A.Qabrilova Fotoqrammetriya Moskva “KolosS”2004

3.Adil Əzizov Məsafədən zondlamanın fiziki əsasları Bakı -2011


Fotosxemlər və onların məqsədi

Fotosxem planlı aerofotoşəkillərdən tərtib edilib. Yerin fotoqrafiya şəklin mənasını daşıyır. Fotosxemə düz-düz. xırda dərə- təpəli yer üçün topoqrafik plan kimi baxmaq olar. Fotosxemdə fotoplandakı fərqli hər şey detalaşdırır. Yer konturlarla çəkilir və yarğan dərələr göstərilir. Fotosxeminin dəqiqliyi fotoplanın dəqiqliyindən aşağıdır. Fotosxemini şəklin meyl bucağından yerin relyefindən çəkilmiş yüksəkliyin dəyişməsindən və tərtibi zamanı meydana gələn səhvlərdən aslıdır. Fotosxemdən çöl deşirofkası zamanı ümumi görünüş sənədi kimi relyefin çəkilişi zamanı geoloji və coğrafi və ayrı-ayrı tədqiqatlardan əvvəlcədən mühəndis proektləri işlərində istifadə olunur. Ayrı-ayrı hallarda ölçülərin ayrı dəqiqliklə aparılması imkan verilən işlərdə (topoqrafik xəritələrdən və fotoplandan fərqli olaraq ) fotosxemdən ölçü işlərində istifadə edirlər. Məsələn məsafə və sahələr hesablanır. Şəkillərin montaj edilməsinin 2 növü var. Başlanğıc istiqamətlərə konturlara görə, 1-ci ən çox dəqiqdir, 2-ci tez başa gələndir.

Əgər fotosxem ölçü işləri aparılması üçün tərtib edilirsə onda montaj başlanğıc istiqamətlərə görə aparılır. Fotosxem bir marşrutlu (bir istiqamətli) və çox marşrutlu olur. Bir marşrutlu fotosxem bir istiqamətin çox marşrutlu bir neçə istiqamətlərin şəkillərindən düzəlir.

Bir istiqamətli başlanğıc istiqamətə görə fotosxemi tərtib etmək üçün mərkəzi nöqtələri qeyd edirlər qonşu şəkilə köçürürlər. Kontur nöqtəsi o vaxt mərkəzi nöqtəsi adlanır ki, şəkilin mərkəzi nöqtəsi çərçivəsində r =f / 2s radiusunda olur. Tək şəkillərdə karandaş ilə başlanğıc istiqaməti çəkilrlər ki, qonşu şəkillərin mərkəzi nöqtəsini birləşdirir.

Uzununa üstüörtmədə başlanğıc istiqamətlərə yaxın yoxlama nöqtələri qeyd edirlər( və.s). Sonra cüt şəkildə bütün qeyd edilmiş nöqtələrdə deşik açırlar. Sonra şəkillərin montajına başlayırlar. Fotosxemin montajı başa çatdıqdan sonra fotosxemin kənarlarını düzünə kəsib çərçivəyə salırlar. Fotosxemin miqyası ən uzaqda dayanan nöqtələr arasındakı məsafəni fotosxemdə və yerdəki qiymətlərin arasındakı asıllıqdan ibarətdir. Yer üzərindəki məsafə xəritələrdən götürülür.

Çoxmaşurutlu fotosxemi aşağıdakı qaydada hazırlayırlar.


  1. Orta marşrutla montaj edirlər, sonra qarışıq marşrutların şəkilləri götürülür ki, onların arasındakı uyğun konturları mümkün dəqiqliklə bir- birinin üzərinə düşsünlər.

Fotosxemləri fotoqrafiya ilə topoqrafiya üsulu ilə çoxaldırlar.

Şəkilləri kəsərkən kəsik xəttini qeyd edib sonra kəsmək lazımdır. Kəsiyi elə götürmək lazımdır ki, aşağıda qeyd edilən şərtləri nəzərə almaq lazımdır.



  • düz xətli konturları (yolları, kanalları, kənd təsərrüfat sahələri) düz bucaq altında – yaşayış məntəqələrini çox saylı topoqrafik konturu olan sahələrin kənarlarından kəsmək lazımdır.

Əgər yaşayış məntəqəsi bütün ərazini tutursa onda enli yollarda və bostanlarda çəkiliş aparılır.

- kəsik xəttini eyni fototonlu sahələrin kənarlarından kəsmək lazımdır. Əgər yaşayış məntəqəsi bütün ərazini tutursa onda eyni yollarda və bostanlarda çəkiliş aparılır.



  • kəsik xəttini eyni fototonlu sahələrdə aparmaq yaxşıdır.

Meşə,çöl və sahələri belə olduğu halda kəsik xətt hiss olunmayacaqdır.

Fotosxemin montajının dəqiqliyini yoxlamaq üçün kəsik ətrafında konturların qaçması qiymətləndirilir.

Hər iki kəsik üçün ikisindən biri götürülür. Kəsiyin üstünə kəsilimiş hissəni qoyaraq dəqiq konturlarda yoxlanılır.

Fotosxemlərin təyinatı

Yerin plan şəkillər vasitəsilə alınmış təsvirinə fotosxem adlanır. Fotosxemdə plandan fərqli olaraq yerin obyektlərinin hər bir detalları və relyefin bütün elementləri təsvir olunur. Fotosxemlərin dəqiqliyi aşağıdır və şəklin əyilməsindən, yerin relyefindən, uçuşun hündürlüyünün dəyişməsindən şəkillərin montajının səhvlərindən çox asılıdır.

Düzənlik və düzənlik – təpəlik ərazinin fotosxemini fotoplan kimi qəbul etmək olar.

Fotosxemləri çöl deşifrə işində, relyef çəkilişində, geoloji tədqiqatlarda baxış materialı kimi istifadə edirlər.

Yüksək dəqiqlik tələb olmayan bəzi işlərində, məsələn kiçik ərazidə məsafəsinin, sahələrin ölçülməsində fotosxemlərdən istifadə etmək olar.

Şəkillərin montajı 2 üsulla:



  1. başlanğıc istiqamətə

  2. kontura görə yerinə yetirilir.

1 – ci üsulla dəqiq, 2 – ci üsulla cəld işləmək olar.

Ölçmə işləri üçün fotosxemlərdə şəkilləri başlanğıc istiqamətlərə görə montaj edirlər.



Deşifrə və ölçmə işləri

Deşifrə və ölçmə ilə əlaqəsi olmayan başqa işlər üçün şəkillər kontura görə montaj edilir.

Fotosxemlər 1 marşrutlu və çoxmarşrutlu fotosxemlərə bölünür.
Fotosxemlərin tərtibi

Marşrut fotosxemlərin başlanğıc istiqamətlərə görə tərtibinin texnologiyasını nəzərdən keçirək.

Marşrutun bütün şəkillərinin mərkəzini təyin edib iynə ilə deşirlər və bunu bütün qonşu şəkillərə köçürürlər. Tək rəqəmli şəkillər üzərində deşilmiş nöqtələri karandaşla birləşdirərək, başlanğıc istiqaməti çəkirlər. Uzununa örtmənin ortasında başlanğıc istiqamət yaxınlığında 1 kontrol nöqtəsi yenidən götürülür və deşilir. Qonşu şəkillərdə bu qeyd olunur. Sonra şəkillərin montajına başlayırlar. Birinci iki şəkli lövhənin üstünə elə qoyurlar ki, deşilmiş şəkil yuxarıda olsun. Şəkillərin mərkəzlərini deşiklər vasitəsilə uyğunlaşdırırlar. Kiçik yüklərdə şəkilləri bərkidib, uzununa örtmənin ortasında kəsirlər. Kəsikləri atıb, şəkilləri lövhəyə yapışdırırlar. Bu davamiyyətlər marşrutun bütün şəkillərini montaj edirlər.

Fotosxemləri kəsiklərdə kontrol edirlər. Bu yoxlamaların nəticələrini korrektura vərəqində qeyd edirlər. Fotosxemlərin miqyasını eyni nöqtələr arasındakı şəkil və yer üzərindəki məsafələrin münasibətindən təyin edirlər. Yer üzərindəki məsafə koordinatlar vasitəsilə hesablanır və yaxud xəritə vasitəsilə təyin edilir.

Çoxmarşrutlu fotosxemlər aşağıdakı qayda ilə hazırlanır.

Əvvəlcə orta marşrutun şəkilləri montaj olunur, sonra qonşu marşrutun şəkillərini montaj edirlər. Bu halda uyğun konturları dəqiqliklə üst – üstə salırlar. Montajı pozmamaq üçün kiçik yülərlə bərkidirlər.

Uzununa örtmənin ortasında şəkilləri kəsirlər. Yapışdırma işi orta marşrutun orta şəklində başlayırlar.

Çox marşrutlu fotosxemlərin miqyası dayaq nöqtələrinə görə təyin edilir.


Aerofotoşəkillərin miqyası. Fotosxemlər

Məlumdur ki, meyl bucağı sıfra bərabər olan aeroşəklin istənilən nöqtəsində ( üfüqi aeroşəkillərdə ) miqyas 1/m=f/h düsturu ilə təyin edilir. Yəni bu halda miqyas dəyişilməlidir, daimidir ( aeroşəklin istənilən nöqtəsində).

Meyl bucağı sıfırdan fərqli olan aeroşəkillərdə isə miqyas nəinki bir nöqtədən digərinə keçdikdə, hətta bir nöqtədən müxtəlif istiqamətlərdə belə dəyişir. Buna görə də aeroşəkillərin hər hansı bir, məsələn m nöqtəsində ( şəkil 11) miqyası təyin etmək üçün bu nöqtənin istiqamətində sonsuz kiçik xəttin yer üzərində həmin istiqamətdə ona uyğun olan xəttə nisbətini götürmək lazımdır:

Dl və dl xəttlərinin proyeksiyalarının uyğun koordinat oxları ilə dxdy və dXdY işarə esək

Deyə bilərik.

Şəkil və yer üzərindəki uyğun nöqtələrin koordinatları arasındakı asılılıq düsturundan

X= H;
Y=H

istifadə edək. Bu differensiyasından sonra aşağıdakı


dX=Hdx;
dY=H

Bu zaman dx və dy nəzərə alsaq


= olar.
Burada R=cos c= aeroşəklin verilmiş nöqtesi üçün sabit kəmiyyət (postolnnine veliçini ) ifadə edir.

Deməli aeroşəklin miqyası şəkilçəkmə yüksəkliyindən fotokameranın fokus məsafəsindən şəklin meyl bucağından sonsuz kiçik d elementinin götürüldüyü nöqtənin vəziyyətindən və bu elementin vəziyyətindən asılıdır.

Fotosxem plan aerofotoşəkilləri əsasında ərazinin fotoqrafik təsvirin tərtib edilməyindən asılıdır. Düzənlik və düzənlik- təpəlik ərazilərin fotosxeminə hemçinin fotoqrafik plan kimidə baxmaq olar. Fotoplana nisbətən fotosxemde ərazinin konturları,relyefin ayrı –ayrı elementleri (yarğanlar,uçqunlar ve s)daha aydın təsvir olunur. Lakin fotosxemin dəqiqliyi plana nisbətən daha aydın və şəkillərin meyl bucaqlarından, ərazinin relyefindən, uçuş yüksəkliyindən və aeroşəkillərin momenti zamanı buraxılan səhvlərdən asılıdır.

Fotosxemlər ərazi görünüşünü əks etdirən sənəd kimi çöl deşifrləməsi,reylef planaalması, geoloji, coğrafi və digər tədqiqatlar zamanı istifadə edilir. Dəqiqliyin az tələb olunduğu hallarda fotosxemlər üzərində müəyyən ölçmə işləri də həyata keçirilir(uzunluğu və səhvlərin ölçülməsi).

Əgər fotosxemlər ölçü işləri üçün nəzərdə tutulmuşsa, aeroşəkillər başlanğıc istiqamətlər üzrə rekoqnosirovka deşifrləmə üçün müəyyən edilmişsə konturlar üzrə montaj edilir.

Fotosxemlər marşrut və çoxmarşrut fotosxemlərə bölünürlər. Marşrut fotosxemləri bir marşrutun şəkilləri, çoxmarşrut fotosxemlər isə bir neçə marşrut şəkilləri əsasında tərtib edilir. Fotosxemlər qonşu aeroşəkillər əsasında, bir-birinin üzərini 60 örtməklə həyata keçirilir. Sonra aeroşəkillərin örtülmüş, artıq kənarları və digər hissələr möhkəm lövhə üzərində bərkidilir. Digər aeroşəkillər analoji olaraq montaj edilir. Fotosxemin miqyası , fotosxem üzərində bir-birindən maksimal uzaqlıqda yerləşmiş iki nöqtə arasındakı məsafənin, yer üzərində ona uyğun məsafəyə olan nisbətinə bərabərdir. Fotosxemlər fotoqrafik və yaxud topoqrafik üsulla çoxaldılır.




Mövzu 14

Aero və kosmik şəkillərin böyüdülməsi
Plan:

  1. Şəkillərin deşifrlənməsi və informasiyalaşdırılması

  2. Şəkillərin böyüdülməsinin əsaslandırılmış faktorları

  3. Şəkillərin böyüdülməsində çoxluğun optimallaşdırlması

  4. Böyüdülmüş şəkillərin olçülərinin xüsusiyyətləri

  5. Böyüdülmüş çəkiliş hissələrinin ayrılıqla istifadəsinin metrik xüsusiyyətləri


Ədəbiyyat
1.S.A.Muraşev Y.U.Qebqart A.S.Kisliçın Aerofotogeodeziya-Moskva“Nedra”1985 2.A.İ.Obiralov , A.N.Limanov, L.A.Qabrilova Fotoqrammetriya Moskva “KolosS”2004

3.Adil Əzizov Məsafədən zondlamanın fiziki əsasları Bakı -2011



Aerokosmikşəkillərin informasiyalılıq xüsusiyyətləri.

Aero və kosmikşəkillərdə informasiyanın ötürülmə sxemi.
Aeroşəkillərin tam və düzgün deşifrələnməsi bir tərəfdən informasiyanın ötürülmə formasından və necə dəyişdirilməsindən digər tərəfdən isə informasiyanın aero və kosmik şəkildən necə alınması və qəbul edilməsindən asılıdır. Ərazi haqqında informasiya konkretliyə çevrilməsindən əvvəl bəzən təhrif və dəyişkənliyə məruz qalan uzun bir yol keçməlidir.

İnformasiya mənbəyi kimi ilk növbədə müəyyən edilmiş anda obyektin xarici görünüşü qəbul edilir. Planalma üçün müəyyən bir anın seçilməsi aerofotoplanalma qarşısında duran məsələlərdən biridir:

1.Müəyyən edilmiş obyektlərin daha yaxın deşifrələnməsi üçün planalmaya vaxtın zamanın düzgün seçilməsi

2.Müəyyən obyektin vəziyyətini qeyd etmək (fiksasiya) üçün vaxtın seçilməsi

Fiksasiya (qeyd etmə) anına qədər şüa (işıq) axını atmosfer –optik şəraitdən və aerofotoaparatın obyektivinin xüsusiyyətindən asılı olaraq təhriflərə məruz qalır. Bu hər 2 amil plyonkanın işığa həssas təbəqəsinə gəlib çatan informasiyanın kəmiyyətini azaldır. Hesablamalar göstərir ki, zəif toz buludlarının tüstünün olması informasiyanın həcmini 10-15% azaldır. İnformasiyanın daha böyük itkisi onun neqativdən pozitivə ötürülməsi zamanı baş verir.

Fotoplyonka məcbur əksetmə qabiliyyətinə malik olub, yalnız müəyyən spektr zonasının süalarını eyd edir. Demeli, fotoplyonkanın da seçilməsi informasiyanın kəmiyyətinə təsir göstərir. Bu sahədə aparılmış tədqiqatlar göstərmişdir ki, obyektlərin əksetmə xüsusiyyətinin nəzərə alınması, aero və kosmik plyonkanın spektral həssaslığına uyğun olaraq düzgün plyonka növü seçilməsinə icazə verir. Seçməyə həmçinin deşifrələmənin xarakteri də (ümumcoğrafi və ya xüsusi deşifrələmə) təsir edir.

Hazırda 4 növ ağ-qara fotoplyonkalardan istifadə edilir:


  1. panxromatik və ( 10 tipli və 11 tipli)

  2. izopanxromatik (10 H tipli)

  3. izoxromatik ( RF-3)

  4. infroxromatik ( infro -760 və baliq). Rəngli aero və kosmikşəkillər üçün isə rəngli neqativ plyonkalardan UH-1 və UH-3, UH-0 istifadə olunur.

Aero və kosmikşəkilçəkmə nəticəsində əsas informasiya mənbəyi – neqativ əldə edilir.
Hər bir aeroşəkil özündə obyekt haqqında müəyyən informasiya daşıyırki, bununda əldə edilməsi deşifrələmənin qarşısında duran əsas məsələdir. İnformasiya daşıyıcısı olan aero və kosmik şəkillər həm formal həmdə məzmunu analizə məruz qalırlar.

Formal analiz informasiyanın məzmunu cəhətindən təcrid edilmiş şəkildə aparıla bilər. Aeroşəklin məzmunun belə formallaşdırılması deşifrələmənin ölçmə xüsusiyyətləri üçün xarakterikdir. Aeroşəkildən informasiya,işıqyazma İnformasiyanın elementar daşıyıcılarını – çoxsaylı nöqtələrin toplusu şəklndə təqdim olunur. Bu baxımdan informasiyanın həcmi fotoqrafiyanı əmələ gətirən hissəciklərin minimal ölçülərindən və aşkar edilən, bilinən rəngin və ya tonun miqdarından asılıdır.

Hər biri istənilən m tonuna malik olan n elementindən ibarət aerofototəsvir bir neçə sayda vəziyyətini qəbul edə bilər. Burada informasiyanın miqdarını xarakterizə edir .Lakin çox zaman informasiyanın həcmini aşağıdakı düsturla hesblamaq olar:
(1)
Burada r(x) – obyektin görünmə ehtimalı (x) -(x) obyektin (y) əlamətləri sayında deşifrələmə ehtimalı n- obyektin sayıdır. Nəzərə alsaqki, əlamətlərin sayı (y) bir neçə ola bilər vəonlardan hər biri r(y) ehtimalı dərəcəsiylə meydana çıxa bilər yuxarıdakı düsturu bele yaza bilərik:
(2)
Hər bir əlamətin və yaonların cəminin daşıdığı informasiyanın midarını (1) və (20 düsturları ilə hesablamaq olar.

Aeroşəkilin aydın olur ki , onların məzmunu yararlı, şərti yararlı və yararsız məlumatlara bölünür. Informasiyanın qiymətli olmasını müəyyən məqsəd daxilində təyin etmək olar. Hər hansı bir məlumat müxtəlif tədqiqatçılar üçün müxtəlif qiymət ala bilər – yararlı vəya yararsız ola bilər. Bu ilk növbədə məqsədin konkretliyindən asılıdır.

Faydalı , yararlı informasiya özüdə 2 yerə: dolayı və bir başa informasiyaya bölünür. Bir başa informasiya bilavasitə şəklin özündən, dolayı informasiya isə məntiqi və riyazi əməliyyatların nəticəsindən alınır.

İnformasiyanın yararlı və ya yararsız informasiyaya bölünməsi şərti xarakter daşıyır. Belə ki, elmi inkişafın müəyyən mərhələsində yararsız informasiya və ya əksinə ola bilər. Qeyd edək ki, mütləq yararsız məlumat yoxdur. Aeroşəkildə olan informasiya müəyyən təhrifə məruz qalırlar. Belə təhrifi 2 yerə bölmək olar:



  1. Xarici təhriflər ( təsvirin qarışması uyğunsuzluğu)

  2. Daxili təhriflər ( fasiləsiz defformasiya, tipoloji dəyişiklik)

Xarici təhriflər tədqiqatçının aero və kosmik şəkillərlə qarşılıqlı əlaqəsi zamanı meydana çıxır və çox asanlıqla aradan qaldırıla bilir. Fasiləsi deformasiya ərazinin relyefinin şəkillərin meyilliklərinin təsviri nəticəsində təsvirin müxtəlif miqyaslığı zamanı əmələ gəlir. Tipoloji dəyişiklik təsvirin dəyişməsinə gətirib çıxarıki, bu zaman obyektlərin əlamətləri biri-biri ilə qarşılaşır.

Aeroşəkildən istifadə edərkən biz obyekti onun modelinə əsasən tədqiq edirik. Buna görə də model tədqiq olunan obyektə uyğun gəlməlidir.Modeldə ərazinin xüsusiyyətləri tam olmasa da aydın əks olunmalıdır. Lakin heçdə fikirləşmək lazım deyilki, model nə qədər obyektə uyğun gəlsə, aero və kosmik şəkilin miqyası nə qədər böyük olsa informasiyanın miqdarıda bir o qədər çox olar. Zaman keçdikcə model köhnəlir və informasiyanın miqdarı azalır. Lakin aeroşəkillərin köhnəlməsi heçdə onları lazımsız etmir. Belə köhnə şəkillər coğrafi tədqiqatlarda, məsələn, landşaftın dinamikasının öyrənilməsində fasiləsizdir.

Aero vo kosmik şəkillərin informasiya xüsusiyyətlərindən başqa onların həndəsi və fotoqrammetrik xüsusiyyətləri də mövcuddur. Aero və kosmik şəkillərin həndəsi xüsusiyyətləri onların cəhətlənmə elementlərindən, miqyasından və aero və kosmik şəkilin və ərazi nöqtələrinin koordinat bağlılığından ibatətdir.
Şəkillərin böyüdülməsinin əsaslandırılmış faktorları
İqtisadi nöqteyi nəzərdən planalma işlərinin kartoqrafiya miqyaslarına nisbətən daha kiçik miqyasda yerinə yetirmək əlverişlidir.Miqyasın kiçildilmə həddi şəkillərin vacib yer obyektlərinin təsviri imkanından və metrik işlərin yerinə yetirilmə dəqiqliyinin təmin olunmasından asılıdır. Çox hallarda ilkin şəkillər lazımi dəqiqliyi təmin etmir və bəzən müəyyən məsələlərin həlli mümkün olmayır. İnsanın görmə aparatının bacarığı 20 və 40 mm həddindədir Lakin real bu qiymət iki dəfə azalır. Beləliklə , görmə aparatının orta bacarığı şəkillərin analızı zamanı 7-10 mm-1 və daha az olur. Yüksək keyfiyyətli obyektivlərin hesabına aero-kosmik şəkillər üçün bu qiymət 60-80 mm-1 və daha çox ola bilər. Bu da planalma miqyasının uyğun olaraq 8-10 dəfə azaltmağa imkan verir. Belə şəkillərin böyütməklə deşifrlənmə əməliyyatları lazımi səviyyəyə çatdırırlar və bu zaman 2 variant istifadə olunur: optiki və fotoqrafik böyütmə. Birinci variantda şəkillərdən semantik informasiyanı çıxarmaq üçün böyüdücü vasitələrlə - lupa , monokulyar və binokulyar alətlər tətbiq edilir. Kiçik sahəli obyektlərin deşifrlənməsi zamanı fotoqrafik böyütmə tələb olunur. Qeyd edək ki, bu variant baha başa gəldi. İstehsalatda daha böyük böyütmə əmsalları tətbiq edilir.


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin