Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə109/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   105   106   107   108   109   110   111   112   ...   120
SUAL 11: Əgər Allah cisim deyilsə, Kəbə evinin tikilməsinin fəlsəfəsi nədir?

Əgər Kəbə Allahın cismani evi sayılsa, bu, Onun cisim olmaması ilə uyğun gəlmir. Halbuki Kəbənin tikilişi mövzusunda Quran ayələri və tarixi sənədlərə əsasən, Məkkə ilahi bərəkətlərin nazil olduğu, bəşərin doğru yola yönəlməsinə səbəb olan2, Allaha ibadət və bəndəlik üçün ictimai bir məkandır.3 Allah-taala əvvəlcə susuz və məhsul verməyən bu torpağa çoxlu dünyəvi xeyir və bərəkətlər əta etməklə Özünün “ruzi verən” sifətinə malik olduğunu açıqladı.1 Kəbənin Allah dərgahına yaxınlaşmaq üçün məkan olmasına diqqət yetirməklə bəşər cəmiyyətinin doğru yola yönəlməsi üçün bəndəlik yollarının keyfiyyətini işıqlandırmaq olar. Necə ki xüsusi günlərdə bir sıra əməllərə çağırışla insanlara bəndəlik yolu xatırladır. İnsan öz nəfsindən hicrət edərək, özünü hər növ çirkinlikdən, rəzil sifətlərdən, Allahın yaddan çıxarılmasına səbəb olan bağlılıqlardan, rənglərdən və təsəvvürlərdən saflaşdırıb ixlas və xüsusi tövbə ilə Allahın dərgahına yaxınlaşsın.2 Bundan əlavə, Öz evini İbrahim məqamının əlaməti, əmin-aman bir yer və gücü çatanların həcc əməllərini yerinə yetirməsi üçün məkan qərar vermişdir. Bunların hər biri Allah-taalanın məqamının ucalığını göstərir. Həqiqətdə, bundan da aydın əlamət varmı ki, hər il minlərlə insan bu məkanda bir yerə toplaşıb, həcc mərasimi əməllərini yerinə yetirir, Allahın übudiyyətini etiraf edirlər? Bu da öz növbəsində xalqların qəflət yuxsundan oyanmasına səbəb olur.3

Allah-taala bu evin tikilməsini əmr etmişdir ki, insanlar namaz qılanda, heyvanların başını kəsəndə və can verən halında üzüqibləyə dursunlar. Bundan əlavə, Allah-taala tövhid, vəhdət və birlik ruhiyyəsini canlandırmaq məqsədilə zahirdə bir-birlərindən ayrı olan qəlbləri bir araya gətirir, Öz dinini diri saxlayıb möhkəmləndirir.1

Gördüyünüz kimi, bütün bu təhlillərdə cismani və maddi məqsəd güdülmür. Kəbənin tikilməsi Allahın cisim olmamasına zidd deyil. Əksinə, bu müqəddəs məkanın bərpa edilməsində məqsəd mənəvi məsələlərə əlamət və nişanə qərar verməkdən başqa bir şey deyildir.

***


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin