EROZİYA (lat. erosio – yeyilmə) – süxurların və torpağın səth suları ilə yuyulması, dağılması, axının gücü ilə süxurların mexaniki parçalanması, süxurların (əhəngdaşı, dilomit və s.) kimyəvi həlli və s. proseslərin məcmusu. Eroziya səthi və xətti təsir göstərir. Səthi eroziyada relyefin kələ-kötürlüyü hamarlaşır, xətti eroziyada isə yarğan, qobu, dərə və s. əmələ gəlir.
Torpaq eroziyası torpağın münbit qatının su və külək vasitəsi ilə dağılmasına deyilir. O, normal və sürətli (dağıdıcı) olur. Normal eroziya tədricən başlayır və torpağın münbitliyini azaltmır. Sürətli eroziya insanın düzgün olmayan təsərrüfat fəaliyyəti: yamaclarda torpağın düzgün becərilməməsi, mal-qara otarılması və s. nəticəsində əmələ gəlir. eroziyanı yağış, qar, suvarma suları və külək törədir. Səthi, qobu, irriqasiya və külək eroziyana təsadüf edilir. Eroziyanın təsirindən torpağın münbit qatı yuyulub dağılır, qobular, yarğanlar əmələ gəlir. Torpaq eroziyasının qarşısı aqrotexniki, meşə-meliorasiya, hidrotexniki mübarizə tədbirləri ilə alınır.
TORPAĞIN EROZİYASI – Meylli sahələrdə (yamaclarda) suyun torpağı və onun ayrı-ayrı hissələrini yuması nəticəsində torpaq örtüyü bütövlüyünün pozulması və dağılması
Dostları ilə paylaş: |