Təkliflərə reaksiya
Yenidənhazırlanma təhsili verən müəssisənin (strukturun) təklif-ləri araşdınlır, real tələbatı ödəyə biləcək tədris proqramlarına
müs-bət reaksiya verilir, həmin müəssisə ilə əlaqə yaradılır, təhsil
müddəti müəyyənləşdirilir, yenidən hazırlanacaq mütəxəssisə bu
barədə məlu-mat təqdim edilir, planlaşdırma işi aparılır. Zəruri
hallarda hələ möv-cud olmayan, lakin real tələbata uyğun gələn yeni tədris proqramları-nın hazırlanması üçün təkliflər verilir. Tərəflər arasında razılıq əldə edildiyi halda müvafıq müqavilə (kontrakt) imzalanır. Bu rəsmi sə-nəddə
təhsil xərcinin ödənilməsi, nəticənin keyfiyyəti və cərimə san-ksiyalannın
tətbiqi şərtləri, mütləq, qeyd olunur. Bundan sonra müda-vimin müvafiq sənədləri rəsmi göndəriş məktubu ilə birlikdə yeni-dənhazırlanma tədris müəssisəsinə göndərilir. Sənədləri müdavim özü şəxsən tədris müəssisəsinin müsahibə komissiyasına təqdim edir. Yalnız müsahibə komissiyasının müsbət qərarından və təhsil xərci ödənildikdən sonra müdavim yenidənhazırlanma kursuna qəbul olu-nur.
Dostları ilə paylaş: