İxtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı Fənn: Fotoqrammetriya Müəllim: Məmmədova Aygül Mustafa qızı


I sinif – dağ süxurları və torpaq



Yüklə 0,88 Mb.
səhifə12/12
tarix25.05.2018
ölçüsü0,88 Mb.
#51469
1   ...   4   5   6   7   8   9   10   11   12

I sinif – dağ süxurları və torpaq. Bu obyektlər elektromaqnit şüalanması spektrinin qırmızı zonası yaxınlığında daha yüksək spektral parlaqlıqla xarakterizə edilirlər;

I sinif – bitki örtüyü. Xarakterik maksimum əksetmə qabiliyyəti yaşıl, minimum qırmızı və sərt yüksəliş isə yaxın İQ zonalarda müşahidə edilir.

III sinif – su səthi. Su səthinin əyrisi spektrin mavi-yaşıl zonasından qırmızı zonasına doğru monoton olaraq azalır. Buna səbəb əks edən şüaların dalğa uzunluğunun artmasıdır. Belə halda onlar su tərəfindən daha çox udula bilir.

IV sinif – qar səthi və onlara yaxın olan buludlar. Bu obyektlər yüksək spektral parlaqlığa malikdirlər. Parlaqlığın cüzi azalması yaxın İQ zonada müşahidə edilir.

Yuxarıda göstərilən təsnif Landsat peykindəki qurğuların göstəriciləri əsasında tərtib edilib. Şəkildə qeyd edilən zonalar Landsat MSS (Landsat Multi Spectral Scanner) – multispektral skanerinin, Landsat TM isə TM (Thematic Mapper) kamerasının diapazonlarıdır.

20151019_111406

Şəkil 1. Obyektlərin spektral parlaqlıq əyriləri

Bitki örtüyünün tədqiqatı zamanı MYZ məlumatları belə məsələlərin həlli üçün istifadə edilir.

-meşələr,kolluqlar,bitki örtüyü olan çöllər,çəmənliklər,bataqlıq bitkiləri,tundra və s.kimi ərazilərin əşkarlanması və onlarda olan bitki örtüyünün tipinin müəyyən edilməsi;

-meşə və çöl yanğınlarının operativ müşahıdəsi;

-bitki örtüyündə mövsümlə bağlı olan dəyişmələrin müəyyən edilməsi;

-bitki örtüyünün vegetasiya indekslarinin müəyyən edilməsi.

Torpaqların vəziyyətinin qiymətlənməsi sahəsində MYZ məlumatları vasitəsilə aşagıdakı məsələləri həll etmək olar:

-çöl zonalarında otarma nəticəsində otlaq sahələrinin diqresiyasının aşkar edilməsi;

-bitki örtüyü müxtəlif dərəcədə pozulmuş ərazilərin aşkar edilməsi;

-şoranlıq massivlərinin və onların strukturunun müəyyən edilməsi;

-qruntun şorlaşma səbəblərinin müəyyən edilməsi;



Antropogen təsirdən torpaqlarm şorlaşması və bitki örtüyündə getmiş dəyişikliklərin kosmik təsvirlərin emalı əsasında öyrənilməsi
İbtidai-icma dövründən başlamış bu günə kimi insanlar təbiətə müxtəlif formada öz təsirini göstərməkdə davam edir. Həmin təsvirlərin forması və miqyası illər keçdikcə artır.

Statistik rəqəmlər göstərir ki, planetimizin 149 mln km2 təşkil edən quru hissəsinin təxminən 25-30%-i kənd təsərrüfatı əkin sahələrinin payına düşür.

Müəyyən edilmişdir ki, son üç əsrdə antropogen təsirdən planetimizin ərazisində meşələrin sahəsi təxminən iki dəfə azalmışdır. Hazırda Yer kürəsində meşələrin sahəsi təxminən 3,5 milyard hektar təşkil edir. Statistik məlumatlardan aydm olur ki, antropogen təsir nəticəsindəplanetimizin ərazisində meşələrin sahəsi il-də orta hesabla 12-15 mln ha və yaxud gün ərzində30-35 min ha azalır.

XX əsr elmi-texniki inkişaf dövrü olub, sənayenin, dünya iqtisadiyyatınm formalaşması, əmək ehtiyatı və məhsuldar qüvvələrin güclü inkişafına gətirib çıxartmışdır. Bu inkişafın ətraf mühitə təsiri hesaba alınmadığından, təsərrüfat sahələrinin biosfera təsiri təbii balansın pozulmasına səbəb olmuşdur.

Müxtəlif ölkələrin tədqiqatçıları Yer kürəsində "dəhşətli ekoloji vəziyyət" baş verməməsi üçün, əvvəlcədən onların qarşısının alınması tədbirlərinin hazırlanması vacibliyini bildirirlər.

Alimlər apardıqları tədqiqatlara əsasən müəyyən ediblər ki, planetimizin ərazisində torpaq-bitki örtüyünün deqradasiyası təbii ehtiyatlardan səmərəsiz istifadə edilməsinin nəticələridir.

XVIII əsrdə Rusiyanm ərazisində meşə örtüyü ümumi torpaq sahəsinin 55 %-ni təşkil edirdisə, hazırda meşələ-rin sahəsi ümımıi ərazinin təxminən 30 %-ni əhatə edir.

1946-cı ildən 2002-ci ilə kimi müddət ərzində ancaq Rusiya meşələrində 86 mln ha ərazidə yaşıl ağaclar kəsilmişdir. Bu Rusiya ərazisində776,1 mln ha meşə sahəsinin 11,1%-ni təşkil edir. Həmin illər ərzində Rusiyanın meşə ərazilərində baş vermis yanğınlar nəticəsində bu göstəricilərdən daha çox yaşıllıqlar məhv edilmişdir.

Meşə örtüyünün məhv edilməsi ABŞ, Kanada, Braziliya, Çin, Hindistan və Afrika dövlətlərində də intensiv getmişdir.

BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatların məlumatına görə 1980-1990-ci illərdə 28 milyon ha tropik meşə sahəsi məhv edilmişdir. Beləliklə, həmin illər ərzində planetimizin ərazisində tropik meşələrin sahəsi təxminən 30 % azalmışdır.

Qeyd etmək lazımdır ki, tropik meşələrin kəsilmə intensivliyi onların bərpa edilməsindən 10 dəfədən artıq gedir. Əgər bu vəziyyət belə davam edərsə, XXİ-ci əsrin sonuna kimi tropik meşələr tamamilə məhv olar. Hansı ki, həmin meşələr "planetin ağ ciyəri" adlandırırlar.

Azərbaycanda topaq-bitki örtüyünə antropogen təsiri min illərdən bəri davam edir. Bizim eradan əvvəl yaşamamış məşhur yunan coğrafıyaşünası "Strabon" Qafqaz Albaniyasına həsr etdiyi "Coğrafıya" adlı əsərində (ll-ci cild )yazır. "Böyük və Kiçik Qafqaz keçilməz meşəliklərlə örtülü olmuşdur. Six meşələr Xəzər dənizi sahillərinə qədər uzanır."

Bir çox illər boyu Azərbaycanın dağlıq əraziləri meşələrindən çoxlu yaşıl ağacların kəsilməsi, meşə eko-sistemində böyük dəyişiliklərə səbəb olmuşdur. Belə-liklə, oksigen mənbəyi olan meşələrdə yaşıllıq sahələ-rinin getdikcə azalması, həmin ərazilərdə iqlimin tədri-cən korlanmasma eləcə də bu və digər torpaq sahələ-rində eroziya prosesinin artmasına ciddi təsir edir.

Yer kürəsində torpaqların deqradasiyası bütün insan cəmiyyətlərindəəkinçiliyin və heyvandarlığm inkişafı iləəlaqədar baş veımişdir [

Son 50 il ərzində planetimizdə əhalinin sayı 2 dəfədən çox artmışdır. Məlumdur ki, insanların sayı artdıqca, onlann ərzaq və digər məhsullara olan təlabatı da artır.

Baxmayaraq ki, Yer kürəsində suvarılan torpaqlar ümumi əkin sahəsinin 10 %-dən azdır, ancaq kənd tə-sərrüfatı məhsullarının 30-35 %-i bu torpaqlarda becə-rilir. Qeyd etmək lazımdır ki, dünyanm bir çox öj.kələri-nin (Çin, Hindistan, Pakistan, Misir və s.) ərazisində suvarılan torpaqlardan ildə2-3 dəfə məhsul almır. Su-varılan torpaqların bu müsbət xüsusiyyətləri ilə bərabər həm dəonlarm xoşagəlməyən əlamətləri də var. Suvarılan torpaqların təbii şəraiti vətorpaqəmələgəlməxü susiyyətləri göstərir ki, kənd təsərrüfatı əkin sahələrin-də aqrotexniki və aqromeliorativ qaydalara düzgün ria-yət edilməməsi nəticəsində bu torpaqlarda şorlaşma getməyə başlayır.

Statistik məlumatlardan aydm olur ki, antropogen amillərin təsiri nəticəsində hər il planetimizin ərazisin-də1 mln hektara yaxm suvarılan torpaqlar şorlaşaraq yararsız vəziyyətə düşür. Beləliklə, illər keçdikcəantropogen təsirdən Yer kürəsində şorlaşmış torpaqlarm sahəsi artdığmdan, kənd təsərrüfatı əkin sahələri azal-mağa başlayır. Ona görə də suvarılan torpaqlann müha-fızəsi və onlarm yaxşılaşdırılması hazırda insanlarm qarşısmda duran ən vacib məsələ sayılır.

İnsanlarm sistemsiz təsərrüfat fəaliyyəti nəticəsində hazırda təbiətə göstərilən antropogen və texnogen təsir-lərin ölçü miqyası о qədər genişlənmişdir ki, bu təkcə bir regionım vəyaxud bir dövlətin problemi olmayıb, bütünlükdə Yer kürəsini əhatə edən qlobal ekoloji problemə çevrilmiçdir. Beləliklə, planetimizin ərazisin-dəantropogen landşaftlarm sahəsinin durmadan artma-sı təbiətə öz mənfı təsirini göstərir.

Respublikamızm ərazisində degradasiyaya uğramış torpaqlar geniş yayılmışdır.

c:\users\user\appdata\local\microsoft\windows\temporary internet files\content.word\20151026_114616.jpg Şoran torpaqlar

Antropogen və təbii sistemlərin davamlılıgının qiymətləndirilməsi.

Bu zaman təbii-antropogen sistemlərin antropogen təsirə görə davamlı olmasının kateqoriyaları müəyyən edilir,funksional və struktur dəyişməsinə məruz qalan sahələr aşkarlanır.Bunlardan əlavə xüsusi qorunan ərazilərdə təsərrüfat fəaliyyəti ilə baglı olan obyektlər müəyyən edilir.

Şəhərlərin ekoloji problemlərinin aşkar edilməsi sahəsində MYZ məlumatları bu istiqamətlərdə istifadə edilir:

-istehsalat və məişət tullantılarının icazə verilməyən ərazilərdə saxlanması hallarının aşkar edilməsi;

-icazə verilməyən tikintilərin,şəhər,qəsəbə və kəndlərın planlarının pozulması hallarının müəyyən edilməsi;

-sıx tikinti sahələrinin və şəhər yaşıllıgının qiymətləndirilməsi;

-şəhər ətrafında qar örtüyünün çirklənmə dərəcəsinin müəyyən edilməsi.

Atmosfer çirklənməsi prosesinə nəzarət məqsədi ilə MYZ metodları aşagıdakı məsələləri həll etməyə imkan verir:

-aerozol-tüstü çirklənməsi yayılan ərazilərdə çirklənmə dərəcəsinin və ərazilərinin sahəsinin müəyyən edilməsi.

Səth sularının ekoloji vəziyyətinin tədqiqi zamanı MYZ məlumatları aşagıdakı işləri görməyə imkan verir:

-səthi-aktiv maddələrlə,mineral asılılıqlar və başqa maddələrlə su səthindəki çirkli sahələrin aşkar edilməsi,qazalarda və axınlar vasitəs ilə baş verən çirklənmə mənbəyinin təyin edilməsi;

-su hövzələrində akvatoriya üzrə zərərli və çirkli maddələrin yayılması prosesinin proqnozunun verilməsi;

-su hövzələrinin neft və neft məhsulları ilə çirklənməsi prosesinin monitorinqi və onların mənbələrin aşkar edilməsi.

Mövzu28 Aerokosmik materiallar əsasında neft və qaz ehtiyatlarının geoloji kəşfiyyatı


Plan

1.Aerokosmik materiallardan neft və qaz ehtiyatlarının geoloji kəşfiyyatı ilə bağlı olan məsələlərin həllində istifadəsi

2.Aerokosmik materiallar əsasında karbohidreogen ehtiyatlarının geokimyəvi anomaliyaların aşkar edilməsi

3.Neft və qaz yataqlarının proqnozu

4.Aerokosmik materialların geoloji – geofiziki məlumatların analizi

5.Aerokosmik materiallar əsasında neft və qaz yataqlarının perspektiv axtarış istiqamətlərinin müəyyən edilməsi

6 Kosmik materiallar əsasında neft - qaz struktur və ya fotogeoloji kartoqrafiyasının aparılması
7.Azərbaycanda neft və neft məhsulları ilə çirklənmiş torpaq sahələri

Ədəbiyyat

1..Nağıyev P.Y., Talıbova S.S. və b. Yerin məsafədən tədqiqinin inkişaf tarixi və aerokosmik foroşəkillərin emalı əsasında təbii sərvətlərin xəritələşdirilməsi. Azərbaycan Milli Aerokosmik Agentliyinin Xəbərləri. Bakı, 2008, №3(2).

2.Ağayev F.G., Nağıyev P.Y., İbrahimova S.R., Hüseynov K.K. Böyük Qafqazın cənub yamacında (Azərbaycan daxilində) antropogen amillərin meşə örtüyünə təsirinin kosmik təsvirlər əsasında tədqiqi. Görkəmli təbiətşünas alim, akademik Həsən Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans "Azərbaycan Təbiətinin Ekocoğrafı Problemləri". Azərbaycan Coğrafıya Cəmiyyətinin əsərləri XII cild, Bakı, 2008.


Neft və qaz ehtiyatlarının geoloji kəşfiyyatı ilə bağlı olan məsələlərin həllində MYZ məlumatları aşağıdakı hallarda istifadə edilir.

- yataqların kəşfiyyatı və istismarı tərzinə nəzarət proseslərində

- boru kəmərləri sistemi və anbarların tikintisində

- neft və qazın nəqlində

- neft və qaz mədənləri , habelə onların emalı ilə məşğul olan müəssisələr olan ərazilərdə təbii mühitin monitorinqi

Məlumdur ki, dünya ölkələrinin energetik balansında neft və qaz məhsulları başlıca yer tutur. Hazırda bütün dünyada baş verən münaqişələrin yaranmasına səbəb də neft və qaz ehtiyatları ilə bağlı olan məsələlərdir. Neft və qaz ehtiyatlarına tələbatın artması onların kəşfiyyatı məsələsini aktual edir.

MYZ –nın vasitə və məlumatları əsasında karbohidrogen ehtiyatlarının geokimyəvi anomaliyaları aşağıdakı metodlarla aşkar edilə bilər:

-zonalı kosmik təsvirlərdə anomaliyaların spektral xüsusiyyətlərinin formalaşması metodları və fəza filtrasiyası əsasında tekstura əlamətlərinin formalaşması ;

-MYZ məlumatlarının tekstura analizi metodları və kosmik təsvirlərdə aşkar edilən lineament və dairəvi strukturların interpretasiyası metodikası;

- karbohidrogen ehtiyatları və çat pozuntuları olan ərazilərin müxtəlif landşaft elementlərinin – struktur indikatorlarının aşkar edilməsi metodları ;;

- təbii ehtiyatlar olan ərazilər hüdudunda yerli tektonik şəraiti tədqiq etməyə imkan verən geoloji indikatorların (lineamentərin, göl və müxtəlif tipli bataqlıq olan sahələrin ) paylanma xarakteristikaları sxemini analız etməklə onların blok quruluşunun öyrənilməsi , çatı olan zonaların aşkarlanması ,təbii dağıntılara , çıxıntılara məruz qalan əraziləri və müxtəlif perspektivli neft-qaz daşıyan sahələri müəyyən etməklə axtarış –kəşfiyyat quyularının yerini seçə bilmək olar.

-MAP –cəbri (multispektral kosmik təsvirlərin kanalları üzərində əməliyyatlar)metodları , flüoritlərin yataqlardan miqrasiyasının təsiri altında torpaq-bitki örtüyündə baş verən dəyişiklikərə görə , perspektivli neft strukturlu sahələrin güman edildiyi ərazilərin üzərində spektral anomaliyanın aşkar edilməsi;

Hazırda neft-qaz sahəsində neft-qaz yataqlarının , karbohidrogen tələlərinin mövcud ola bilməsinin müvəffəqiyyətlə proqnozu üçün GİS –dən istifadə etmək mühüm əhəmiyyətə malikdir. Bu məqsədlə böyük həcmli informasiyaların inteqrasiyasına ehtiyac yaranır. Bunlara MYZ məlumatları , geofiziki geokimyəvi və s. kimi digər məlumatlar aiddir ki, onlar tədqiq edilən obyektlərin müxtəlif xarakteristikalarını özündə əks etdirir. Müasir GİS imkan verir ki, müxtəlif cinsli məlumatları saxlamaq , redaksiya və analiz etmək , məlumatlar bazası yaratmaq , geoloji modelləri qurmaq və onların əsasında dərinlikdə yerləşən , yeraltı neft-qaz daşıyan strukturları müəyyən etmək olsun.


  • MYZ və geoloji-geofiziki məlumatların kompüter analizi və emalı ilə yanaşı bu tədqiqatlara ənənəvi informasiya analizi metodlarını da cəlb etmək olar. Məsələn , kosmik təsvirlərdə aşkarlanan lineament və dairəvi strukturları texniki vasitələrlə alınan nəticələrdəki koordinatlara vizual tutuşdurmaq olar. Faydalı qazıntıların yataqları haqqında qəbul edilmiş belə bir qayda məlumatdır. Bu qaydaya görə lineament minerageniya filiz , neft və qaz yataqları arasında əlaqə yaradıb onların

lineament strukturlarla (planetar çatlaqlar zonasında ) birgə yerləşməsi prosesinə səbəb olur. Lineamentlər filiz , neft və qaz yığan strukturladır. Bu strukturlarda genezisi və yaşına görə müxtəlif elementlər yer tuturlar. Miqyası M 1: 2500000 olan kosmik-geoloji xəritədə aşkar olunan qaz və neft yataqları yayılmış lineamentləri tutuşdurduqda aydın olur ki, karbohidrogen yataqları riflər üzrə depressiyalar və vallarda –yerin səthinin çatlaqları üzrə aşağı düşmüş və çatlaqlar üzrə yayılmışdır .

Neft və qaz yataqlarının həm perspektiv axtarış istiqamətlərini müəyyən etmək üçün həm də regional və zonal səviyyədə geodinamik modellərin qurulması üçün çatlaqların əmələ gəlməsinə aid xarakteristik xüsusiyyətləri bilmək lazımdır. Bunlara, onların morfoloji –genetik tiplərinin əmələ gəlməsi, bu tiplər arasında qarşılıqlı münasibətin olması, fəzada yönəlmə sistemi , əmələ gəlmə vaxtı , aktivləşməsi və zəifləməsi kimi xüsusiyyətlər aiddir.

Əsas istiqamətlərdən biri geoloji strukturların kartoqrafiyasıdır ki, bu məlumatlar əsasında , Yerin səthindəki geoloji əlamətlərə görə neft və qaz mənbələrini müəyyən etmək olar. İkinci istiqamət flüidlərin qədimdən bəri ,uzunmüddətli sızma axınlarının kartoqrafiyasıdır. Bu axınlar süxur və torpaqlarda çatlaqlar boyu və başqa digər yüksək sızma zonalarında isə geokimyəvi anomaliyalara görə müəyyən edilir. Üçüncü istiqamət müasir karbohidrogen sızma mənbələrinin kartoqrafiyasıdır. Adətən bu mənbələrdən sızmalar yerüstü bitkilərdə (geobotaniki anomaliyalar) səbəb olur və dənizlərin səthində neft ləkələri və qaz köpüklənməsi əmələ gəlir.

Neft –qaz strukturlarının struktur və ya foto-geoloji kartoqrafiyası əvvəllər aerofoto təsvirlər əsasında aparılırdı. Son dövrərdə kosmik təsvirlərin alına bilməsi bu proseslərə yeni təkan verdi. Xüsusən kanalların bölünməsi əsasında alınan , yüksək fəza dəqiqliyi olan multispektral təsvirlərdə, flüidlərin yataqlardan uzunmüddətli miqrasiyaları nəticəsində əmələ gələn sızma əlamətlərinə əsasən ,geokimyəvi anomaliyalar (dəmir və başqa metalların oksidlərinin ,karbonatların və s. kimi maddələrin anomal miqdarı ) daha yəqinliklə müəyyən etməyə imkan yarandı. Bitki örtüyü sıx olan rayonlarda torpaq və dağ süxurlarında geokimyəvi anomaliyalar MYZ məlumatları əsasında birbaşa müəyyən edilə bilməsi də belə ərazilərdə dəqiq şəkildə geokimyəvi anomaliyalar (spesifik bitki növlərinin əmələ gəlməsi ,təsir atında olan bitkilərin olması) müşahidə edilir ki, bu da karbohidrogen yatağından miqrasiya edən və həmin rayonların torpaqlarında toplanan metalların hesabına ola bilər.



Beləliklə, MYZ məlumatlarını istifadə etməklə karbohidrogen yataqlarının tapılması istiqamətində böyük nəticələr əldə etmək mümkündür. Buna səbəb aşağıdakı göstərilən cəhətlərdir.

  • Neft-qaz kəşfiyyatı ilə bağlı olan, böyük həcmli informasiyanın kompüter texnologiyası əsasında emal edilə bilməsi. Bu zaman Yerin səthindəki geoloji –geofiziki əlamətləri daxili quruluşla əlaqələndirə bilmək və ayrı-ayrı ərazilərdə olan neft-qaz strukturlarının statıstik paylanma qanunauyğunluğunu müəyyən etmək olar.

  • Yüksək fəza və spektral dəqiqliyə malik mikrodalğalı , lazer İQ kosmik sensorlar kimi yeni çəkiliş sistemlərinin yaranması. Bu sistemlər karbohidrogen yataqlarının flüid sızmaları nəticəsində əmələ gələn torpaq və bitki anomaliyalarını müəyyən etməyə yeni imkanlar yaradır.

  • Qeyd etmək lazımdır ki, Yerin tərkindən çıxarılan neft torpaq səthinə yayılanda torpaqda tədricən biokimyəvi proseslər getməsi nəticəsində о anerob vəziyyətdən aerob şəraitə düşür. Bu şəraitdə neft və neft məhsulları mikroorqanizmlərin təsirinə məruz qaldığından, oksidləşmə prosesi getməsi başlayır və nəticədə müxtəlif birləşmələrə çevrilir.

  • Torpaqda yayılmış həmin məhsullar oksidləşdirici amil olan molekulyar oksigenlə neft karbohidrogenlərinin qarşılıqlı təsirindən, son məhsul olaraq, CO2 və H2O əmələ gəlir. Beləliklə, neft və neft məhsulların torpaqlarda kımetabolizmin son məhsulları yaranır. Bunlar aşağdakılardır:

  • 1. Müxtəlif karbonları əmələ gətirən karbon turşusu və su;

  • 2.Oksigenli birləşmələr (spirtlər, turşular və s.);

  • 3.Yüksək molekullu neft komponentlərindən ibarət olan bərk qalıq, bitum torpağın aerosiyası başlayır və mikroorqanizmlər, canlılar və bitkilər məhv olur.

  • Beləliklə, yarımadanın ərazisində aparılmış torpaq tədqiqatları və bizim tərəfimizdən keçirilən ekoloji reydlər göstərir ki, Abşeronun Sabunçu, Suraxanı, Buzovna, Zığ, Binəqədi, Yasamal, Qaradağ, neft yataqları yerləşən sahələrdə antropogen təsirlər nəticəsində torpaqlar nəzərə çapacaq dərəcədə neft və neft məhsulları ilə çirklənmişdir. Müəyyən edilmişdir ki, həmin sahələrdə neft və neft məhsulları nəinki torpağın 0-30 sm şum qatına, həm də torpağın 1-2 m dərinliyinə qədər hopmuşdur (Şəkil 1 və 2).



  • изображение

  • Şəkil 1. Neft və neft məhsulları ilə çirklənmiş torpaqlar



  • Müəyyən edilmişdir ki, 1990-cı ilə kimi Abşeron yarmadasında 5 mindən çox neft quyusu olmuşdur. Son 10-ildə həmin neft quyularının təxminən yarısı öz fəaliyyətini dayandırmışdır.

  • Yarmadanın ərazisində aparılmış ekoloji reydlər göstəriri ki, əksər neft quyularının ətrafında neft və neft məhsulları ilə çirklənmiş, dəmir-beton tullantıları və özüllərlə tutulmuş funksional fəaliyyətini tam itirmiş "ölü" torpaqlar var.

  • Aşağıda bir neçə Neft Qazçıxarma İdarəsi (NQÇİ) ərazisində torpaqların ekoloji vəziyyətinə dair qısa məlumat verilmişdir.

  • "Qaradağneft" NQÇİ. Neft sənayesi rayonda 40925 ha sahəni əhatə edir. Neft yataqlarından yer səthinə il ərzində çıxarılan 3,65 min m3lay suların təxminən 2,5 min m3 təmizlənmədən rayon ərazisinə axıdılır. Beləliklə, NQÇİ-nin 10 min hektardan artıq torpaq sahəsi neft məhsulları ilə çirklənərək yararsız vəziyyətə düşmüşdür. Belə çirklənmiş sahələrə Yasamal dərəsindən başlayaraq Xəzər dənizinə kimi uzanan ərazidə təsadüf edilir. Bu ərazinin geniş hissəsinin torpaq-bitki örtüyü korlanmış, bəzi sahələrdə isə məhv olub sıradan çıxmışdır.

  • Neft quyularında lay suların və çirkab sənaye axıntılarının uzun illər torpaq səthində buraxılması nəticəsində ifrat dərəcədə çirklənmiş əraziyə Lökbatan avtomobil yolunun hər iki tərəfində 300 hektara qədər sahəni əhatə edən gölməçələri misal göstərmək olar.

  • Aşağıda 1998-ci ildə kosmosdan çəkilmiş təsvirlərin emalı əsasında Bakı şəhəri və onun ətraf ərazilərində neft və neft məhsulları ilə çirklənmiş torpaq sahələri göstərilmişdir (şəkil 3).

  • изображение0002

  • Şəkil 3. 2002-ci ildə kosmosdan çəkilmiş təsvirlərin emalıəsasında Bakı şəhəri və ətraf ərazilərində neft və neft məhsulları

  • Aşağıda kosmik təsvirlərin rəqəmli təhlili nəticəsində Abşeron yarımadasının torpaq sahələrinin ekoloji vəziyyətini göstərən xəritə verilmiıdir (Şəkil 4).

  • изображение0002

  • Şəkil 4. Kosmik təsvirlərin emalı əsasında Abşeron yarımadasında neft və neft məhsulları ilə çirklənmiş torpaq sahələri

  • Son illər Abşeron yarımadasında neft və neft məhsulları ilə çirklənmiş torpaqların rekultivasiya etmək üçün nəzərə çarpacaq dərəcədə aqromeliorativ tədbirlər aparılır. Sözsüz yaxın illərdə bu torpaq sahələrinin, çox hissəsindən istifadə etmək mümkün olacaqdır.

  • 1998-ci ildə "LANDSAT-TM" peykindən çəkilmiş təsvirləri CMS texnologiyası ilə rəqəmli təhlil aparılaraq, Abşeron yarımadasında neft və neft məhsulları ilə çirklənmiş torpaq sahələri xəritəyə almmışdır.

  • Qeyd etmək lazımdır ki, torpaqların ekoloji vəziyyətinin korlanmasına uzun illər Abşeron yarımadasının bir çox qəsəbə və kəndlərinin sakinləri tərəfindən istixanalarda qərənfıl yetişdirilməsi də öz mənfı təsirini göstərmişdir. Belə ki, örtülü istixanalarda yetişdirilən qərənfillərə ilk becərmə vaxtından tam çiçəkləyənə kimi, təxminən 4 dəfə müxtəlif zəhərli kimyəvi dərmanlar verilir. Həmin dərmanlar torpaqları zəhərləməklə bərabər həm də qərənfılləri suvararkən, onlar torpağın dərin qatlarına gedir və qrunt sularına qarışaraq, onların kimyəvi tərkibini pisləşdirir. Bundan başqa, hər iki ildən bir həmin istixanaların torpaqları dəyişdiriləndə təxminən 150-200 ton torpaq çıxarılıb, qəsəbələrin ətrafına və yaxud Xəzər dənizinin sahillərinə atılır.

  • Beləliklə, bu və ya digər sahələrə atılmış zəhərli torpaqlar yarımadanın ərazisində tez-tez əsən şimal və xəzri küləklərin təsiri nəticəsində ətraf sahələrə yayılaraq, başqa münbit torpaqların da kimyəvi tərkibini pisləşdirir. Abşeron yarımadası ərazisinin ekoloji vəziyyətinin korlanmasına, uzun illər yarımadanın ərazisində çoxlu sayda daş və qum karxanalarının fəaliyyət göstərməsi də təsir edir.

  • Müəyyən olmuşdur ki, 2005-ci ilə kimi Abşeron yarımadasında 15 daş (Güzdək, Qaradağ, Maştağa, Hövsan, Novxanı, Zirə, Zığ və s.) və çoxlu sayda qum (Duvannı, Balaxanı, Suraxanı. Novxanı və s.) karxanaları öz fəaliyyətini davam etdirir. Sözsüz bu karxanaların intensiv isitismarı nəticəsində həmin sahələrdə mövcud olan təbii landşaftlar tamamilə korlanmışdır.















Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin