İxtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı Fənn: Fotoqrammetriya Müəllim: Məmmədova Aygül Mustafa qızı



Yüklə 0,88 Mb.
səhifə1/12
tarix25.05.2018
ölçüsü0,88 Mb.
#51469
  1   2   3   4   5   6   7   8   9   ...   12



İxtisas:Yerquruluşu, torpaq və şəhər kadastrı

Fənn: Fotoqrammetriya

Müəllim: Məmmədova Aygül Mustafa qızı

Kurs: III


Mövzu-1 Giriş .Fotoqrammetriya haqqinda məlumat

Plan:

  1. Fotoqrammetriya haqqında qısa məlumat

  2. Fotoqrammetriyanın növləri.

  3. Fotoqrammetriyanın digər elmlərlə əlaqəsi

  4. Fotoqrammetriyanın tarixi haqqında məlumat


Ədəbiyyat
1.S.A.Muraşev Y.U.Qebqart A.S.Kisliçın Aerofotogeodeziya-Moskva“Nedra”1985 2.A.İ.Obiralov , A.N.Limanov, L.A.Qabrilova Fotoqrammetriya Moskva “KolosS”2004

3.Adil Əzizov Məsafədən zondlamanın fiziki əsasları Bakı -2011



Fənin başlıca rolu.Fotoqrammetriya

blue hills

Fotoqrammetriya (photogrammetry) – obyektlərin yerləşməsini, ölçüsünü, formasını, onların şəkillərinin ölçülməsi ilə təyin edən elmi-texniki fənn. Stereocütlük vasitəsilə obyektlərin ölçülməsistereofotoqrammetriya (stereophotogrammetry) adlanır və fotoqrammetriyanın bir bölümüdür

Fəzadan çəkilmiş şəkillər əsasında yerüstü cisimlərin qarşılıqlı vəziyyətini təyin etmək üçün istifadə edilən elmdir.Foton-isiq,qram yazmaq metirlə ölçmək deməkdir. Fotoqrametriyanın aşağıdakı növləri vardır.

1).Konturlu aerofotoplanalma 2)kombinə üsulu ilə planalma 3)Sterofotoqrametrik üsul ilə planalma .

1)Bu planalma nəticəsində sahənin yalnız konturlarının planı tərtib olunur.Bunun üçün tək şəkillərin xusussiyyətindən istofadə olunur.Daha doğrusu tək-tək şəkillər.Oxşar konturlara görə bir-birinə yapışdıralaraq sahənin umumi konturplanı alınır.Bu planda nöktənin yalnız üfiqi vəziyyəti (x,y) məlum olur.Nöktələrin yüksıkliyi məlum olmur.

2)Bu planalmada sahənin kontur planı şəkillər vasitəsi ilə təyin olunur, kombinə üsulu ilə planalmada nöqtələrin üfüqi vəziyyəti menzulanın planşeti üzərinə yapışdırılır. Çöldə geodezik nivelirləmə vasitəsi ilə (yəni triqonometrik)nöqtələrin yüksəkliyi təyin edilir. Həmin yüksəkliklər əsasında isə planda horizontallar çəkilir. Kombinə üsulu ilə sahənin planı həm çəkilir, həm yerdə çəkilmiş şəkillər vasitəsi ilə təyin edilir. Fəzada çəkilmiş şəkillər vasitəsi ilə kontur planı tərtib olunur.

3)Bu planalma şəkillərdən plan və xəritələrin tərtib edilməsində fotoqrammetrik cihazlardan istifadə olunur. Bu planalmada da öz növbəsində universial differensial üsul ilə yerinə yetirilir.

Universal üsul plan və xəritələrin tərtib edilməsinin bütün mərhələləri bir cihaz vasitəsi ilə yerinə yetirilir. Bu cihazlar misal olaraq CD-1,CD-2,CD-H differensial üsul ilə sterofotoqrammetrik planalmada plan və xəritələrin tərtib olunmasının ayrı-ayrı mərhələləri müxtəlif cihazlarda yerinə yetirilir. Beləki sterometrdə nöqtələrin yüksəkliyi təyin olunur. Steroskopda ayrı-ayrı şəkillər üzərində horizontallar çəkilir.

Sterokomparator vasitəsi ilə şəkillər üzərində konturlar və horizontallar topoqrafik əsas üzərinə köçürülür.

Aerofotoplanalmanın aparılması

Sahədə planalma işləri aparmaq üçün həmin sahədə bir-birinə paralel marşrutlar qeyd olunur. Təyyarə həmin marşrutlar üzrə uçaraq sahənin şəklini çəkir. Şəkillər çəkərkən eyni marşrutlar qonşu şəkillərin bir-birini marşrut istiqamətində müəyyən qədər örtürlər. Belə örtmə uzuna örtmə uzuna örtmə l-la işarə olunur 69- 90%arasında olur. Eyni zamanda qonşu marşrutların şəkilləri də bir-birini müəyyən qədər örtür. Belə örtmə eninə örtmə adlanır. Təxminən 40-45% olur l-işarə olunur.

Burada L-şəkilin uzunluğudur,l-uzununa örtmə,l-eninə örtmə adlanır.

Yer səthinin təyyarədən şəklini çəkməklə sahənin xəritəsinin tərtib edilməsi aerofotoplanalma deyilir. Hal-hazırda nisbətən böyük sahələrdə aparılan bütün fotoqrammetrik planalma işləri aerofotoplanalma işləri ilə aparılır. Fəzada alınan şəkil aeroşəkil adlanır. Obyektin görünüşünü , ölçülərini və vəziyyətini 2 nöqtədən şəklini çəkib təyin etmək olar.

Pvə P obyektivin cüt şəkilləridir. Hansı ki S və S nöqtələrinin çəkilir. avə a,b və b obyektin A və B nöqtələrin şəkilləridir. Tutaq ki, obyekt şəkil çəkiləndən sonra götürülüb. Şəklə görə obyektin sxemini almaq olar. Bunun üçün şəkillərə elə vəziyyət vermək lazımdır ki, şəkil çəkilən zaman bir-birinə nisbətən hansı vəziyyətdə olublar və onlar arasındakı şüaları şəkil çəkilən zaman birləşdirən arasındakı məsafəni dəyişməklə lazım olan miqyasda sxem almaq olar. Sxem obyekti ölçmək üçün istifadə olunur.

Yer planşetində sxemin səmtini təmin edəndə sonra xəritə çəkilir. Obyektivin ölçü üsulu iki şəklin xüsusiyyətinə görə istifadə olunursa bu sterofotoqrammetriya adlanır. Müxtəlif hallarda fotoqrammetriya məsələləri tək şəkillərdən istifadə edilib həll ediləcək.

Fotoqrammetriyanın başqa elmlərlə əlaqəsi

Fotoqrammetriya bir çox elmlər ilə sıx əlaqədardır. Bunlardan biri geodeziya elmidir. Çünki geodezik üsullar ilə tərtib edilən müəyyən prosesləri fotoqrammetriya alətləri ilə yerinə yetirilir. Fotoqrammetriya elmi fizika elmi ilə sıx əlaqədardır. Çünki fotoqrammetriyanın cihazları optik qanunlar əsasında hesablanır. Fotoqrammetriya elmi astronomiya elmi ilə əlaqəsi vardır. Yerin süni peyklərinin kəşfi ilə əlaqədar olaraq digər planetlərin sərhədlərinin şəkli çəkilir. Bu şəkillər əsasında həmin planetlərin səthlərinin plan və xəritələri fotoqrammetrik üsullar ilə tərtib olunur. Bundan əlavə fotoqrammetriya elmi geologiya, metrologiya, inşaat , yol inşaatı işlərində geniş istifadə olunur.

Fotoqrammetriya obyektlərin fotoqrafik təsvirinə görə onun formasını, ölçülərini və vəziyyətini təyin edir. Yunan sözü olub, photos – işıq, gramma – yazmaq və metreo – ölçürəm deməkdir.

Fotoqrammetriya elm və texnikanın müxtəlif sahələrində: geodeziyada, astronomiyada, hərbi – mühəndis işlərində, artilleriyada, memarlıqda, inşaat işlərində, coğrafiyada, okeanologiyada, tibbi ekspertizada, kriminalistikada, atom sınaqlarında və kosmik tədqiqatlarda istifadə olunur.

Xalq təsərrüfatında və ölkənin müdafiəsində fotoqrammetriyanın geniş istifadəsi aşağıdakı şərtlərdən doğur.


  1. Yüksək ölçmə dəqiqliyi, belə ki, fotoçəkilişlər yüksək keyfiyyətli fotokameralarla, şəkillərin hazırlanması ciddi metodlarla aparılır.

  2. Böyük əmək məhsuldarlığı; obyektin özünə yox, təsvirinin ölçülməsi.

  3. Ölçmələrin nəticəsinin tam obyektiv və etibarlı olması; belə ki, obyektin təsviri fotoqrafik üsul ilə alınır.

  4. Obyektin və onun ayrı – ayrı hissələri haqqında informasiyanın ən qısa vaxtda əldə olunması. Məsələn, yer səthinin şəkillərini bir – iki sutka ərzində almaq olar.

  5. Hərəkətsiz və hərəkətdə olan obyektlərin, proseslərin öyrənmək imkanı. Məsələn, uçan mərmilərin, vulkan püskürmələrin, avtomobil təkərlərinin hərəkət zamanı deformasiyasının, şəhər nəqliyyatının intensivliyinin, torpağın eroziyasının, buzların hərəkətinin, tikililərin çökməsi və deformasiyasının və s. öyrənilməsində fotoqrammetriyanın böyük rolu var.

  6. Obyektlərin uzaqdan idarə etmə üsulu ilə tədqiq olunması.

Obyekt əlçatmaz insan həyatı üçün təhlükə olduqda, məsələn, atom sınaqlarında çox əlverişlidir.

Obyektin şəklini 2 nöqtədən çəkdikdə, onun formasını, ölçülərini və vəziyyətini təyin etmək olar (şəkil 1).

Tutaq ki, P1, P2 O obyektinin S1 və S2 nöqtələrindən alınmış şəkil cütlüyüdür.

Burada a1, a2 və b1, b2 uyğun olaraq O obyektinin A və B nöqtələrinin təsviridir. Şəkilçəkmədən sonra obyekt aradan götürülür. Bu halda əldə olunmuş şəkillərə əsasən obyektin modelini almaq olar. Bunun üçün şəkillərə əvvəlki vəziyyəti vermək və çəkiliş vaxtı olmuş şüalar dəstəsini bərpa etmək kifayətdir. Onda uyğun şüalar cütlüyü, məsələn, a1S1 və a2S2 və ya b1S1 və b2S2 kəsişəcək, nəticədə obyektə oxşar model alınacaq. Şüa dəstəsinin baş nöqtələri arasındakı S1S2 məsafəsini dəyişərək modeli istənilən miqyasda almaq olar. Model obyektlərin ölçülməsində istifadə olunur. Şəkildə, modeli E planşetinə nisbətən cəhətləndirdikdən sonra xəritə tərtib olunur. Planşet üzərindəki a və b nöqtələri A və B nöqtələrinin ortoqonal proyeksiyasıdır və xəritə üzərində uyğun vəziyyəti göstərir.

Obyekti şəkil cütlüyünün xüsusiyyətlərinə əsaslanaraq ölçülməsi metodu, stereofototopoqrammetrik metod adlanır (stereo – yunanca fəza deməkdir).

Xüsusi hallarda, obyekt müstəvi üzərində, yəni 2 ölçülü olduqda fotoqrammetriya tapşırığı tək şəklə əsasən həll edilir (şəkil 2)

ŞƏKİL OLACAQ

Burada obyektin modeli bərpa olunmuş şüalar dəstəsinin O müstəvisilə kəsişməsi nəticəsində P tək şəklinə əsasən alınmışdır.

Modelin miqyası S çəkiliş noqtəsindən O müstəvisinə qədər olan məsafədən asılıdır.

Obyektin tək şəklin xüsusiyyətlərinə əsaslanaraq ölçülməsi metodu fotoqrammetrik metod adlanır.

Fotoqrammetriya dəqiq cihazqayırma, aviasiya, kosmonavtika, fizika, kimya, elektron texnika, riyaziyyat, geodeziya və kartoqrafiya ilə sıx əlaqəlidir.

Dəqiq cihazqayırma fotoqrammetriyanı yüksək keyfiyyətli fotokameralarla, şəklləri ölçmə alətləri ilə təmin edir.

Təyyarə və peyklər fotoaparat daşıyıcıları kimi yer səthinin tez bir zamanda çəkiliş etməyə imkan verir.

Fizikanın nailiyyətləri nəticəsində fotokameranın optikasının imkanları genişlənir.

Kimya sənayesi ağ – qara və rəngli fotomaterialları yaradır.

Elektron texnikadan təyyarə uçuşlarında, kosmik gəmilərin idarə olunmasında, uçuşda şəkillərin xarici cəhətlənməsinin təyin olunmasında, fotoqrammetrik proseslərin avtomatlaşdırılmasında istifadə olunur.

Fotoqrammetriya nəzəriyyəsində riyazi düsturlardan istifadə olunur.

Geodeziya fotoqrammetriyanı dayaq – istinad nöqtələri ilə təmin edir.

Kartoqrafik üsullardan fotoqrammetriyada xəritələrin tərtib edilməsi üçün istifadə edilir.

Son dövrlər peyk və aero şəkillərin istifadəsi dövlət təşkilatları və özəl sektorda bir çox elmi-tətbiqi və praktiki problemlərin həlli üçün effektli və etibarlı vasitə kimi özünü sübut etmişdir. Belə ki, ətraf mühitin idarə edilməsi və ekologiya, neft, qaz, kənd təsərrüfatı, meşə təsərrüfatı, su təsərrüfatı və su ehtiyatlarının idarə olunması, geologiya, faydalı qazıntı yataqlarının kəşfiyyatı, nəqliyyat, rabitə, istirahət, idman turizm, üç ölçülü modelləşdirmə, bələdiyyə idarəçiliyi, torpaq istifadəçiliyi, ərazi planlaşdırılması, layihələndirmə və digər sahələrdə bir çox vəzifələrin həlli, idarə edilməsi və effektiv nəticələrin alınması məqsədilə peyk təsvirlərində geniş şəkildə istifadə olunur. İntegris göstərilən xidmətlərlə yanaşı, istənilən xüsusi keyfiyyətlərə və dəqiqliyə malik peyk təsvirlərinin operativ çatdırılmasını təmin edir.

INTEGRIS Fotoqrammetriya ilə bağlı aşağıdakı xidmətləri təklif

edir:


  • Aero-Trianqulyasiya

  • DTTM-in yaradılması/redaktəsihttp://www.arxkom.gov.az/xerite.jpg

  • Ortorektifikasiya

  • Mozaika (Avtomatik/əl ilə)

  • Rəng tarazlığı və balanslaşdırılması Fotoqrammetriyanın inkişaf tarixi

Fotoqrammetriya elmi foto aparatın (şəkilçəkmənin) kəşfi ilə əlaqədar olaraq meydana gəlmişdir.1839-cu ildə Daker fransız alimi fotoaparatı kəşf etmişdir.

1851-ci ildə Laşetda yer səthinin şəklini çəkmiş , şəkildən sahənin planı kimi istifadə etmişdir. Sonra bu növ planalma üsullarından 1860-ci ildə Polqanini İtaliyada , Qartal Avstraliyada , Devil Amerikada istifadə edib. 1858-ci ildə Fransada nadir fəza şarında yer səthinin şəklini çəkmişdir.

1886-cı ildə Rusiyada Kovonko hava şarından Petroqrad ərazisinin şəklini çəkmişdir. Rusiyada fotoqrammetriyanın inkişafına 19-cu əsrin sonuna müvafiq gəlir. Sovet dövləti qurulandan sonra fotoqrammetriya sürətlə inkişaf etmişdir.

Mövzu – 2. Aerokosmik şəkillər haqqında ümumi anlayışlar. Aero və kosmik şəkilçəkmələr.

Plan:

1.Aero və kosmik şəkillərin növləri

2.Aero və kosmik şəkillərin tərtibi.

3.Aero və kosmik şəkillərə ikili tanışlıq-rekoqonsirovka deşifrələnməsi

4.Məsafədən planalmanın növləri. Planalma avadanlıqları.


Ədəbiyyat
1.S.A.Muraşev Y.U.Qebqart A.S.Kisliçın Aerofotogeodeziya-Moskva“Nedra”1985 2.A.İ.Obiralov , A.N.Limanov, L.A.Qabrilova Fotoqrammetriya Moskva “KolosS”2004

3.Adil Əzizov Məsafədən zondlamanın fiziki əsasları Bakı -2011



Aero və kosmik şəkillərin növləri, fotosxemin tərtibi
Aerokosmik üsullarda istifadə olunan planalma sistemləri həndəsi və fotometrik ölçməyə, vizual deşifrələməyə, avtomatik maşının təhlilinə yararlı şəkillərin alınmasını təmin etməlidir.Təcrübi işlər üçün fərqli ərazi sahələrini əhatə edən müxtəlif miqyaslı şəkillər tələb olunur. Qeyd etmək lazımdır ki, planalma sistemlərinin qarşısına qoyulmuş tələblər bəzən bir-birinə zidd olur və buna görə də bu tələblərin eyni zamanda həyata keçirilməsi çox çətin olur. Ümumiyyyətlə tədqiqatçının bütün tələblərinə cavab verən universal planalma sistemləri yoxdur. Adətən aero və kosmik şəkillərin alınması üçün istifadə olunan planalma sistemlərini iki yerə bölürlər:

1) Fotoqrafik(şəkillərin üçün görünən və infraqırmızı şüalardan istifadə edilir)

2) Qeyri-fotoqrafik (spektrın digər sahələrinə xas şüalardan istifadə edilir)

Aero və kosmik şəkillərin alınması üçün bir sıra cihazlardan-fotoqrafik kamera, elektron (televizion) kamera, skaner istifadə edilir. Aerofotoplanalma öz xarakterinə görə bir –qat , bir marşrutlu və sahəvi olurlar. Bir qat planalmada ərazinin kiçik, seçilmiş sahəsinin bir qat şəkillər ilə ötürülməsi ,alınması başa düşülür. Bir marşrutlu planalmada adətən xətti obyektlərin–çaylar, şosse və dəmir yolları və s. şəkli alınır.

Sahəvi planalmada tədqiq olunan ərazinin bütöv fotoqrafik şəkili alınar.

Bir neçə aerofotoşəkildən daha səmərəli istifadə etmək üçün fotosxem tərtib olunur. Fotosxem transformasiya edilməmiş şəkillərin mərkəzi hissələrinin (faydalılığı şəraitində,sərhədləri daxilində) montajı nəticəsində alınır. Bu zaman şəkillərin kənar hissələri kəsilməlidir ki, onları birləşdirəndə uyğunsuzluğu minimal olsun. Şəkillərin kəsilişi mərkəzi hissələrinin ümumi konturlara görə montaj edilir, möhkəm lövhə üzərində yapışdırılması tam fototəsvirlər şəklində fotosxemini verir. Fotosxemlər adətən amplitudlu relyefə malik rayonlar üçün tərtib olunur. Dağlıq rayonlarda kontur nöqtələri arasındakı uyğunsuzluğun çox olmasından (1sm və daha çox) fotosxemin tərtibi mümkün deyil. Belə fotosxemlər tematik və digər xəritələrin tərtibi üçün deşifrləmə zamanı ilk növdə topoqrafik əsas kimi istifadə edilir. Müəyyən ərazinin fotosxemi kosmik plan fotoşəkillərdən montaj edilməklə də tərtib oluna bilir.
Aero və kosmik şəkillərə ikili tanışlıq-rekoqonsirovka deşifrələnməsi
Mürəkkəb proses olan deşifrlənməni daha asan mənimsəmək üçün bir neçə mərhələyə bölünür.

İlk mərhələ aeroşəkillərdə təsvir olunmuş obyekt və hadisələrin aşkar edilməsindən ibarətdir. Tədqiqatçı şəkili öyrənərkən burada bir-birindən rənginə, ölçüsünə, formasına görə fərqlənən obyektlər müşahidə edir. Tədricən əldə edilmiş məlumat qiymətləndiriləcək və informasiyanın səmərəliyinin həcmi məlum olacaq. Lakin bu mərhələdə tədqiqatçının əsas məqsədi ondan ibarətdir ki, o aerokosmik fotoşəkillər üzərində mümkün qədər daha çox obyekt oxusun.

Aeroşəkilin informasiya həcmini iki yolla artırmaq olar:

1) Optika və fotomaterialın müşahidə aşkarlama qabiliyyətini artırmaq.

2) Bizi maraqlandıran obyektləri əvvəlcədən müəyyən edilmiş rəngləri əldə etmək.

Tonu verilirsə sonuncu mərhələdə üstünlük dolayı əlamətlərə verilir.

Deşifrləmənin yuxarıda göstərdiyimiz bütün mərhələləri bir-biri ilə qarışaraq vahid mürəkkəb deşifrləmə prosesi əmələ gətirirlər.
Relyefin deşifrlənməsi

Relyef coğrafi landşaftın çox mühüm elementlərindən biri olub, onun digər komponentlərinin yerləşməsini və xarakterini müəyyən edir. Topoqrafik xəritələrdə relyefin dəqiq təsviri bir çox məsələlərin həllinə imkan verir: Tektonik strukturların yəni tektonik hərəkətlərin əmələ gəlməsini relyef əmələgətirici ekzogen amilləri faydalı qazıntıların öyrənilməsi və s.

Relyefin iri formaları topoqrafik xəritələrdə horizontallarda təsvir olunur və deşifrə universal stereofotoqrammetrik cihazlarda relyefin çəkilməsi ilə birlikdə aparılır. Ümumiyyətlə relyefi deşifrə edərkən onun tipi , xarakteri, əmələgəlmə amilləri və s. minimum məlumata malik olmaq lazımdır. Relyef haqqında bilik əsasən universal cihazlarda işləyərkən lazım gəlir. Çünki bu cihazın bir çox üstünlükləri (işıq sistemi ,güclü ölçü sistemini olması və s.) olmasına baxmayaraq onun müşahidə sahəsi məhduddur.

Düzənlik relyefinin xəritələşdirilməsi prosesi heç bir qrafiki çətinlik törətmir, çünki relyefi əks etdirən horizontalların sayı çox azdır. Lakin digər tərəfdən düzənliklərin təsviri zamanı ərazinin hansı tipə məxsus olduğunu vermək çox çətindir. Çünki relyefin mikroformaları horizontallar kəsiyi ilə ifadə olunur. Akkumulyativ düzənlik və sahil boyu sahələr üçün bənd sistemləri, yuyulmalar ilə parçalanmış ayrı -ayrı təpəliklər xarakterikdir. Öz yüksəkliyinə görə seçilməyən və tez-tez təkrar olunan bu relyef formalarını aeroşəkillərdə aydın izləmək olar. Bunun uçun həmçinin üzərində bitki örtüyünün olduğunu göstərən, bir-birini əvəz edən yüksəklikləri əks etdirən təsvirlərin zolaqlı strukturu və bataqlıqlaşmış və ya su dolmuş qaba rəngli enmələr xarakterikdir.

Həqiqi relyefi meşə örtüyü altından təyin etmək çox çətin, bəzən mümkün olmayan bir işdir. Çünki meşələr çox vaxt relyefə məxsus fərqli formaları sanki bərabərləşdirir. Bu zaman çöl tədqiqat üsullarından istifadə etmək lazım gəlir. Açıq rayonlarda isə mikrorelyef tam aydınlığı ilə deşifrə edilir. Buna misal səhraları göstərə bilərik. Yol düzənlyinin müxtəlif tipləri barxanlı təpəlikli, tirəli, mənfi formalı və s. sahələr aydın təsvir olunmuşdur.

Denudasion düzənliklər müxtəlif ölçülü su və külək eroziyasının, abraziyanın, ekparasiyanın təsiri ilə yaranmış formalarda xarakterizə olunur. Relyefin formalaşmasının su-eroziya prosesləri böyük təsir göstərir. Erozion formalar müxtəlif elementlərə malikdirlər. Yarğanlar və bataqlıqlar üçün çox şaxəli təsvir donuşluq, arid rayonlar üçün isə güclü girintili –çıxıntılı relyef xarakterikdir.

Sürüşmələr aeroşəkillərdə sürüşmüş kütlələrin təpəlikli ilə tanınır. Topoqrafik xəritələrin şərti işarələri sürüşmələrin inkişafının iki mərhələsini əks etdirirlər; fəaliyyətdə olan sürüşmələr və köhnə. Müasir sürüşmələr yamacın əksi istiqamətində düşən parçalanmış qayalıqlarla fərqlənirlər.

Dağ relyefinin deşifrlənməsi zamanı ilk növbədə onun geoloji quruluşla bağlı olan struktur formalarının (çıxıntıları,qayaları, və c. ) müəyyən etmək lazımdır. Qayalar, qayalı uçurumlar onlara xarakterik olan formalar daha çox dikliyinə, girintili-çıxıntılarına görə tanınır.

Dağlıq rayonlarda buzlaqların deşifrlənməsi üçün dolayı element kimi ilk növbədə qar xəttinin yüksəkliyini nəzərə almaq lazımdır. Buzlaqlar aşağıdakı elementlərə görə deşifrə edilirlər;

Moren örtükdən məhrum olan buzlaq dili ətraf mühitdə müqayisədə daha açıq tona, rəngə malikdir. Bundan başqa səthin qabarıq profili də etibarlı əlamət sayıla bilər.

Relyefin vulkanik formaları onlara xarakterik olan qıfabənzər kraterlər və müxtəlif yüksəklikli konusların köməyi ilə asanlıqla tanınırlar.
Məsafədən planalmanın növləri. Planalma avadanlıqları.
Obyekt haqqında videoinformasiya,həmin obyekdən əks olunan elektromaqnit şüalanmanın qəbulu və qeyd edilməsi yolu ilə əldə edilir. Elektromaqnit şüalanma kifayət qədər geniş spektrə malikdir.Videoinformasiya əldə edilməsində , adətən radiodiapazonun müəyyən sahələri ( dalğa uzunluğu 1 mm ) ,bütün optik diapazon və rentgen şüaları diapazonu (10nm > λ 0.01nm ) istifdə edilir. Şüalanmanın spektrin hansı qeyd edilməsindən asılı olaraq ,görünən infraqırmızı, ultrabənövşəyi radio və rentgen planalması müəyyən edilmişdir.

Elektromaqnit dalğalarının şüalanması iki cür xüsusi və əks olunan olurlar. Planalama zamanı , əsasən təbii və ya süni mənbə tərəfindən yaradılan şüaların əks olunması qeyd edilir. Ümumiyyətlə, planalma, xüsusilə kosmik planalma üçün əsas təbii mənbə günəşdir. Kosmik planalma zamanı müxtəlif elmi-tədqiqat və istehsalat məqsədləri ilə optik diapozondan istifadə edilir. Süni mənbə kimi işıqsaçan lampa, projektor, lazer, infraqırmızı və ultrabənövşəyi şüalandırıcılar, və c. istifadə edilir. Lakin bu günkü günə kimi kosmik planalma üçün süni mənbə yalnız radiolokasiya planalması zamanı istifadə edilir.Bu zaman tədqiq olunacaq obyekt səthi padiötürücü tərəfindən radioimpluslarla şüalandırılır.

.

Dolayı üsul, kosmik şəkilləri, planalma aparatları daşıyıcılarının Yer səthinə qayıtmadan almağa imkan verir. Bu zaman son təsvir, göy cismindən qəbul olunmuş şüalar daşıyıcıda (həmçinin yerdə ) yerləşdirilmiş optik, optik-elektron və radiotexniki qurğularda emal olunduqdan sonra (obrabotka) fotoplyonka üzərinə qeyd edilir.



Kosmik şəkillərin fotoqrammetrik işlənməsi üsulu ilə növbədə planalma aparatının texniki xarakteristikası ilə təyin edilir. Kadrın qurulmasının müddətindən və geometriyasından asılı olaraq , planalma aparatlarının üç tipə ayırırlar;

  1. Kadr planalma kameraları

  2. Dəlikli ( щелевую) planalma kameraları

  3. Skayner planalma kameraları

1.Kadr planalma kameraları kadrın bütün nöqtələrinin fotoplyonkada eyni zaman anında –çaxmağın işlənmə anında qeyd etməyə imkan verir. Alınmış şəkil vahid proyeksiya mərkızinə və təsvirin düzgün həndəsi quruluşuna malik olur.

2. Dəlikli planalma kameralarında nöqtələrin təsviri fotoplyonka üzərinə ensiz dəlikdən keçməklə obyektiv tərəfindən proyektlənir.

3. Skayner planalması xüsusi kameralar vasitəsilə həyata keçirilir. Bu zaman təsvirin alınması ardıcıl həyata keçirilir, yəni hər bir nöqtə ayrı zaman anında qeyd edilir və ayrıca proyeksiya mərkəzinə malik olur. Skaner planalma növlərinə həmçinin televiziya və radiolokasiya planaalmasını aid etmək olar.


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin