Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn


İLAHİ İMTAHANIN FƏLSƏFƏSİ



Yüklə 1,14 Mb.
səhifə66/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   62   63   64   65   66   67   68   69   ...   120

İLAHİ İMTAHANIN FƏLSƏFƏSİ


SUAL 23: Nə üçün Allah-taala birinə ən gözəl nemətlər verir, digərini isə, böyük bəbəxtliklərə düçar edir? Əgər bu, ilahi bir imtahandırsa, Allah-taalanın həmin şəxsi doğulduğu andan ömrünün sonuna kimi bədbəxtlik və fəqirlik içində imtahana çəkməsi zülm və haqsızlıq sayılmırmı?

DÜNYANIN HİKMƏTLİ NİZAMI


Əqidəmizə əsasən, Allah-taala alim, qüdrətli, mütləq xeyirxah olduğundan nizam-intizamı və varlıq aləmini ən gözəl, ən kamil şəkildə yaratmışdır.1 Həmçinin, inanırıq ki, Allah-taala varlıq aləmini bir sıra sabit, əbədi (eyni zamanda zati olan) qayda-qanunlarla idarə edir. Başqa sözlə, Allah-taalanın müəyyən üslubları var ki, dünya işlərini yalnız həmin üslublarla idarə edir. Bu üslublar və qayda-qanunlar insanlar arasında adət-ənənə forması almış ictimai müqavilə, əhd-peyman, qərar və zehni iltizam yox dünyanın və onun varlıqlarının keyfiyyəti üzərində qurulan təkvini bir həqiqətdir, onun dəyişdirilməsi qeyri-mümkündür.

Maddi aləmi varlıq mərtəbəsinə uyğun hökmlərə malikdir. Belə ki, əgər bu hökmlər, qayda-qanunlar, adət-ənənələr mövcud olmasa, maddi aləmdən heç bir əsər-əlamət qalmaz. Bu aləmdə ziddiyyət, məhdudluq, fanilik mövcuddur. Təbiət aləminin yəqinləri, birlikləri, ayrılıqları var. Bu aləmdə qəm-qüssə şadlığa, işkəncə rifaha, ümid məğlubiyyətə qarışmışdır. Bütün bu təsirlər onun özünəməxsus quruluşunun tələbidir. Maddi aləm özünəməxsus hökmlərinə görə, “şər” adlandırdığımız bəlalar, müsibətlər, əzab-əziyyətlər, möhnətlər və xəstəliklərin, eləcə də, “xeyir” adı verdiyimiz xoşbəxtliklər, səadətlər, müvəffəqiyyətlər, şadlıqlar və qələbəliklərin mənbəyidir. Bəzən bu şər və xeyir işlərdə insanın istək və iradəsi də rol oynayır; yəni insan – maddi aləmdə onun varlığının bir hissəsi olan – öz elmi, məlumatı və ixtiyarı ilə ya əyri yola qədəm qoyaraq şər işlərin, ya da düz yolda hərəkət edərək özü və cəmiyyəti üçün müxtəlif xeyir işlərin mənbəyi olur. Bəzən də bu xeyir və şər işlərdə insanın istək və iradəsi heç bir yol oynamır. Bəzi şər, yaxud xeyir işlər maddi aləmə hakim qayda-qanunların və adət-ənənələrin tələbi ilə insanın ixtiyarından xaric təbii amillərə bağlıdır.1



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin