6.4 Becərmənin əsasları 6.4.1 Torpağın fiziki-mexaniki xassələri və onların becərmənin keyfiyyətinə təsiri
Torpağın becərilməsinin keyfıyyəti, istifadə edilən aiətiərin quruluşundan və torpağın fiziki-mexaniki xassələrindən asılıdır.
İstifadə olunan alətləri düzgün seçməklə, torpaqda gedən texnoloji proseslərə lazımi istiqamət vermək və becərmənin keyfiyyətlə aparılmasına nail olmaq mümkündür.
Torpaqbecərmədə istifadə edilən alətlər seçilərkən, torpağın fıziki -mexaniki xassələri nəzərə almmalıdır.
Torpağın əsas fiziki-mexaniki xassələrinə plastiklik, yapışqanlıq (ilişkənlik), rabitəlilik, fiziki və bioloji yetişkənlik və s. daxildir.
Torpağm fıziki-mexaniki xassələrinə onun nəmliyi, qranulometrik tərkibi, struktur vəziyyəti, tərkibində olan üzvi maddələrin miqdarı və s.birbaşa təsir göstərir (Şəkil 4.22).
Şəkil 4.22. Torpaq becərmənin üstünlükləri
Plastiklik, xarici qüvvənin təsiri ilə torpağın öz formasını dəyişməsi prosesidir. Plastiklik müəyyən nəmlik həddində mövcud olur. Nəmliyin az və ya çox olması torpağın plastikliyini azaldır.
Plastiklik torpaq hissəciklərinin formasından, onun qranulometrik, kimyəvi, mineroloji tərkibindən asılıdır.
Gilli torpaqlar çox, qumsal torpaqlar isə az plastik olurlar.
Tərkibində mübadiləli kalsium və maqnezium olan torpaqların plastikliyi az, natriumu çox olan torpaqlann plastikliyi isə yüksək olur. Humusun miqdarının artması torpağın plastikliyini azaldır.
Plastiklik xüsusiyyəti olan torpaqların becərmə alətlərinə olan müqaviməti xeyli az olur. Ona görə də yüngül qranulometrik tərkibə malik olan qumsal torpaqlar, ağır qranulometrik tərkibli gilli torpaqlara nisbətən daha asan və keyfiyyətlə becərilir.
Dostları ilə paylaş: |