Alaq bitkilərinə qarşı mübarizə profılaktiki və qırıcı tədbirlər aparmaqla həyata keçirilir. Profılaktiki tədbirlər alaqların yayılmasının qarşısını alan karantin və qabaqlayıcı tədbirlərdən ibarətdir. Qırıcı tədbirlər isə aqrotexniki (mexaniki), fıziki, kimyəvi və bioloji üsullarla aparılır(Şəkil 4.21).
Şəkil 4.21. Təsərrüfatlarda alaqların idarə edilməsi
Qabaqlayıcı tədbirlər
Qabaqlayıcı tədbirlərin aparılmasında məqsəd, alaq toxumlarının və digər yayılma vasitələrinin kənardan tarlaya daxil olmasınm qarşısını almaqdan ibarətdir. Bunun üçün aşağıdakı tələbatlara əməl edilməlidir:
l.Yüksək kondisiyalı toxum əldə etmək üçün səpin materialı təmizləyici-sortlaşdırıcı maşınlardan keçirilməli və bu zaman alaq toxumları məhv edilməlidir.
2.Təzə peyində külli miqdarda alaq toxumları olduğuna görə,onları cücərmə qabiliyyətindən məhrum etmək üçün, ancaq tam çürüdülmüş peyindən istifadə olunmalıdır.
3.Alaq toxumlarının əkin sahələrində yayılmasının qarşısını almaq üçün, yol kənarlarında, suvarma arxlarında və tarlanın kənarlarında olan alaq bitkiləri çiçəkləmədən əvvəl çalınıb təmizlənməlidir.
4.Səpinlə əlaqədar istifadə edilən toxum daşınan kisələr, xarallar,səpici aqreqatlar və s. alaq toxumlarından təmizlənməlidir.
5.Ərazinin torpaq iqlim şəraitinə uyğun sortlar seçilməli, səpin və məhsul yığımı vaxtında başa çatdırılmalıdır.
6.Düzgün, elmi əsaslandırılmış növbəli əkin sistemi tətbiq edilməlidir.
Dostları ilə paylaş: |