natçı
müossisəyo gətirilmosi,
ixtisasartınTia tohsilini həyata keçirən-lərin İNTERNET şəbəkəsinə qoşulma imkanlarının
gücləndirilməsi, partnyor müəssisəlordən, toşkilatlardan daim informasiya qəbul edil-məsi və s. kimi
işlər tədris proqramlarını realizə edənlərin öyrədılmə-si istiqamətindo atılan ən zəruri addımlardır.
Tədris prosesinin metodiki təminatı lazımi səviyyədə olmalıdır. Bu
mənada həm təhsil verənlərin, həm də təhsil alanların tominatı mosələsi holl edilir. Belə ki, təhsil verənlər tədris prosesində ən müa-sir texnika və texnologiyalardan istifadə edir, həmin məqsədlə onun üçün müossisə tərəfındən bütün imkanlar yaradılır, təhsil alanlar isə kurs dövrlərində lazımi metodiki vəsaitlərlə təchiz olunurlar.
İxtisasartırma təhsilindo "distant təhsil" formaları xüsusi konsep-siyaya uyğun totbiq edilir. Həmin formalı təhsil,
faktiki olaraq, geniş təşəkkül tapır, vətəndaşların bu növ təhsildən istifadə coğrafıyası daim genişlənir. Təminatçı müəssisə tərəfındən audio-video material-lar, yeni texnika və texnologiyanı özündə əks etdirən tədris vəsaitləri sifarişçilərə
mütəmadi şəkildə ötürülür, xüsusi kompüter proqramlan tərtib edilir, televiziya və radioda efır saatları alınır, mərkəzləşmiş kompüter şəbəkəsinin köməyilə sifarişçilərin tələbatları ödənilir. Bu istiqamətdə xaricdən
daxil olmuş informasiyadan, eləcə də mütəmadi şəkildə İNTERNET şəbəkəsinin imkanlarından istifadə olunur,
baza müəssisələri, kafedraları, mərkəzlər şəbəkəsi yaradılır və bu şəbəko daim genişləndirilir.
İxtisasartırma tədris müəssisələri tərəfındən "istinad tədris müəs-sisələri" mexanizmi tətbiq olunur. Həmin mexanizmə uyğun olaraq konkret bölgədə,
regionda, rayonda, şəhərdə, kənddə səviyyəli tədris müəssisələri barədə geniş məlumat toplanılır, bu cür müəssisələrin kadrların ixtisasartınlması işi üzrə fəaliyyət istiqamətləri müəyyənluş-di-rilir, onlarla ən sıx qarşılıqlı əlaqələr yaradılır. Bu cür foaliyyət subyektin kursdansonrakı səmərəli
fəaliyyətini təmin edir, "Öyrədən-lərin öyrədilməsi" proqramının reallaşması ilə nəticələnir, kontingent baza tam əhatə olunur.
Təminatçı müəssisə yerlərdə ən yaxşı təcrübənin yayılması mexa-nizmində
bilavasitə iştirak edərək, faktiki olaraq, bu işdə maraqlı tə-rəf rolunu oynayır. Bütün bunlar təminatçı müəssisənin öz göstərici-lərini xarakterizə edir və onun yüksək kateqoriya almaq iddiası üçün əsas verir.
Nəticədə, "ixtisasartırma müəssisəsi - yerli təlim-tərbiyə müəssisəsi - kadr" mexanizmi həyata keçirilir.