İxtisasın (proqramın) şifri və adı: 040530 – Yol hərəkətinin təşkili baki 2014



Yüklə 204,57 Kb.
tarix03.07.2018
ölçüsü204,57 Kb.
#55587

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ


Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01 oktyabr 2014-cü il tarixli 1045 nömrəli əmri ilə təsdiq edilmişdir

Orta İxtisas Təhsilinin Dövlət Standartı
Subbakalavr hazırlığı üzrə

T Ə H S İ L P R O Q R A M I


İxtisasın (proqramın) şifri və adı: 040530 – Yol hərəkətinin təşkili

BAKI - 2014

  1. Ümumi müddəalar



    1. Subbakalavriat səviyyəsinin 040530- “Yol hərəkətinin təşkili” ixtisası üzrə Təhsil Proqramı (bundan sonra ixtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş «Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramına», «Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı»na və orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına uyğun hazırlanmışdır.

    2. İxtisas üzrə Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə subbakalavr hazırlığını həyata keçirən bütün orta ixtisas təhsili müəssisələri üçün məcburidir.

    3. Strukturda istifadə olunan işarələr:

OİTP – orta ixtisas üzrə Təhsil Proqramı

ÜK – ümummədəni kompetensiyalar

PK peşə kompetensiyaları



    1. 040530 – “Yol hərəkətinin təşkili” ixtisasının xarakteristikası.

İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:




İxtisasın şifri və adı

Verilən ixtisas dərəcəsi

Əyani forma üzrə təhsil müddəti

Kreditlərin sayı

040530- “Yol hərəkətinin təşkili”

Subbakalavr

Tam orta təhsil bazasından - 3 il*

180



* Ümumi orta təhsil bazasından və qiyabi forma üzrə təhsil müddəti 1 il artıqdır (ixtisas üzrə qiyabi formada təhsil nəzərdə tutulduqda).


  1. Məzunun ixtisas xarakteristikası və kompetensiyası




    1. Subbakalavrın ixtisas xarakteristikası.

- subbakalavr peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə və bakalavr pilləsində təhsil almağa hazır olmalıdır;

- mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s. işləyə bilər;

- mövcud qaydalara riayət etməklə, istənilən təhsil müəssisəsində (ali və orta ixtisas təhsili müəssisələrində elmi və elmi-pedaqoji fəaliyyət istisna olmaqla) çalışa bilər.


    1. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyalarına qoyulan tələblər.




      1. Subbakalavr aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:




  • Azərbaycan tarixinin əsas mərhələlərini, tarixi şəxsiyyətləri və əsas tarixi hadisələrlə bağlı məlumata malik olmalı (ÜK-1);

  • Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli və fikrini düzgün ifadə etməli (ÜK-2);

  • ixtisasına dair xarici dildə olan ədəbiyyatlardan istifadə etməli (ÜK-3);

  • sosial-iqtisadi sahədə əsas təlimləri, sosial əhəmiyyətli problemlərin təhlilini aparmalı bacarmalı (ÜK-4);

  • fəal sosial mobillik (ÜK-5);

  • hüquqi biliklər və etik normalara malik olmalı (ÜK-6);

  • kollektivdə işləmək qabiliyyətinə malik olmalı (ÜK-7);

  • digər sahələrin mütəxəssisləri ilə ünsiyyət yaratmağı bacarmalı (ÜK-8);

  • beynəlxalq arenada işləmək qabiliyyəti (ÜK- 9);

  • ixtisasına uyğun yeni ideyalar irəli sürməyi bacarmalı (ÜK- 10);

  • müstəqil işləmək , təşəbbüskarlıq və liderlik bacarığı olmalı (ÜK-11);

  • işi təşkil etmək və planlaşdırmaq qabiliyyətinə malik olmalı (ÜK-12);

  • nəzəri biliklərlə təcrübənin əlaqəsini möhkəmləndirməyi bacarmalı (ÜK-13);

  • İKT-dən istifadə etməyi bacarmalı (ÜK-14);

  • öz inkişafına, peşəkarlığın artırlmasına çalışmalı (ÜK-15).




      1. Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:


Ümumpeşə xarakterli:

  • peşə məsələlərini həll edərkən riyaziyyat, təbiət, humanitar və iqtisadiyyat qanun və metodlarını tətbiq etmək bacarığına malik olmalı (PK-1);

  • peşə fəaliyyəti dairəsində peşə təhlükəsizliyi mədəniyyətinə sahib olmalı, təhlükə mənbəyini və təhlükə dərəcəsini qiymətləndirmək bacarığına malik olmalı (PK-2);

  • peşə fəaliyyəti dairəsində ekoloji təsirin zərərli nəticələrini minimuma endirmək, əmək şəraitinin təhlükəsizliyini və yaxşılaşdırılmasını təmin etmək üçün peşə biliklərini tətbiq etməyə hazır olmalı (PK-3);

  • kompyuterlə işləmək və ümumi təyinatlı proqram təminatından istifadə etmək bacarığına malik olmalı (PK-4).



İstehsalat-texnoloji xarakterli:

- avtomobil nəqliyyatı sahəsində İKT-dən istifadə etmək (PK-5);



  • avtomobil nəqliyyatı sahəsində mövcud texniki işləmə və texnologiyalarının tətbiqi vərdişlərinə bələd olmaq (PK-6);

  • avtomobil nəqliyyatı vasitələrinin hərəkətinin təşkilində müasir texnologiyaları mənimsəmək (PK-7);

  • avtomobil nəqliyyatı vasitələrinin hərəkətinə nəzarət avadanlığının yoxlanmasında iştirak etmək (PK-8).


Təşkilati-inzibatçılıq xarakterli:

  • avtomobil nəqliyyatı vasitələrinin, onların aqreqat və mexanizmlərinin, texnoloji avadanlıq və komplekslərinin istisma­rının təşkilində iştirak etmək(PK-9);

  • avtomobil nəqliyyatı vasitələrinin, onların aqreqat və mexanizmlərinin, texnoloji avadanlıq və komplekslərinin istismarı zamanı texniki nəzarətin təşkilində iştirak etmək (PK-10);

  • avtomobil nəqliyyatı vasitələrinin infrastrukturu üzrə texniki və texnoloji sənədlərin işlənib hazırlanmasında, yol hərəkətinin təşkili və təhlükəsizliyinin təmin olunmasında iştirak etməyi bacarmaq(PK-11);

  • plan, proqram, layihə, smeta, sifariş, təlimat və digər texniki sənədlərin tərtib edilməsi üçün ilkin verilənlərin hazırlanmasında iştirak etməyi bacarmaq (PK-12);

  • qəza, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin ləğvi prosesində təşkilati tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etməyi bacarmaq (PK-13).


3. Təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələblər
3.1. Peşə fəaliyyətinin xarakteristikası.

3.1.1. Peşə fəaliyyətinin əsas istiqamətləri:

040530 - “Yol hərəkətinin təşkiliixtisası üzrə subbakalavrların peşə fəaliyyətinin əsas istiqamətləri:

- istehsal-texnoloji;

- təşkilati-inzibatçılıq və s.


      1. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər.

İstehsal-texnoloji sahəsi üzrə:

  • müasir hesablama texnikasından və proqram təminatından istifadə etmək;

  • avtomobil nəqliyyatı sahəsində fundamental texniki biliklərdən istifadə etmək;

  • avtomobil nəqliyyatı vasitələrinin hərəkətinin təşkilində və idarə edilməsində müasir texnologiyalardan istifadə etmək;

  • avtomobil nəqliyyatı üzrə standart və sertifikatlaşdırma sınaqlarında iştirak;

  • yol hərəkətinin təşkili və təhlükəsizliyinin təmin olunmasında iştirak;

  • avtomobil nəqliyyatı vasitələrinin texniki baxışının yerinə yetirilməsində iştirak etmək.



Təşkilati-inzibatçılıq sahəsi üzrə:

- istehsalatda kollektivlə işləməyi bacarmaq;

- avtomobil nəqliyyatı vasitələrinin, nəqliyyat-texnoloji komplekslərin və

avadanlı­ğın effektiv istismarını təşkil etmək;

- yol hərəkətinin təşkili ilə bağlı layihələrin texniki şərtlərinin, standartların və başqa texniki sənədlərin hazırlanmasında iştirak;

- avtomobil nəqliyyatı vasitələrinin, nəqliy­yat-texnoloji komplekslərin və avadanlığın sertifikatlaşdırılmasının yerinə yetiril­məsində iştirak etmək;

- qəza, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin ləğvi prosesində təşkilati tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.

- yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə qəbul olunmuş qərarların nəticələrini kəmiyyət və keyfiyyətcə qiymətləndirmək.




    1. İxtisas üzrə fənn bölümləri, fənlərin kreditləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan kompetensiyaların kodları.


3.2.1. Ümumtəhsil fənlər bölümü



Fənnin adı


Fənn bölümləri

Ümumi saatlar

O cümlədən

Fənnin tədrisi

nəzərdə tutulan semestr

I semestr

II semestr

ÜF-B00

Ümumtəhsil fənlər bölümü *













ÜF-B01

Azərbaycan dili (xarici dildə təhsil alanlar üçün ) **

60

30

30

1,2

ÜF-B02

Azərbaycan (rus) dili

60

30

30

1,2

ÜF-B03

Ədəbiyyat

60

30

30

1,2

ÜF-B04

Xarici dil

60

30

30

1,2

ÜF-B05

Azərbaycan tarixi

30




30

2

ÜF-B06

Tarix

30

30




1

ÜF-B07

İnsan və Cəmiyyət

30

30




1

ÜF-B08

İqtisadiyyatın əsasları

30




30

2

ÜF-B09

Cəbr və analizin başlanğıcı

90

60

30

1,2

ÜF-B10

Həndəsə

45




45

2

ÜF-B11

İnformatika

45




45

2

ÜF-B12

Fizika

60

30

30

1,2

ÜF-B13

Astronomiya

30




30

2

ÜF-B14

Kimya

60

30

30

1,2

ÜF-B15

Biologiya

45

45




1

ÜF-B16

Fiziki coğrafiya

45

45




1

ÜF-B17

Fiziki tərbiyə

60

30

30

1,2

ÜF-B18

Gənclərin çağırışaqədərki hazırlığı

60

30

30

1,2




Cəmi

900

450

450



*Ümumtəhsil fənləri bölümünə daxil olan fənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.10.2006-cı il tarixli, 233 № li qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ümumtəhsilin konsepsiyası (Milli Kurikulumu)”na uyğun müəyyənləşdirilir. Birinci kurslarda ümumtəhsil fənləri tədris olunduğu üçün kredit sisteminə daxil edilmir.



**Azərbaycan bölməsində təhsil müəssisəsinin bu saat hesabına ixtisasın profilinə uyğun müəyyənləşdirdiyi fənnlər tədris oluna bilər.



      1. Kadr hazırlığı üçün tələb olunan fənlər bölümü




Fənn bölümünün kodu

Fənn bölümləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından)

Fənn bölmələri üzrə kreditlərin sayı

Fənlər

Fənlər üzrə kreditlərin sayı

Qazanılması nəzərdə tutulan kompetensiyaların kodları

1

2

3

4

5

6

Təhsil hissəsi

HF – B00


Humanitar fənlər bölümü * * *

Bu bölümdə tələbə-

bilməlidir:

Azərbaycan tarixi üzrə: Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə təsəvvürə, tarixi şəxsiyyətlər və əsas tarixi hadisələr haqqında məlumata malik olmalı;
Xarici dil üzrə: xarici dillərin

birində danışığın və yazının məzmununu başa düşməli.
Azərbaycan dili üzrə:(təlim xarici dildə olanlar üçün) Azərbaycan Respublikasının dövlət dilini (Azərbaycan dilini) sərbəst bilməli.

Seçmə yolu ilə öyrənilməsi

nəzərdə tutulan fənləri dinləməklə: sosial mühit və sosial varislik münasibətlərini, sosial inkişafda istiqamətin rolunu və mahiyyətini;

Azərbaycan Respublikası hüquqi sisteminin və qanunvericiliyinin əsaslarını, tərbiyəvi-etik normaları bilməli;

gələcək peşə fəaliyyətinin mahiyyətini və ona dair normativ və hüquqi sənədlərin tərtibini və onlardan istifadə etməyi bacarmalı, pozulmuş hüquqların bərpa yollarını öyrənməlidir..

bacarmalıdır:

Azərbaycan tarixi üzrə:

tarixin, keçmişin

qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini ifadə etməyi;

Xarici dillər üzrə:

peşə səviyyəsinin artırılmasında mühüm əhəmiyyət kəsb edən və xarici dillərdə olan ədəbiyyat və mənbələrdən sərbəst istifadə etməyi, ixtisasına dair mətnləri oxumağı, tərcümə etməyi, annotasiya, referat, tezis, tərcümeyi-hal və s. yazmağı bacarmalı;



Azərbavcan dili üzrə: (təlim xarici dildə olanlar üçün)

Azərbaycan dilinin leksikonundan gündəlik və peşə fəaliyyətində istifadə etməyi; natiqlik qabiliyyətinə malik olmalı.



Secmə volu ilə ovrənilməsi nəzərdə tutulan fənləri dinləməklə:

gələcək peşə fəaliyyətlərini və onun mahiyyətini qiymətləndirməyi, istiqamət üzrə aldığı ilkin məlumatlardan ixtisas peşə hazırlığında məqsədyönlü istifadəni bacarmalıdır.



yiyələnməlidir:

Azərbaycan tarixinin mühüm məqamlarına; sosial - iqtisadi sahədə əsas təlimlərə; sosial əhəmiyyətli problemlərin təhlilini aparma qabiliyyətinə; istiqamətin inkişaf əsaslarının və müasir problemlərinin peşə hazırlığında, istehsalat və sosial fəaliyyətdə yerini dərk etmə qabiliyyətinə yiyələnməlidir.



30

HF–B01 Azərbaycan tarixi


HF–B02 Xarici dil


HF–B03**** Azərbaycan dili (təlimi xarici dilində olanlar üçün

HF–B04

Seçmə fənlər*****

HF-BO1
HF-BO2

HF-BO3


HF-BO4


4

10



10

6


ÜK-1
ÜK-2


ÜK-3
ÜK-4
ÜK-5
ÜK-6

İPF – B00

İxtisasın peşə hazırlığı fənləri bölümü:

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində subbakalavr-



68












bilməlidir:

-kompleks ədədlər, omların üzərində əməlləri, matrislər və onların üzərində əməlləri, determinatlar, onların hesablanma qaydalarını, düz xəttin tənliklərini, düz xətt və müstəvi arasında qarşılıqlı vəziyyətləri, diferensial tənlikləri, kombinatorika elementlərini;



bacarmalıdır:

-kompleks ədədlər üzərində əməllər aparmağı, onların köməyi ilə tətbiqi elektrotexniki məsələlərin həllini, matris və determinatların hesablanmasını, differensial tənliklərin həllini, onların ixtisasa uyğun məsələlərin qoyuluşu və həllində tətbiqini;






İPF – B01

Riyaziyyat



4


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


ÜK-13

ÜK-14


ÜK-15


-bilməlidir:
-Bir, iki və üç qarşılıqlı perpendikulyar müstəvidə düzbucaqlı proyeksiyasını və mürəkkəb olmayan aksonometrik təsvirlərin qurulmasını;çertyojları və sxemləri DÜYST-ə görə tərtib etməyi,

onların düzgün oxunmasını;ölçü alətlərindən düzgün istifadə etməyi, şriftlərin və xətlərin düzgün çəkilməsini və yazılmasını, proyeksiya olunmasını və ölçülərin yazılma qaydalarını; öyrənilmiş qaydalar əsasında çertyojların yerinə yetirilməsini və detalların formasının naturaya köçülməsini; qrafik təsvirlərin tərkibini təhlil etməyi; mürəkkəb olmayan əşyaların çertyojlarını, eskizlərini əyani təsvirləri oxumağı və yerinə yetirməyi; ixtisasa uyğun çertyoj və eskizlərin tərtib edilməsini;



bacarmalıdır:

-texniki çertyojları oxumağı, texniki və texnoloji sənədləşmənin sxemini tərtib etməyi, proyeksiya rəsmxətinin əsaslarını tətbiq etməyi, ixtisasına uyğun sxem, eskiz və çertyoju tərtib etməyi, əşyanın proyeksiya və aksonomerik quruluşunu;




İPF – B02

Rəsmxət



8


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


ÜK-13

ÜK-14


ÜK-15





- bilməlidir:
-Nəzəri mexanikanın əsas anlayışlarını və statikanın aksiomlarını; qüvvələrin fəza sistemini; kinematikanın əsas anlayışlarını; cismin sadə və mürrəkəb hərəkətini; dinamikanın əsas anlayışını və aksiomunu; dinamikanın ümumi teoremlərini; materiallar müqaviməti bölməsində; səthi kəsiklərinin həndəsi xarakteristikalarını; materiallar müqavimətində dinamiki məsələləri; maşın hissələri, hissələrin düyün və mexanizmlərini; ötürmələr və mexanizmlər haqqında anlayışı; reduktorları, yiv,qaynaq və pərçim birləşmələrini;
bacarmalıdır:

- mexanikanın sadə məsələlərinin həllini, cismin sadə və mürəkkəb hərəkətinə aid məsələlərin həllini, konstruksiya elementlərinin hesabını;






İPF – B03

Texniki mexanikanın əsasları




8


ÜK-7


ÜK-8

ÜK-9


ÜK-10

ÜK-11


ÜK-12

ÜK-13


ÜK-14

ÜK-15






- bilməlidir:

-Elektromaqnit hadisələrini, sabit, dəyişən cərəyan elektrik dövrələrini və onların hesablanmasını; elektrik enerjisinin istifadəsinin iqtisadi səmərəliliyinin artırılması üsullarını; elektron aparatlarının elementlərinin təyin edilməsini; verilmiş şərtlərlə sadə elektrik dövrələrini hesablamağı;

elektrik qurğu elementlərinin seçilməsini; nəzarət-ölçü cihazlarından istifadə etməyi; məlumat materiallarından istifadəni; sxemlər üzrə elektrik və elektron dövrələrini yığmağı;təhlükəsizlik texnikasının qaydalarına riayət etməyi;
bacarmalıdır:

-elektrik dövrəsinin parametrlərini hesablama, elektrik sxemlərini yığmağı və onların işini yoxlamağı, yarımkeçiricilərin tətbiqi ilə cihazların sadə sxemlərinin oxunuşu və yığmağı;






İPF – B04

Elektrotexnika və elektronika



8


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


ÜK-13

ÜK-14


ÜK-15





bilməlidir:

- qara və əlvan metalların metallurgiyasını; materialşünaslıq və texniki emalın əsaslarını,tökmə istehsalını,metalların təzyiqlə emalını; qaynaq istehsalını və konstruksiya materiallarını; əlvan metal və ərintiləri,polad və çuqun istehsalını,struktur quruluşunu və təsnifatını; metal və ərintilərin keyfiyyətinə nəzarət edilməsini, markalanmasını, tətbiq sahəsini; korroziya növlərini və korroziyadan mühafizə metodlarını; metalların təzyiqlə emalını, tökmə istehsalını; qeyri-qaynaq istehsalının təsnifatını; metal konstruksiya materiallarının tərkibini müəyyən etməyi;



bacarmalıdır:

-metalların markalarına görə onların növünü təyin etmək, qaynaq istehsalının texnologiyasını, konstruksiya materiallarından ixtisasına uyğun sahələrdə istifadəni, konstruksiya materiallarının tərkibinin müəyyən edilməsini, metalların korroziyadan qorunmasını;






İPF – B05 Konstruksiya materiallarının texnologiyası

4

ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


ÜK-13

ÜK-14


ÜK-15





bilməlidir:

Avtonəqliyyat vasitələrinin konstruksiyasını; avtomobil mühərrikləri və onların növlərini, quruluşunu, iş prinsipini; avtomobilin digər aqreqat və mexanizmlərin təyinatını quruluşunu və iş prinsipini; ixtisaslaşdırılmış hərəkət tərkiblərini; avtonəqliyyat vasitələrinin istismar xüsusiyyətlərini və nəzəriyyəsinin

əsaslarını;

bacarmalıdır:

-mühərrikin blok başlığının bərkitmə ardıcıllığını, mühərrikin sistem və mexanizmlərindəki nasazlıqları təyin etməyi və aradan qaldırmağı, ilişmə muftasının nizmlanmasıını, sükan idarəetmə sistemində lüftün dərəcəsini nizamlamağı, alışdırma bucağının qurulmasını, karbiratorun və injektor sisteminin nizamlanmasını, avtomobil sürət xarakteristikasını təyin etməyi, tormozlama keyfiyyət göstəricilərini hesablamağı, qabarid və çəki parametrlərini müəyyən etməyi, yaxınlaşma və razval bucağının nizamlanmasını;






İPF-B06

Avtonəqliyyat vasitələrinin konstruksiyası və nəzəriyyəsi


10


ÜK-7


ÜK-8

ÜK-9


ÜK-10

ÜK-11


ÜK-12

ÜK-13


ÜK-14

ÜK-15






bilməlidir:

- Nəqliyyat vasitələrinin konstruktiv təhlükəsizliyinə qoyulan tələbləri;

aktiv, passiv, qəzadan sonrakı, ekoloji və qaçırmaya qarşı təhlükəsizliyi; yol nəqliyyat hadisələrinin aradan qaldırılmasında nəqliyyat vasitələrinin rolunu; avtotexniki ekspertizanın aparılma ardıcıllığını; ekspertizanın aparılması üçün ilkin göstəriciləri və texnik parametrləri, müxtəlif növ yol nəqliyyat hadisələri zamanı avtotexniki ekspertizanın aparılmasını və ekspert tədqiqatını;
bacarmalıdır :

-avtotexniki ekspertizanın aparılma ardıcıllığı, ekspertizanın aparılması üçün ilkin göstəricilərin əldə olunmasını, nəqliyat vasitələrinin texniki vəziyyətinin ekspertizasını, məhkəmə avtotexniki ekspertizanın aparılma qaydalarını, piyada vuruluşunu, NV-nin toqquşmasının ekspert tədqiqatının aparılmasını;








İPF-B07

Nəqliyyat vasitələrinin təhlükəsizliyi və avtotexniki ekspertiza




8


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


ÜK-13

ÜK-14


ÜK-15





bilməlidir:

-Avtomatlaşdırıcı sistemlərinin köməyi ilə yol hərəkətinin idarə olunmasının texnologiyasının, strukturunun,texniki və riyazi təminatını, yol hərəkətinin idarə olunmasının, avtomatlaşdırılmasının prespektivlərini, avtomatlaşdırmanın strukturunun qurulmasını, texniki vasitələrini, hesablama konplekslərinin təşkilini, avtomotlaşdırmanın effektivliyini təmin edən faktorları, hərəkətin təhlükəsizliyinin təminini, böyük şəhərlərdə yol hərəkətinə nəzarət edən avtomotlaşdırma vasitələrini,yol hərəkətinin idarə vasitələrinin aqreqat sistemini; avtomotlaşdırmanın funksiyalarının genişləndirilməsini, avtomobillərin idarə olunması proseslərinin avtomotlaşdırılmasını;



bacarmalıdır:

- yol hərəkətinin təşkilində tətbiq olunan avtomatlaşdırlmış idarəetmə sistemləri işlətməyi, yol hərəkətinin avtomatik idarəolunmasını, böyük şəhərlərdə yol hərəkətinə nəzarət edən avtomatlaşdırma vasitələrini işlətməyi, hesablama komplekslərnin təşkilini;






İPF – B08

Avtomobil nəqliyyatında avtomatlaşdırmanın əsasları



6


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


ÜK-13

ÜK-14


ÜK-15





bilməlidir:

-Avtomobilin etibarlığı və uzun ömürlüyü anlayışlarını, istismar zamanı nəqliyyat vasitəsinin texniki vəziyyətinin dəyişməsinin, diaqnostikanın aparılması üçün lazım olan əməlyyatları; texniki diaqnostik avadanlıqların texniki xarakteristikalarını, mühərrikin texniki vəziyyətinin diaqnostik parametrlərini, qaz balon qurğulu mühərrikin və dizel mühərrikli avtomobillərin diaqnostikasını, transsmisiya aqreqatları və mexanizmlərinin diaqnostikasını, avtomobilin hərəkət hissəsindəki dəyişmələri, idarəetmə mexanizmlərinin diaqnostikasını, diaqnostika işlərinin planlaşdırlmasını;



bacarmalıdır:

-hərəkət tərkibinin texniki vəziyyətinin dəyişməsini təyin etməyi, nəqliyyat vasitəsinin ayrı-ayrı mexanizm və qovşaqlarının kompyuter diaqnostikası işlərinin aparılmasını;






İPF – B09

Nəqliyyat vasitələrinin diaqnostikası



4


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


ÜK-13

ÜK-14


ÜK-15





bilməlidir:

-Avtomobil daşımalarında istifadə olunan avtomobil nəqliyyatının hərəkət tərkibini; onlara verilən əsas tələbləri; hərəkət tərkibinin növləri və siniflərini; onların xarakteristikalarını; yüklər və onların növlərini; fiziki xüsusiyyətlərini,siniflərini, yük göndərən, tranzit və yük alan məntəqləri, daşıma həcmi və yük dövriyyəsini, avtonəqliyyat vasitələrinin və müəssisələrinin əsas texniki istismar göstəricilərinin hesabını; avtomobil nəqliyyatında yükləmə-boşaltma işlərini, marşurutlar və onların növlərini; avtomobilin hərəkət qrafikinin qurulmasını; nəqliyyat ekspedisiya və anbar işlərini; sərnişin avtomobil daşımalarını onların sinifləşdirilməsi və xarakteristikasını, sərnişin axını və sərnişin dövriyyəsini; sərnişin daşımalarında əsas texniki istismar göstəricilərinin hesablanmasını; yüngül minik avtomobilləri ilə sərnişin daşınmasını;


bacarmalıdır:

-avtomobil nəqliyyatı hərəkət tərkibnin sinifləşdirilməsini, hərəkət tərkibinin daşımaların növünə uyğun seçilməsini, yük və sərnişin axınının epürünün qurulmasını, əsas texniki istismar göstəricilərin hesablanmasını, daşımaların maya dəyərinin təyin edilməsini, avtomobillərin hərəkət qrafikinin qurulmasını, daşımaların müasir üsullarla təşkili qaydalarını;






İPF – B010

Avtomobil daşımaları




8


ÜK-7


ÜK-8

ÜK-9


ÜK-10

ÜK-11


ÜK-12

ÜK-13


ÜK-14

ÜK-15



İPFS-B00

İxtisaslaşmanın seçmə fənləri -

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində subbakalavr-



32













bilməlidir:

-yol hərəkətinin iştirakçılarının vəzifələrini; yol hərəkəti qaydalarını; yol nişanları və nişanlanmalarını; onların təyinatı və təsnifatını; yol nəqliyyat hadisələri zamanı xəsarət alana ilk tibbi yardımın göstərilməsi ardıcıllığını, hərəkətin təhlükəsizliyində avtomobilləşmənin rolunu; yol polisi və hərəkətin təhlükəsizlik xidmətləri haqqında ümumi məlumatı,yol nəqliyyat hadisələri və onların baş vermə səbəblərini; yol hərəkətinin və piyada hərəkətinin əsas xarakteristikalarını və tədqiqini; küçə yol şəbəkəsinin buraxma qabiliyyətini; yollarda mübahisəli nöqtələr və mübahisəli vəziyyətləri; yol hərəkətinin təşkilinin metodiki əsaslarını, xüsusi şəraitlərdə hərəkətin təşkili və təhlükəsziliyini;


bacarmalıdır:

-verilmiş şəraitə uyğun hərəkətin təşkilini və nizamlanmasını, xəsarət alana ilk tibbi yardımın göstərilməsini, yol nəqliyyat hadisələrinin araşdırılmasını, onların nəticələrinin aradan qaldırılmasını, piyada və nəqliyyat axınlarının əsas xarakteristikalarının öyrənilməsini, yol şəbəkəsi elementlərinin buraxma qabiliyyətinin tədqiqini, yollarda mübahisəli nöqtələrin sayının təyinini, yol hərəkətinin operativ təşkilini və nizamlanmasının xüsusi şəraitində yol hərəkətinin təşkilini, svetafor nizamlanmasının tətbiqini və onun məqsədəuyğunluğunun əsaslandırılmasını;




İPFS-B01

Yol hərəkətinin təşkili və təhlükəsizliyi



14


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


ÜK-13

ÜK-14


ÜK-15





bilməlidir:
-Yol hərəkətinin təşkili və nizamlanmasında istifadə olunan texniki nizamlama vasitələrini;onların tətbiqi şərtlərini,konstruksiyasının və nizamlanma üsullarının əsas prinsiplərini; texniki nizamlama vasitələrinin təsnifatını; svetaforlar və onların növlərini, konstruksiyasını, yerləşdirilməsini, quraşdırılmasını, iş rejimlərini, yol nəzarət ediciləri; nəqliyat detektorları, uzlaşdırılmış nizamlamanın tətbiqi şərtlərini və hərəkətin idarə olunmasının əsas metodlarını;
bacarmalıdır:
-yol hərəkətinin texniki nizamlama vasitələrinin tətbiqini, nəqliyyat detektorlarının yerləşdirilməsini, uzlaşdırılmış nizamlamanın tətbiqini, xüsusi şəraitlərdə hərəkətin idarə edilməsinin texniki vasitələrinin tətbiqini, hərəkətin idarə olunmasını;




İPFS- B02

Yol hərəkətinin təşkilinin texniki nizamlama vasitələri



8


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


ÜK-13

ÜK-14


ÜK-15





bilməlidir:

-Avtomobil yolları haqqında ümumi məlumatı, onların təsnifatını, elementlərini, su ötürücü qurğuları; yerlərdə yol trassasının çəkilməsini, trassa istiqamətinin seçilməsini, torpaq qatının, yol örtüyü və onun kostruktiv qatlarını, yollarda hərəkət xidməti qurğularını, hərəkət şəraiti haqqında sürücülərinin məlumatlandırılmasını, xüsusi şəraitlərdə avtomobil yollarını avtomagistralları və şəhər küçələrini, avtomobil yollarının kəsişmələrini; avtomobil yollarında aparılan işləri;


bacarmalıdır:

-avtomobil yollarının təsnif edilməsini, yolun plan və profilinin qurulmasını, əyrilərin elementlərinin hesablanmasını, hərəkət şəraiti haqqında sürücülərin məlumatlandırma qaydalarını, yolun hərəkət istiqamətinə uyğun profilinin seçilməsini, uzununa mailliyin ölçülməsini, avtomobil yollarında aparılan təmiri xidməti işlərini;






İPFS – B03

Avtomobil yolları



6


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


ÜK-13

ÜK-14


ÜK-15





bilməlidir:
-Avtomobil yolları üzrə intensivlyi; yolların buraxma qabiliyyəti və onların qiymətləndirilməsini;

hərəkətin təhlükəsizliyinin təmini dərəcəsinin qiymətləndirilməsini; təbii faktorların və avtomobillərin yolun örtüyünə təsirini, örtüyün hamarlığı və onun avtomobilin istismar göstəricələrinə təsiri; yol şəraitinin hərəkətinin təhlükəsizliyinə təsirini,örtüyün möhkəmliyini və buraxılabilən yüklənməni, avtomobil yollarının istismar etibarlılığını;


bacarmalıdır:

-yolların buraxma qabiliyyətinin qiymətləndirilməsini, avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmini dərəcəsinin qiymətləndirilməsini, təbii iqlim amillərinin və avtomobillərin yol örütyünə təsirinin qiymətləndirilməyini, yol trassasının qəzalılıq və təhlükəsizlik əmsalına görə qiymətləndirilməsini, avtomobil yollarının istismar etibarlılığının qiymətləndirilməsini;






İPFS- B04

Avtomobil yollarının nəqliyyat istismar keyfiyyətləri



4


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


ÜK-13

ÜK-14


ÜK-15





Peşə hazırlığının seçmə fənləri******

20











TE-B00

Təcrübələr ve yekun attestasiya

Bü bölümə aid olanların öyrə-nilməsi nəticəsində təhsil alan



bilməlidir:

nəqliyyatın cəmiyyətdəki rolunu, nəqliyyat sisteminin ümumi strukturunu, nəqliyyat vasitələrinin konstruktiv xüsusiyyətlərini, avtomobil yollarında hərəkət rejimlərini, yol hərəkətinin təşkili və təhlükəsizliyinə aid normativ sənədləri, hərəkətin təhlükəsizliyinə təsir edən nəqliyyat vasitələrinin istismar xüsusiyyətlərini, yol nəqliyyat hadisələrinin baş vermə səbəblərini, nəqliyyat vasitələrinin təhlükəsizliyini



bacarmalıdır:

nəqliyyatda yeni texnika və texnologiyaların tətbiqini, hərəkətinin idarə olunması və hərəkət təhlükəsizliyinin təmin olunmasını, yol nəqliyyat hadisələrinin tədqiqini, avtotexniki ekspertizanın aparılmasını, yol nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın qiymətləndirilməsini, yol nəqliyyat hadisəsi zamanı texniki sənədləşməni.



30

TE-B01

Təcrübələr


TE-B02

Yekun dövlət attestasiyası






24

6

ÜK-13

Kreditlərin ümumi cəmi:

180












*** Humanitar fənlər bölümünə daxil olan “Azərbaycan dili”(xarici dildə təhsil alanlar üçün),”Azərbaycan tarixi”,”Xarici dil fənləri tam orta təhsil bazasından qəbul olunanlar üçün birinci,ümumi orta təhsil bazasından qəbul olunanlar üçün isə ikinci dərs ilindən başlayaraq tədris olunur.
**** Orta ixtisas məktəblərinin təklifləri əsasında Azərbaycan bölməsində təhsil alanlar öz arzuları ilə həmin saat həcmində ikinci xarici dili, Azərbaycan dili və nitq mədəniyyəti, etika və psixologiya fənnini seçə bilərlər.
***** Seçmə fənlərə orta ixtisas məktəbi tərəfindən fəlsəfə,politalogiya,sosiologiya,milli əxlaq və ailə etikası,dövlət və vətən mədəniyyəti,hüququn əsasları və s. humanitar,sosial-iqtisadi fənlər daxil oluna bilər.
******İxtisasın peşə hazırlığı bölümünün seçmə fənləri orta ixtisas məktəbi tərəfindən müəyyənləşdirilir.

******* Fiziki tərbiyə idmanın növləri üzrə bolmələrdə keçirilir.


    1. 040530 – “Yol hərəkətinin təşkili” ixtisası üzrə subbakalavr təhsil proqramının yerinə yetirilməsinin müddəti:

Subbakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr:

- ümumi orta təhsil bazasından - 198

- tam orta təhsil bazasından - 146

Nəzəri təlim üçün ayrılan həftələr:

- ümumi orta təhsil bazasından - 105

- tam orta təhsil bazasından - 75

Təcrübələr üçün ayrılan həftələr (tədris, istehsalat) - 16

İmtahan sessiyası üçün ayrılan həftələr

- ümumi orta təhsil bazasından - 35

- tam orta təhsil bazasından - 25

Tətillər üçün ayrılan həftələr - 38

Yekun dövlət imtahanına ayrılan həftələr - 4




  1. Maddi-texniki, tədris bazası və kadr potensialı




    1. Orta ixtisas təhsili müəssisəsinin 040530 – “Yol hərəkətinin təşkli” ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi üçün müvafiq İKT ilə təchiz olunmuş kabinet və laboratoriyalar, kompüter sinifləri, emalatxanalar və s. ilə təmin olunmuş maddi-texniki bazası olmalıdır. Təhsilalanların orta ixtisas təhsili müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.

    2. Fənlərin tədrisi, bir qayda olaraq, ali təhsilli müəllim heyəti tərəfindən aparılır. Bu fəaliyyətə həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər də cəlb oluna bilər.



  1. Tədris prosesinin forma və metodları




    1. Subbakalavr hazırlığı mühazirə, seminar məşğələ, laboratoriya, sərbəst iş, təcrübə və s. formalarda həyata keçirilir.

    2. Subbakalavr hazırlığı üzrə tədris prosesində şifahi şərh, müsahibə, interaktiv təlim, müstəqil iş, diskussiya, dəyirmi masa, illüstrasiya, tədqiqatçılıq, laboratoriya və praktik iş və digər metodlardan istifadə edilə bilər.

    3. 040530 – “Yol hərəkətinin təşkili” ixtisası üzrə subbakalavr hazırlığında tədris və istehsalat təcrübələri nəzərdə tutulur (təcrübələrin məqsəd və vəzifələri ixtisasdan asılı olaraq müəyyənləşdirilir). Təcrübələr növündən asılı olaraq müvafiq idarə və təşkilatlarda keçirilə bilər. Bunlardan başqa bu ixtisas üzrə hər tələbə üçün 60 saata qədər sürmə təlimi dərsləri nəzərdə tutulur.




  1. Yekun dövlət attestasiyasına qoyulan tələblər və

qiymətləndirmə
6.1. Subbakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.

6.2. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalarda) müvəffəqiyyətlə keçmiş tələbələr yekun attestasiyaya buraxılırlar.

6.3. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 4 həftədir.

6.4. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı və ya buraxılış işinin müdafiəsindən ibarətdir.

6.5. Subbakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 180 olmalıdır. İxtisas üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Orta ixtisas təhsili müəssisələrində subbakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında 040530 – “Yol hərəkətinin təşkli” ixtisası üzrə “subbakalavr” ixtisas dərəcəsi verilir.

6.6. Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

Razılaşdırılmışdır:


Azərbaycan Respublikası Azərbaycan Respublikası Təhsil Na-

Təhsil Problemləri İnsti- zirliyinin orta ixtisas təhsil sektorunun

tutunun direktoru müdiri

_________ Q.Novruzov _______________K.Mikayılov

“___”______2014-cü il “____”____________2014-cü il
Texniki və texnoloji ixtisaslar Təhsil Nazirliyinin Elmi-metodik

üzrə Dövlət Təhsil Standartları şurasının “Nəqliyyat” bölməsinin

hazırlayan işçi qrupunun sədri sədri

____________F.Məmmədov __________________Ə.Tağızadə


“____”________2014-cü il “_____”_____________2014-cü il


Yüklə 204,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin