Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə3/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   2   3   4   5   6   7   8   9   ...   120

“QORXU” AMİLİNƏ İRADLAR


1-Bu nəzəriyyə yalnız bir fərziyyə və ehtimaldır, onun isbatı üçün heç bir dəlil də yoxdur.

2-Ümumiyyətlə, insanın qorxmasında iki əsas amil rol oynayır: Biri məlumatsızlıq, digəri isə fiziki və ruhi cəhətdən qüdrətsizlik. İnsan tanımadığı və mə’lumatlı olmadığı bir çox gerçəklər müqabilində qorxu hissi keçirir. Onun məlumatı artdıqca qorxusu da azalır. Məsələn, xəstəliyə düçar olan və onun səbəbini bilməyən bir insan təsəvvür edək. Onun həmişə qəm-qüssə, iztirab içində olduğunu görəcəksiniz. Çünki o, əlacsız xəstəliklərə tutulduğunu ehtimal verir. Lakin həkimə müraciə edib, xəstəliyinin səbəbini öyrəndikdə, onun elə də təhlükəli olmadığını başa düşür, qorxu və həyəcanı aradan qalxır.

Fiziki və ruhi çatışmazlıq da insanda qorxu yaranmasına səbəb olur. İnsan bəzi ruhi və psixi xəstəliklərə yoluxduqda, həmişə qorxu və iztirab halında olacaqdır. Ruhi və psixi baxımdan sağlam olanlar isə bir çox təhlükələr müqabilində əsla qorxu hissi keçirmirlər.

Beləliklə, əgər insanın məlumatı artarsa, bir çox psixi sıxıntı və ruhi xəstəliklərdən amanda qalar, heç vaxt qorxu hissi keçirməz. Bu nöqtəni nəzərə almaqla, Z. Freydin “Allaha inamın səbəbi qorxudur!” – nəzəriyyəsinə diqqət yetirək. Bu nəzəriyyəyə görə, insanın məlumatı artarsa və ruhi sağlamlığa malik olarsa, onun qorxusu aradan qalxar və Allaha inanmaz olar.

Başqa sözlə, heç bir hadisədən qorxmayan insan Allaha da inanmamalıdır. Eləcə də, bir hadisədən qorxan insanın məlumatının artması və ruhunun sağlamlığı nəticəsində qorxusu aradan qalxarsa, deməli, həmin şəxs Allaha inanmamalıdır. Halbuki həyatda həmişə bunun əksi müşahidə olunur.

3-Fərz edək ki, insanların hamısı və ya bir qrupu qorxu nəticəsində “Allah” adlı bir varlığa inanıb, Ona itaət edir. Məntiə əsasən yenə də “Allah yoxdur, bütün dinlər puç və batildir!” – nəticəsini ala bilmərik. Freydin nəzəriyyəsinin düzgün olduğunu fərz etsək, bunu isbat etmiş olarıq ki, insanların dinə və Allaha inamında rol oynayan səbəb düzgün deyil.1 Bu da, “Allahın varlığını və hər hansı bir dinin haqq olmasını” inkar etməkdən tamamilə fərqlənir.

Bu misala diqqət yetirin: Tarix boyu bəşər cəmiyyətinin elmi ixtiralar və kəşflər etməkdə əsas məqsədi məşhurlaşmaq, ictimai mövqe qazanmaq və sərvət toplamaq olmuşdur. Bunu əxlaqi və düzgün məqsəd hesab etmək olmaz. Lakin insanın elmi ixtira etməkdə məqsədinin düzgün olmaması elmi ixtiranın puç və yersiz olduğunu göstərmir.

Bir sözlə, bu nəzəriyyədə səbəblə (insanı hansısa bir şeyə sövq edənlə) nəticə (insanın nail olduğu şey) arasında uyğunsuzluq yaranmış, birinin batil sayılması digərinin batil sayılması ilə nəticələnmişdir.

4-Bu nəzəriyyənin batil olmasını isbat edən amillər:

a) Tarix özü şəhadət verir ki, dini gətirənlər və camaatı Allaha doğru dəvət edənlər ən şücaətli, dözümlü şəxslər olmuşlar.

b) Dünyada Allaha əsla etiqad bəsləməyən qorxaq insanlar çox olmuşdur və hal-hazırda da mövcuddur.

Bizim əqidəmizə əsasən, Allahın varlığına inam tarix boyu bütün insanların fitrətində və daxilində olmuşdur; yəni (məsələn) məhəbbət bəsləməyin yaxşı iş olması, həqiqəti tapmaq hissinin bütün insanların fitrətində mövcudluğu səbəbə ehtiyaclı olmadığı kimi, Allahı tanımaq və Ona itaət etmək hissi də fitridir. İlahi fitrət onları Allaha inanmağa sövq edir.1

***


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin